Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1855/2021 24.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı ürək qan-damar xəstəsi olmasına baxmayaraq, xəstəliyinə dair müvafiq sənədlərin hal-hazıra kimi sistemə vurulmaması, əmək qabiliyyətini itirməsi ilə əlaqədar olaraq işləmək iqtidarında olması ilə bağlı əlillik dərəcəsinin verilməsində ona qarşı biganəlik göstərmiş Quba Mərkəzi rayon xəstəxanasının əməkdaşları tərəfindən, ona dəymiş maddi və mənəvi zərərə görə, eləcə də xəstəliyi ilə bağlı ona təqdim edilmiş tibbi sənədlərdə düzgün qeydlərin bərpa edilməsinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı iddia qaldıraraq ürək, qan-damar xəstəsi olmasına baxmayaraq, xəstəliyinə dair müvafiq sənədlərin hal-hazıra kimi sistemə vurulmaması, əmək qabiliyyətini itirməsi ilə əlaqədar olaraq işləmək iqtidarında olması ilə bağlı əlillik dərəcəsinin verilməsində ona qarşı biganəlik göstərmiş Quba Mərkəzi rayon xəstəxanasının əməkdaşları tərəfindən, ona dəymiş maddi və mənəvi zərərə görə, eləcə də xəstəliyi ilə bağlı ona təqdim edilmiş tibbi sənədlərdə düzgün qeydlərin bərpa edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında onun tələbi aydınlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, hazır ki, iddia tələbi qeyri-mümkün hesab edilməlidir. Belə ki, İddiaçı cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı ürək qandamar xəstəsi olmasına baxmayaraq, xəstəliyinə dair müvafiq sənədlərin hal-hazıki tarixədək sistemə vurulmaması, əmək qabiliyyətini itirməsi ilə əlaqədar olaraq işləmək iqtidarında olması ilə bağlı əlillik dərəcəsinin verilməsində ona qarşı biganəlik göstərmiş Quba Mərkəzi rayon xəstəxanasının əməkdaşları tərəfindən, ona dəymiş maddi və mənəvi zərərə görə, eləcə də xəstəliyi ilə bağlı təqdim edilmiş tibbi sənədlərdə düzgün qeydlərin bərpa edilməsini məhkəmədən xahiş edir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu Quba rayon Mərkəzi Xəstəxanası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı iddia cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan başqa məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, əlilliyin müəyyən olunması da həmin orqan səlahiyyətində deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 1 və 1.1-ci bəndlərinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. İddiaçıya izah olunsun ki, Quba rayon Mərkəzi xəstəxanasının hərəkətləri ilə bağlı ümumi şəhər (rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı ürək qan-damar xəstəsi olmasına baxmayaraq, xəstəliyinə dair müvafiq sənədlərin hal-hazıra kimi sistemə vurulmaması, əmək qabiliyyətini itirməsi ilə əlaqədar olaraq işləmək iqtidarında olması ilə bağlı əlillik dərəcəsinin verilməsində ona qarşı biganəlik göstərmiş Quba Mərkəzi rayon xəstəxanasının əməkdaşları tərəfindən, ona dəymiş maddi və mənəvi zərərə görə, eləcə də xəstəliyi ilə bağlı ona təqdim edilmiş tibbi sənədlərdə düzgün qeydlərin bərpa edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1855/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1855/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver