Məhkəmə qərarları › İş №2-1(118)-1866/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1866/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1866/2021 13.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X21 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X13, X2, X4 və X9 məxsus JN 2335, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı X21 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X13, X2, X4 və X9 məxsus JN 2335, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Məhkəməsi 13 mart 2020-ci il tarixli 2(029)-31/2020 saylı qətnaməsi ilə iddiaçılar X16, X5 və X6 cavabdehlər X25, X14 və X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonunun Hil kəndində yerləşməklə onlara məxsus olan 2.17 ha torpaq səhəsinin zəbt olunmuş hissəsindən cavabdehlər X21, X10 vo X11 çıxarılmasına, həmin torpaq sahəsinin onlara qaytarılmasına və həmin torpaq sahəsində inşa edilmiş tikintilərin cavabdehlərin öz hesabına sökülməsinə dair iddia ərizəsini təmin edib. Həmin qətnamədən apellyasiya şikayəti verilib, iş hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. İş materiallarında olan JN 2335, kod 30111018 altında olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X12, X1, X3 və X7 (Qusar rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(029)-31/2020 saylı qətnaməsi üzrə iddiaçılar) mülkiyyətlərinə Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon AİK-nin 24.10.1998-ci il tarixli 17/3 və Qusar rayon Məhkəməsinin 12 aprel 2006-cı il tarixli 158a saylı qətnaməsi ilə verilmişdir. Qusar rayon məhkəməsinin X25 30 iyun 2020-ci il tarixli G(029)-352)2020 nömrəli məktubunda göstərilmişdir ki, “16 iyun 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinə daxil olmuş ərizəyə əsasən araaşdırılma aparılmış və müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında X8 və qeyrilərinin X25 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılmasına dair 158a saylı mülki iş mövcud deyildir. Odur ki, 158a saylı mülki iş üzrə hər hansı bir sənədin təqdim edilməsi qeyri mümkündür. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən X13, X2, X4 və X9 məxsus JN 2335, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsini məhkəmədən xahiş edir. O, cavabdeh qismində ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini qoyaraq tələbini ona yönəltsə də, həmin orqana hər hansı müraciətinin olduğu müəyyən olunmur. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə dövlət aktının ləğv edilməsi öhdəliyidir ki, buna görə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə dövlət aktının ləğv edilməsi ilə bağlı tələb edilərsə, eyni tələb ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı X21 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X13, X2, X4 və X9 məxsus JN 2335, kod 30111018 olan Qusar rayonu Hil kəndi ərazisindən 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar