Məhkəmə qərarları › İş №2-1(118)-187/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-187/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-187/2020 26.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““xx.xx.N3xx.xx.N5-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmağı və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1959–cu ildə anadan olmuş, 1977–1979–cu illərdə Sovet Ordusu sırlarında hərbi xidmətdə olmuşdur. Sumqayıt Hərbi Komissarlığı tərəfindən xx xxxx N3-cü ildə könüllü olaraq hərbi xidmətə çağırılmış və N saylı Hərbi Hissəyə göndərilmişdir. xx xxxxxxx N3–cü ildə N saylı hərbi hissədə atıcı kimi Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almış, Bunu Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası“ təsdiq edir. Müdafiə Nazirliyinin xx.xx.N5–ci il tarixli 109 saylı əmri ilə ehtiyata buraxılmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi faktı Müdafiə Nazirliyi N saylı hərbi hissə tibb rotasının “ilkin tibbi kartoçkası" ilə ona məxsus hərbi biletin notariat təsdiqi ilə, Müdafiə Nazirliyinin İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli arayışı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin xx.xx.N5-ci il tarixində verdiyi 642 saylı vəsiqəsi ilə təsdiq edilir. O “Müharibə veteranı" adı və vəsiqəsi almaq məqsədilə Müdafiə Nazirliyinə müraciət etmiş, Nazirliyin Şəxsi Heyət Baş İdarəsi özünün xx.xx.2019 saylı məktubu ilə xahişi təmin olunmamışdır. Məktubda qeyd edilir ki, “N saylı hərbi hissənin arxiv sənədləri Mərkəzi Arxivə daxil olmadığına görə və hərbi xidmətiniz tam təsdiqlənmədiyindən Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir“. Hesab edir ki, cavabdehin imtinasını əsassızdır və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsində xx xxxx N3–cü ildə könüllü olaraq hərbi xidmətə çağırıldığını, xx xxxxxxx N3–cü ildə N saylı hərbi hissədə atıcı kimi Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdiyini, xx.xx.N4-cü ildə yaralanaraq "Sol çiyin körpücük sümüyünün qapalı sınığı" xəsarəti aldığını göstərir. Məhkəmədən xx.xx.N3-xx.xx.N5-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmağı faktının təsdiq etməklə. ona ‘Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş edir. Belə ki, N nömrəli hərbi hissə xx.xx.N3-cü ildə N N-li əmrlə yaradılmış, xx.xx.N3-cü ildə 0323 N-li əmrlə ləğv edilmişdir. Hərbi hissə xx.xx.N3-cü il tarixdən xx.xx.N3–cü il tarixə kimi döyüş əməliyyatları aparmışdır. Göstərilən səbəblərdən iddiaçının xx.xx.N3–xx.xx.N5-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsındə hərbi xidmətdə olması faktının təsdiq edilməsinə dair iddiası əsassızdır. İddiaçının ilkin tibbi kartından da görünür ki, o xx.xx.N4-cü ildə N nömrəli hərbi hissənin əsgəri olmuşdur. İddiaçının xx.xx.N4-cü ildən xx xxxx N5–ci ilə qədər olan dövr üçün xidməti barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019–cu il tarixli 9/2–10414 saylı məktubunda göstərilir ki, Sumqayıt ŞHK–nın çağırışçısı 1959-cu il təvəllüdlü, sıravi İddiaçı N N–İi hərbi hissə komandirinin xx xxxx N5-ci iİ tarixli 155 N-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx xxxx N5–ci il tarixli 202 N–li əmrilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK–na göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N8-ci ilin fevralın 1-dən N4-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığınının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. İddiaçı xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilə qədər hərbi hissədə olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, 1/M-7810 nömrəli imtina məktubu, iddiaçıya aid Qeydiyyat kartasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019–cu il tarixli 9/2–10414 nömrəli məktubu və Hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qərarın təsviri hissəsində qeyd olunmuş arayışlarla və hərbi bileti ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapır. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı xx xxxxxx N4-cü ildən xx xxxx N5-ci ilədək N saylı hərbi hissədə olmaması səbəbindən ona müharibə veteranı statusu verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı qeyd olunan tarixlərdə N saylı hərbi hissədə olmamışdır. Lakin məhkəmə araşdırması zamanı oda müəyyən edilmişdir ki, göstəriən müddətlərdə iddiaçının N saylı hərbi hissədə olmamasına səbəb onun yaralanaraq müalicədə olması ilə əlaqədar olmuşdur. Sonradan İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxx N5-ci il tarixli 155 saylı əmri ilə şəxsi heyyətin sıralarına daxil edilərək, qanuni əsaslarala N saylı hərbi hiss komandirinin xx xxxx N5-ci ildə 202 saylı əmrinə əsasən ordu sıralarından tərxis olunmuşdur. Məhkəmə İddiaçı hərbi hissəni özbaşına tərk etməsi ilə gətirilən arqumentə münasibətdə hesab edir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştrak edən zamanı yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər döyüşən hərbi hissədə davam etdirməklə Müdafiə Nazirinin xx.xx.N5-ci il tarixli əmrinə əsasən ordu sıralarında tərxis olunub. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının müharibədə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəyə qanuni əsaslarla daxil olmuş və qanuni əsaslarla həmin hissədən N nömrəli hərbi hissəyə köçürülmüş, həmin hərbi hissədən qanuni əsaslarla hərbi xidmətdən tərxis olunub. Həmçinin iddiaçıya aid Qeydiyyat kartasının təsdiqlənmiş surətindən də həmin məlumatlar öz təsdiqini tapır. Eyni zamanda N saylı hərbi hissənin tibb rotasının “ilkin tibbi kartoçkası”nın surətindən görünür ki, iddiaçı xx.xx.N4-cü ildə yaralanaraq “Sol çiyin körpücük sümüyünün qapalı sınığı“ xəsarəti almış, bu hal iddiaçının döyüş əməliyyatlarında iştrakının əyani sübutudur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində İddiaçı hərbi xidmətdən tərxis olunması barədə məlumatın olmaması səbəbindən onun müharibə veteranı statusunu almaq hüququ məhdudlaşdırıla bilməz. Bundan başqa məhkəmənin sorğusuna əsasən Qarabağ hərbi prokurorluğu tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 16-1558 nömrəli cavab məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğda cinayət işi istintaqı olunmamış və təqsirləndirici material araşdırılmamışdır Halbuki Azərbaycan Respublikası X1 14-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar