Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1854/2022 16.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X3 doğum aktı qeydi bərpa edilməsini və yeni şəhadətnamədə X3 doğum tarixi 01.01 1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X5”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X4”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il təvəllüdlü Mahmudova (Camcı) Oksana Asif qızı Bakı şəhərində anadan olmuş, Atası - X6, anası isə X2r. Belə ki, hazırda türk vətəndaşı Engin Camcı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, bu barədə onlara Cavabdeh tərəfindən 09 sentyabr 2016-ci il tarixli, 251 saylı Nikah haqqında şəhadətnamə verilmişdir. Engin Camcı onun ikinci ailə həyat yoldaşıdır. Bu nikahdan onun bir qız övladı dünyaya gəlmişdir. Hal-hazırda ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır. Ona məxsus X>K - >Kr N-441269 doğum haqqında şəhadətnamə qeydiyyata alınmadığı üçun iddiaçı hazırda çətinliklərlə üzləşir. Ona məxsus doğum haqqında şəhadətnamə dövlət qeydiyyatına alınmadığı üçün sistemdə görünmür. İddiaçı bununla bağlı ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2022-ci ıl tarixli məktubu ilə imtina cavabı verilmiş doğum haqqında şəhadətnamənin verilməsi uçun məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edilən məsələ ilə bağlı iddiaçı ilk əvvəl Abşeron Rayon məhkəməsinə müraciət etmiş, müvafiq məhkəmə onun ərizəsini icraata götürmədən geri qaytarmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bildirilir ki, kifayət qədər əsaslar olmadığı üçün vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bundan başqa cavabdeh qeydiyyat şöbəsinin iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-20/15 nömrəli imtina məktubu, etiraz ərizəsi, Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Doğum haqqında şəhadətnamənin surəti, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1403/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Lakin iddiaçının verdiyi apellyasiya şikayəti əsasında iddia tələbinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını ləğv edərək, iddia tələbinə inzibati icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5ci bəndinə əsasən doğum qeydi aparılarkən uşağın valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən qeyd olunan sənədlərin təqdim edilməsi mümkün olmadığı tədqirdə uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunan normalardan bəlli olur ki, doğum qeydin aparılması uşaqların barəsində aparılır və səhiyyə müəssisəndən verilmiş doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədi (forma 103 adlanan) əsasında bu sənədlərin təqdim edilməsi mümkün olmadıqda doğum faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, İddiaçı 18 yaşı tamam olmuş və onun doğumun yeri, vaxtı barəsində dəqiq məlumat mövcud olmadığına, yəni doğumu qeydə alınmadığına görə həmin qeydin bərpası mümkün deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, iddiaçının adına 24 yanvar 1984-cü ildə Bakı şəhəri, Lenin rayonu VVAQ şöbəsi tərəfindən verilməsi iddia edilən doğum haqqında şəhadətnamə barədə VVAQ reyestrində məlumat mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilən xüsusatlara və maddi hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81.1 və 85.1 maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X3 doğum aktı qeydi bərpa edilməsi və yeni şəhadətnamədə X3 doğum tarixi 01.01 1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X5”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X4”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1854/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1854/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver