Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1859/2023 22.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 29 nömrəli qərarına əsasən Corat qəsəbəsində iddiaçıya ayrılan torpaq sahəsindən faktiki istifadəsində olan 598 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçının 600 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS İK-nın 16 noyabr 1989cu il tarixli, 29 nömrəli qərarına əsasən iddiaçıya Corat qəsəbəsi ərazisindən 600 kv.m torpaq sahəsi ayrılmış və həmin qərara əsasən 40 nömrəli akt tərtib olunaraq torpaq sahəsinin cizgisi çəkilmişdir. Uzun illərdir həmin torpaq sahəsini istifadə edir, naturada heç bir problem yoxdur. Yaşlaşdığını nəzərə alaraq, övladlarının gəlcəkdə sənədləşmədə problemləri olmasın deyə torpağı sənədləşdirmək istəmişdir. Bunun üçün həmin torpaq sahəsinin sənədlərinin arxiv çıxarışı üçün vəkil sorğusu ilə Sumqayıt Dövlət Arxiv İdarəsinə müraciət etmişdirlər. Arxiv sorğusuna cavab olaraq bildirilmişdir ki, həmin sənədin arxivi var və məktubla onlara təqdim olunmuşdur. Bundan sonra 29 sentyabr 2022-ci i! tarixdə sənədləri ilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona təsdiqetmə bildirişi verərək, 15.1 1.2022-ci il tarixdə cavab veriləcəyini bildirmişdir. Cavabdeh qeyd olunan torpaq sahəsini əvvəlcə nümayəndəsini göndərərək CPS apartı ilə kordinailarım çıxartmışdır. Bundan sonra Sumqayıt şəhər Memarlıq İdarəsinə sorğu göndərmişdir ki, 30.1 1.1989-cu il tarixli aktda möhür yoxdur. İddiaçının akt dövlət arxivinə təhvil verilibmi?! Sumqayıt şəhər Memarlıq İdarəsi cavab verərək bildirmişdir ki, həmin akt dövlət arxivinə təhvil verilmişdir. İddiaçı ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin (torpaqayırma sənədləriqərar, arxiv arayışı, akt) əsillərini təqdim etməyinə baxmayaraq onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan boyun qaçırırlar. Bildirir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qaydada təmzimlənir. Bundan başqa, imtina Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə ziddir. Daha sonra iddiasını dəqiqləşdirərək Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 29 nömrəli qərarına əsasən Corat qəsəbəsində iddiaçıya ayrılan torpaq sahəsindən faktiki istifadəsində olan 598 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, özəlləşə bilən sahə 0.0598 ha təşkil edir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinə dair tərtib edilmiş 30 noyabr 1989cu il tarixli, 40 nömrəli ayrıc aktı əlavə edilsə də, qeyd edilən akt müvafiq möhürlə təsdiqlənməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinə 03.11 2022-ci il tarixli, **********68 nömrəli sorğu ünvanlanmış, sorğuya cavab olaraq sözügedən aktın Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin arxivində mövcud olduğu bildirilmiş, lakin təsdiq edilmiş surəti idarəyə göndərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’1 Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci və 14.2-ci maddəsinə əsasən, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. Cavabdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 29 nömrəli qərarına əsasən Corat qəsəbəsində iddiaçıya ayrılan torpaq sahəsindən faktiki istifadəsində olan 598 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinə dair tərtib edilmiş 30 noyabr 1989- cu il tarixli, 40 nömrəli ayrıc aktı əlavə edilsə də, qeyd edilən akt müvafiq möhürlə təsdiqlənməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinə xx.xx.2022-ci il tarixli, **********68 nömrəli sorğu ünvanlanmış, sorğuya cavab olaraq sözügedən aktın Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin arxivində mövcud olduğu bildirilmiş, lakin təsdiq edilmiş surəti idarəyə göndərilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər XDS İK-nın 16 noyabr 1989-cu il tarixli, 29 nömrəli qərarına əsasən iddiaçıya Corat qəsəbəsi ərazisindən 600 kv.m torpaq sahəsi ayrılmış və həmin qərara əsasən 40 nömrəli akt tərtib olunaraq torpaq sahəsinin cizgisi çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar aid edilmişdir. Belə ki, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Cavabdeh orqanın imtinasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 12 oktyabr 2022-ci il tarixli sorğuya cavab olaraq təqdim etdiyi Sumqayıt XDS İK-nin xx.xx.1989-cu il tarixli, 29 saylı protokolunun 7.510.4 №li qərarından çıxarış və xx.xx.1989-cu il tarixli Akt məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı torpaq sahəsinin ortofoto görüntüsü və müayinə aktı məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sənədlərdə iddiaçının hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki istifadəsində 0.081 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Müayinə aktında nəticə olaraq qeyd edilmişdir ki, texniki inventarlaşdırma işləri aparılmışdır. Torpaq sahəsi ümumi hasara alınmış 0.081 ha torpaq sahəsinin daxilindədir. xx.xx.1989-cu ildə torpaq sahəsinə tərtib edilmiş N-40 nömrəli cizgi sxemində göstərilmiş ölçülərdən kənara çıxma olduğundan 0.0212 ha artıq torpaq sahəsi mövcuddur. Özəlləşdirilə biləcək sahə 0.0598 ha təşkil edir. Buna uyğun olaraq iddiaçı öz tələbini dəqiqləşdirərək iddiaçıya ayrılan torpaq sahəsindən faktiki istifadəsində olan 598 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini istəmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatını alınmasını istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 29 nömrəli qərarına əsasən Corat qəsəbəsində İddiaçı ayrılan torpaq sahəsindən faktiki istifadəsində olan 598 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1859/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1859/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver