Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1860/2022 08.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialına) qarşı “qaynanası X6 qulluq etdiyi dövrün hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba- Xaçmaz regional filialının üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialına qarşı iddia qaldıraraq “xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək onunla bir evdə yaşamış mərhum anası X6 qulluq etdiyi dövrü və xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək təhsil aldığı dövrü sosial sığorta stajına qəbul edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək qaynanası X6 qulluq etdiyi dövrün hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Şabran rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF 3 saylı regional ərazi filialı tərəfindən 26 yanvar 2021-ci il tarixli **********6 saylı məktubda göstərildiyi kimi ona əmək pensiyası təyin edilməsinə imtina edilmişdir. Belə ki, məktubda göstərilən kimi “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası qanununun 21-ci maddəsinə əsasən təhsil aldığı xx.xx.1979-xx.xx.1979-cu il dövrü və mərhum qaynanası (onunla bir evdə yaşamış) X6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək qulluq etmə faktını məhkəmə qaydasında qanuni qüvvəsinə minməsi göstərilmişdir. Eyni zamanda iddiaçı beş uşaq doğub tərbiyə etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, mərhum qaynanasına qulluq etməsindən başqa 2006-cı il üçün torpaq payına görə sosial sığorta haqqı ödənişləri etmişdir, bunun da nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 21 yanvar 2021 -ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlərə əsasən ona yaşa görə beş uşaqlı ana kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşın müraciətinə ünvanlanmış 26 yanvar 2021-ci il tarixli **********6 nömrəli imtina məktubuna müvafiq olaraq iddiaçı Q.F. Ocaqovanın tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh orqanın təqdim etdiyi imtina məktubu ilə razılaşmayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Faktiki hallar: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür (İddiaçı müraciət etdiyi tarixdə - xx.xx.2021-ci ildə 57 yaşında olmuşdur). İddiaçının təqdim etdiyi doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətinə əsasən onun X7 (xx.xx.1983-cü il təvəllüdlü), X3 (xx.xx.1985-ci il təvəllüdlü), X8 (xx.xx.1986-cı il təvəllüdlü), X9 (xx.xx.1987- ci il təvəllüdlü), X11 (06.01,1990-ci il təvəllüdlü) adlı beş uşağı var. İddiaçı mərhum qaynanası X12 ilə bir yerdə yaşadığını və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək - X4 vəfat etdiyi günədək ona qulluq edərək bütün məişət ehtiyaclarını qarşıladığını iddia edir (İddiaçı Şabran rayon İHB-nın Taxtalar lƏD-nin arayışını və qulluq dövrünü iddia etdiyi aktı təqdim etmişdir). İddiaçının mərhum qaynanası X12 iddiaçının təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2005-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquqi normalar: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-cl İİ iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırıldığı nəzərdə tutulmuşdur. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıda qeyd olunan şərtlər mövcud olmalıdır: qadınlar üçün pensiya yaş həddi 62 yaş (01,07.2020-ci il tarixdən 01,07.2021-ci ilə kimi) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, Qanunun 21.2.4-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Mübahisələndirilən dövrün əsaslandırılması: İddiaçı mərhum qaynanası X12 ilə bir yerdə yaşadığını və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək - X4 vəfat etdiyi günədək ona qulluq edərək bütün məişət ehtiyaclarını qarşıladığını iddia edir. İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi 125 nömrəli xx.xx.2020-ci il tarixli Şabran rayon İHB-nın Taxtalar kənd İƏD-in arayışına əsasən mərhum qaynanası X6 qulluq etdiyini iddia etdiyi xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (vəfat tarixinədək) olan dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyi-mümkündür. Belə ki, iddiaçının müraciətinə ünvanlanmış 26 yanvar 2021 -ci il tarixli **********6 nömrəli imtina məktubuna müvafiq olaraq qüvvədə olan redaksiyada Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən ahıllara qulluq edilməsi dövrünün sosial sığorta stajı kimi nəzərə alınması üçün qulluq aktının tərtib olunması qaydaları və həmin qaydalara əlavə olunmuş 10 nömrəli əlavədə qulluq aktının nümunəsi göstərilmişdir. Həmin normada qulluq aktının qulluq edilən şəxsin (ahılın) özünün və qonşularının ifadələrinə əsasən tərtib olunması müəyyən edilmişdir. Sözügedən Qaydalar qüvvədən düşərək “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə yeni qaydalar təsdiq edilmişdir. Belə ki, sözügedən qaydaların 4.1.8-ci maddəsinə əsasən ahıllara qulluq müddəti aşağıdakı əsaslara görə sosial sığorta stajına daxil edilməlidir: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Yuxarıda göstərildiyi kimi sözügedən işdə qulluqolunanın 2005-ci ildə vəfat etdiyi üçün həmin şəxsə qulluq müddəti iddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən akta əsasən təsdiq oluna bilməz. Çünki təqdim edilən akt qulluqolunanın vəfatından sonra tərtib edilmişdir. Qulluqlunanın vəfatından sonra qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi üçün qeyd edilən qərarın 3-cü bəndinə göstərilən məhkəmənin ganuni güvvəyə minmiş gərarı olmalıdır. Belə ki, 125 nömrəli xx.xx.2020-ci il tarixli Şabran rayon İHB-nın Taxtalar kənd lƏDin arayışı isə yuxarıda qeyd olunan normanın tələblərinə əsasən qulluq aktı hesab edilmir və mərhum X4 vəfatından sonra verilmişdir. Həmçinin həmin arayış yuxarıda qeyd olunan qaydalarda göstərilmiş həm formaya, həm də tələblərinə riayət edilmədən verilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, İddiaçı tələb olunan 25 il sosial sığort stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi geyri-mümkündür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmiş və əlavə olaraq inzibati orqanın məktubuna istinad edərək bildirmişdir ki, “MEİS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən M.Ocaqov tərəfindən 2006-cı il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan kimi məlumatları qeyd edilmədiyindən sözügedən il üzrə olan məlumatları fərdi şəxsi hesabda öz əksini tapmamışdır.” Ona görədə bu əsasalada pensiya təyinatı aparmaq mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı qaynanası X6 qulluq etdiyi dövrün hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı mərhum qaynanası X12 ilə bir yerdə yaşadığını və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək - X4 vəfat etdiyi günədək ona qulluq edərək bütün məişət ehtiyaclarını qarşıladığını iddia edir. İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi 125 nömrəli xx.xx.2020-ci il tarixli Şabran rayon İHB-nın Taxtalar kənd İƏD-in arayışına əsasən mərhum qaynanası X6 qulluq etdiyini iddia etdiyi xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (vəfat tarixinədək) olan dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyi-mümkündür. Belə ki, iddiaçının müraciətinə ünvanlanmış 26 yanvar 2021 -ci il tarixli **********6 nömrəli imtina məktubuna müvafiq olaraq qüvvədə olan redaksiyada Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən ahıllara qulluq edilməsi dövrünün sosial sığorta stajı kimi nəzərə alınması üçün qulluq aktının tərtib olunması qaydaları və həmin qaydalara əlavə olunmuş 10 nömrəli əlavədə qulluq aktının nümunəsi göstərilmişdir. Həmin normada qulluq aktının qulluq edilən şəxsin (ahılın) özünün və qonşularının ifadələrinə əsasən tərtib olunması müəyyən edilmişdir. Sözügedən Qaydalar qüvvədən düşərək “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə yeni qaydalar təsdiq edilmişdir. Belə ki, sözügedən qaydaların 4.1.8-ci maddəsinə əsasən ahıllara qulluq müddəti aşağıdakı əsaslara görə sosial sığorta stajına daxil edilməlidir: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Yuxarıda göstərildiyi kimi sözügedən işdə qulluqolunanın 2005-ci ildə vəfat etdiyi üçün həmin şəxsə qulluq müddəti iddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən akta əsasən təsdiq oluna bilməz. Çünki təqdim edilən akt qulluqolunanın vəfatından sonra tərtib edilmişdir. Qulluqlunanın vəfatından sonra qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi üçün qeyd edilən qərarın 3-cü bəndinə göstərilən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır. Belə ki, 125 nömrəli xx.xx.2020-ci il tarixli Şabran rayon İHB-nın Taxtalar kənd lƏDin arayışı isə yuxarıda qeyd olunan normanın tələblərinə əsasən qulluq aktı hesab edilmir və mərhum X4 vəfatından sonra verilmişdir. Həmçinin həmin arayış yuxarıda qeyd olunan qaydalarda göstərilmiş həm formaya, həm də tələblərinə riayət edilmədən verilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, İddiaçı tələb olunan 25 il sosial sığort stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin etirazı əsaslı olmamışdır. Belə ki, iddiaçının beş uşaq doğub səkkiz yaşına kimi tərbiyə etməsi beş il azaldılmaqla pensiya hüququnun yaranaması işin mübahisə olunmayan halıdır. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının sosial sığorta stajının olmaması əsası təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçı qeyd edir ki o, mərhum X6 xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək qulluq etmişdir. İddiaçının bu dəlili iş materialları ilə də öz təsdiqini tapır. Belə ki, Şabran rayon İcra Hakimiyyəti Başçısının Taxtalar İnzibati Ərazi Dairəsinin 13 may 2020-ci il tarixli, 125 saylı arayışında qeyd edilmişdir ki, Dağbilici kənd sakini İddiaçı mərhum qaynanası X12 ilə bir yerdə yaşamış, İddiaçı Züleyxa Ocaqovaya vəfat edən günədək qulluq edərək onun bütün məişət ehtiyaclarını ödəmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən arayışın mötəbərliyinə şübhə yaradacaq hər hansı əsas məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ahıl şəxs ölmədən əvvəl müvafiq aktın tərtib edilməməsi, həmin şəxslərə qulluq etmiş şəxslərə nəzərə tutulmuş güzəştin nəzərə alınmaması əsasını verməsi ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mərhum qaynanasına qulluq etdiyi dövrlər cavabdeh tərəfindən nəzərə alınmasa belə onun 2006-cı ildən sonra Dövlət X18 ödənişləri olduğu üçün ona pensiya təyinatı avtomatik qaydada aparılma əsası verir. Belə ki, Seriya ÇİL 554472 nömrəli , 28 sentyabr 2006-cı il tarixli Dəvəçi rayonu Məcburi Dövlət Sosial Sığorta haqqı üçün Mədaxil qəbzindən görünür ki, Dağbilici kənd sakini İddiaçı 2006-cı il üçün torpaq payına görə sosial sığorta haqqı ödənişləri olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********47 saylı məktubunda bildirilir ki, MEİSin “Sığorta” (Hesabat) altsistemində sığortaedən M.Ocaqov tərəfindən 2006-cı il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan kimi məlumatları qeyd edilmədiyindən sözügedən il üzrə olan məlumatları fərdi şəxsi hesabda öz əksini tapmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, faktiki olaraq yuxarıda qeyd edilmiş mədaxil qəbzindən aşkar görünür ki, iddiaçının 2006-cı il üçün X18 ödənişləri olmuşdur. Təqdim edilmiş sübutun mötəbərliyinə cavabdehin şübhəsi olduğu halda müvafiq araşdırma aparmaqla əsaslandıra bilərdi. Əmək Pensiyaları haqqında Qanuna əsasən: Maddə 21. Sığorta stajına daxil edilən və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sosial Sığorta haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. 14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işə tətbiq edəndə, iddiaçının beş uşaqlı ana kimi pensiya yaşının beş il azaldılması əsası və eyni zamanda 2006-ci ildən sonra pensiya fonduna müvafiq ödənişləri etməsi isə ona 25 il sosial sığorta güzəştinin edilməsi əsası yaradır ki, bununda nəticəsində iddiaçının pensiya hüququ yaranmış olur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi araşdırılan hər iki halda iddiaçının pensiya hüququ yaranmış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X6 qulluq etdiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialının) üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev