Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1859/2022 15.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “Cavabdehnə doğumu haqqında vətəndaşlıq vəziyyəti aktlarında adının “Kamran” qeyd edilməklə düzəliş edilməsi, Cavabdehndə saxlanılan doğum haqqında arxiv sənədlərində onun doğumu haqqında qeydin “İddiaçı”na düzəliş edilməsi vəzifəsinin tapşırılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı doğumu haqqında vətəndaşlıq vəziyyəti aktlarında adının “Kamran” qeyd edilməklə düzəliş edilməsi, Cavabdehndə saxlanılan doğumu haqqında arxiv sənədlərində onun doğumu haqqında qeydin “İddiaçı”na düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 05 may 2022-ci il tarixli 05/Q-62/15 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1987-ci il tarixdə Qusar rayonunun Yasab kəndində anadan olmuşdur. İddiaçı doğumu haqqında Qusar RİHB-mn Yasab kənd İƏN-də 05 dekabr 1987-ci il tarixdə 46 saylı akt qeydi aparılmış və ona soyadı, adı və ata adı “İddiaçı” qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. 08 aprel 2005-ci il tarixdə Cavabdeh tərəfindən onun adına təkrarən AZ-1 №578659 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə də soyadı, adı və ata adı “İddiaçı” qeyd edilmişdir. 08 aprel 2005-ci il tarixdə aldığı həmin doğum haqqında şəhadətnamə əsasında ona sonradan şəxsiyyətini təsdiq edən digər sənədlər verilmiş və həmin sənədlərdə də soyadı, adı və ata adı “İddiaçı” qeyd edilmişdir. Bu yaxınlarda o, doğum haqqında akt qeydindən arayış almaq üçün Cavabdehnə mürciət edəndə məlum olmuşdur ki, Cavabdeh arxivində saxlanılan vətəndaşlıq vəziyyəti kitablarında doğum haqqında akt qeydində adı “Hicran” qeyd edilmişdir. İddiaçı, doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarında həmin qeydiyyatın düzgün aparılmadığını və düzgün olmayan həmin qeydlərin aradan qaldırılması üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh 05 may 2022-ci il tarixli məktubu ilə doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarında olan həmin qeydlərdə düzəliş etməkdən imtina etmişdir. Ona Qusar RİHB-nın Yasab kənd İƏN-dən soyadı, adı və ata adı “İddiaçı” qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. 08 aprel 2005-ci il tarixdə Cavabdeh tərəfindən isə onun adına təkrarən AZ-İ №578659 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə də soyadı, adı və ata adı “İddiaçı” qeyd edilmişdir. Cavabdeh arxivində saxlanılan doğum haqqında akt qeydində adının “Hicran” qeyd edilməsindən onun indiyə kimi xəbəri olmamışdır. Qusar RİHB-nın Yasab kənd İƏN-də tərəfindən mənə 05 dekabr 1987-ci il tarixdə verilmiş, soyadı, adı və ata adı “İddiaçı” qeyd edilmiş doğum haqqında şəhadətnamənin əvəzinə, Cavabdeh tərəfindən ona 08 aprel 2005-ci il tarixdə yenidən soyadı, adı və ata adı “İddiaçı” qeyd edilməklə təkrarən AZ-1 №578659 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Əgər adı vətəndaşlıq vəziyyəti aktlarında “Hicran” qeyd edilmiş olsaydı cavabdeh Qusar rayon WAQ şöbəsi arxivində saxlanılan vətəndaşlıq vəziyyəti kitablarında doğum haqqında akt qeydlərinin təkrarən verilən həmin doğum haqqında şəhadətnaməmin qeydlərinə uyğun olmasını təmin etməli idi. İddiaçı 35 illik bütün ömrünü “İddiaçı” soyadı, adı və ata adı ilə yaşamış, bütün sənədlərini həmin ada uyğun almışdır. Ona görə də Cavabdehnə arxivində saxlanılan vətəndaşlıq vəziyyəti kitablarında doğum haqqında akt qeydində adının “Hicran” adından “Kamran” adına düzəliş edilməsi vəzifəsi tapşırılmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmə iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilməyəcəklərini və işə mahiyyəti üzrə baxılmasına heç bir etirazları olmadığını, qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı doğumu haqqında vətəndaşlıq vəziyyəti aktlarında adının “Kamran” qeyd edilməklə düzəliş edilməsi, Cavabdehndə saxlanılan doğumu haqqında arxiv sənədlərində onun doğumu haqqında qeydin “İddiaçı”na düzəliş edilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”; İş materialları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyət vəsiqəsində, AZ-İ 578659 saylı doğum haqqında şəhadətnaməsində adı Kamran olaraq qeyd edilmişdir. Habelə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AO ******* saylı hərbi bilet və 21 iyun 2005-ci il tarixdə verilmiş 202199 saylı orta təhsil haqqında attestatın surətindən də göründüyü kimi iddiaçının adına olan bütün sənədləşmə işlərində adı “Kamran” olaraq qeyd edilmişdir. Göründüyü kimi İddiaçı şəxsiyyətini müəyyən edən məlumatlar adıçəkilən sənədlərdə öz əksini tapmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Qanunun 3-cü maddəsinə əsasən Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Qanunun 4-cü maddəsinə əsasən Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2-ci bəndinə əsasən: ... 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi və s. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının doğum haqqında şəhadətnaməsində mövcud olan məlumatlar əsasında verilmiş şəxsiyyət vəsiqəsi mövcuddur. Eyni zamanda rəsmi sənədlərə əsasən iddiaçı orta məktəbi İddiaçı olaraq bitirmiş və həmin adla hərbi xidmətdə olmuş və ordudan təxris olunmuşdur və hazırda qüvvədə olan şəxsiyyət vəsiqəsi vardır. Göründüyü kimi iddiaçı yetkinlik yaşına çatmamışdan əvvəl və sonra müvafiq dövlət qurumları tərəfindən İddiaçı olaraq tanınmış və müvafiq sənədləşmə işləri aparılmışdır. İnzibati orqanlarda aparılmış qeydiyyatda qeyri müəyyənliyə görə iddiaçı məsuliyyət daşıya bilməz. Ona görədə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı doğumu haqqında vətəndaşlıq vəziyyəti aktlarında adının “Kamran” qeyd edilməklə düzəliş edilməsi, Cavabdehndə saxlanılan doğumu haqqında arxiv sənədlərində onun doğumu haqqında qeydin “İddiaçı”na düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğumu haqqında vətəndaşlıq vəziyyəti aktlarında adının “Kamran” qeyd edilməklə düzəliş edilməsi, Cavabdehndə saxlanılan doğumu haqqında arxiv sənədlərində onun doğumu haqqında qeydin “İddiaçı”na düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev