Məhkəmə qərarları › İş №2-1(118)-1852/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1852/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1852/2021 08.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Məlumatlandırma icraatı qaydasında Cavabdehnə təqdim olunmuş reyestr nömrəsi **********23 olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0939 ha olan torpaq sahəsində bağ evinin tikintisini aparmaq məqsədi ilə tikiləcək evin memarlıq planlaşdırma həllinə dair material üzrə Cavabdeh üzərinə tikintiyə razılıq verilməsi, o cümlədən lahiyyənin Cavabdeh möhürü ilə təsdiqlənməsi öhdəliyinin qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Məlumatlandırma icraatı qaydasında Cavabdehnə təqdim olunmuş reyestr nömrəsi **********23 olan, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0939 ha olan torpaq sahəsində bağ evinin tikintisini aparmaq məqsədi ilə tikiləcək evin memarlıq planlaşdırma həllinə dair material üzrə Cavabdeh üzərinə tikintiyə razılıq verilməsi, o cümlədən lahiyyənin Cavabdeh möhürü ilə təsdiqlənməsi öhdəliyinin qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 08 oktyabr 2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar