Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-186/2022 16.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar rayonun Əcəxur kənd sakinləri X6 və X1 Qusar rayon AİK-nın xx.xx.1998 il tarixli 15 saylı və məhkəmənin 11.05.06-cı il tarixli 2-175 saylı Qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayon Əcəxur kəndi ərazisindən 1,05 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş, tarixi göstərilməyən JN : 370 KOD 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” –nın etibarsız sayılması, X3 221,88 ha torpaq sahəsi verilməsinə dair 14 may 2006-cı il tarixli JN : 493 KOD 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, həmin Dövlət Aktı əsasında dövlət reyestrindən X2 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar və bunun nəticələri cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia etdiyi, X6 və İddiaçı (Zaminə) Mədətxan qızına məxsus JN : 160 KOD 30104018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin 2,29 ha hissəsində etibarsız sayılması və Qusar rayonun Əcəxur kənd sakinləri X6 və X1 Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 aprel tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3,34 hektar torpaq sahəsi verilməsinə dair xx.xx.1999-cu il tarixli JN : 160 KOD 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 3,34 hektar torpaq sahəsi üzərində Qusar rayonun Əcəxur kənd sakinləri X6 və İddiaçı (Zaminə) Mədətxan qızının mülkiyyət hüquqlarının bərpa olunmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar rayonun Əcəxur kənd sakinləri X6 və X1 Qusar rayon AİK-nın xx.xx.1998 il tarixli 15 saylı və məhkəmənin 11.05.06-cı il tarixli 2-175 saylı Qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayon Əcəxur kəndi ərazisindən 1,05 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş, tarixi göstərilməyən JN : 370 KOD 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” –nın etibarsız sayılması, X3 221,88 ha torpaq sahəsi verilməsinə dair 14 may 2006-cı il tarixli JN : 493 KOD 30104018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, həmin Dövlət Aktı əsasında dövlət reyestrindən X2 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar və bunun nəticələri cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia etdiyi, X6 və İddiaçı (Zaminə) Mədətxan qızına məxsus JN : 160 KOD 30104018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsinin 2,29 ha hissəsində etibarsız sayılması və Qusar rayonun Əcəxur kənd sakinləri X6 və X1 Qusar rayon Aqrar İslahat Komissiyasının 1998ci il 10 aprel tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3,34 hektar torpaq sahəsi verilməsinə dair xx.xx.1999-cu il tarixli JN : 160 KOD 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 3,34 hektar torpaq sahəsi üzərində Qusar rayonun Əcəxur kənd sakinləri X6 və İddiaçı (Zaminə) Mədətxan qızının mülkiyyət hüquqlarının bərpa olunmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16 iyun 2022-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-186/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-186/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver