Məhkəmə qərarları › İş №2-1(118)-187/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-187/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-187/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 01 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” **********046800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən MMC-yə 28 aprel 2020-ci il tarixli **********245000 nömrəli “Komeral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub daxil olmuşdur. Müəssisə uyğunsuzluq məktubuna cavab məktubunu 04 may 2020-ci il tarixində elektron qutu vasitəsi ilə 2 saylı Ərazi Vergilər Departamentinə göndərilmişdir. Cavab məktubu ilə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” 28.04.2020-ci il tarixli **********245000 saylı məktubunuza cavab olaraq bildirilmişdir ki, müəssisədə NKA qeydiyyatdan keçməsinə baxmayaraq mağaza bağlı olmuş pərakəndə ticarət dövriyyəsi olmamışdır. Məktubun 2-ci hissəsində göstərilən səbəblərlə bağlı bildirilmişdir ki, müəssisədə operativ vergi nəzarət tədbirləri üzrə tərtib olunmuş aktlardan və yoxlamanın nəticələri ilə razılaşmamışlar. Narazılıqla bağlı dəfələrlə qarşı tərəfə məlumat verməyinə baxmayaraq heç bir araşdırılma aparılmamış obyektiv və düzgün nəticə çıxarılması üçün əlavə tədbir görülməmişdir. Belə ki, yoxlama ilə anbarlarda olan mal qalığı tam sayılmamışdır. Bununla bağlı yoxlamanın aparıldığı vaxt öz etirazlarını 24.12.2019-cu il tarixli **********777300 saylı, **********507500 saylı, **********538300 saylı, 09.03.2020-ci il tarixli **********041500 saylı, **********364900 saylı, 10.03.2020-ci il tarixli **********603100 saylı, 19.03.2020-ci il tarixli **********050500 saylı məktublarla bildirmişlər. Bu səbəbdən də operativ vergi nəzarət tədbirləri üzrə tərtib olunmuş aktlara istinad olunması əsassızdır. Qeyd edilən məsələyə aydınlıq gətirilməsinə baxmayaraq, qanunsuz və əsassız olaraq 01 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” **********046800 nömrəli Qərar qəbul edilmişdir. Vergi orqanı qanunsuz olaraq bunları nəzərə almamış və qərəzli olaraq əlavə vergilərin hesablanması barədə 01 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” **********046800 nömrəli Qərar qəbul etmişdir. Həmçinin müəssisənin uyğunsuzluq məktubuna cavab yazmaq üçün qanunvericiliklə müəyyən edilmiş 5 gün gözlənilmədən qərar qəbul edilmişdir. Bu səbəblərdən həmin qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili eynu məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, vergi orqanında olan baza məlumatlarına əsasən iddiaçının 2019-cu ilin ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci sətirlərində dövriyyə məbləğlərinin ümumilikdə 2454416,77 manat olmasına baxmayaraq, həmin il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 196575,00 manat gəlir məbləği əks etdirildiyindən kənarlaşma yaranmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən bəyannamənin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 196575.00 manat + 201 -ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətrində 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0 manat + bəyannamənin 1 N-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0.00 manat, cəmi 196575.00 manat məbləğində gəlir göstərməyinizə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 2257841.77 manat artıq, yəni 2454416.77 manat dövriyyə məbləğləri göstərilmişdir, lakin bəyannamənin 1 N-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borclarınızın məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0 manat artdığı üçün göstərdiyiniz gəlir məbləğlərində 2257841.77 manat kənarlaşma yaranmışdır. Həmçinin, 2019 təqvim ilinin ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin Əlavələrində təqdim ediləcək malların, işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlərin (301.1.8+301.2.7+302.8 + 303.42-ci) cəmi 2454416.77 manat avans məbləğləri ilə həmin hesabat ili üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 Nq-ü Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda göstərilən 196575.00 manat məbləği arasında 2257841.77 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 12.03.2020-ci il tarixli **********742000 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, lakin vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat məktubu və zəruri təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinə 449986,15 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 01.05.2020-ci il tarixli **********046800 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 01.05.2020-ci il tarixli **********046800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarın surəti, cavabdehin etirazı və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, vergi ödəyicisinin 2019-cu ilin ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci sətirlərində dövriyyə məbləğləri ümumilikdə 2454416,77 manat olmasına baxmayaraq, həmin il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 196575,00 manat gəlir göstərildiyindən kənarlaşma yaranmışdır. Əlayə olaraq qeyd edirlər ki, Operativ nəzarət idarəsindən daxil olmuş xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X3 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən 12.03.2020-ci il tarixli **********742000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 01.05.2020-ci il tarixli **********046800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarı iddiaçıya göndərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı ərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi orqanıda müvafiq uyğunsuzluqları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İddiaçı mal qalığının başqa ünvanda olduğunu qeyd edərək, onun hüquqularının pozulduğunu və 07.11.2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirdiyi Sumqayıt Şəhəri Çerkasski 498 ünvanda yerləşən anbarında olduqlarını, lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmamışdır, çünki mal qalığı müəssisənin digər təsərrüfat subyektində, yəni ünvan 2 ünvanında yerləşən anbarda olduğunu bildirmişdir. Ancaq iddiaçı sözügedən həmin dövrdə anbarda mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qalıq malların ikinci anbarda yerləşməsi və bununla əlaqədar yenidən yoxlamanın aparılması ilə bağlı vergi ödəyicisi tərəfindən vergi orqanına müraciət olunmamışdır. Yuxarıda göstərilənlərə uyğun olaraq, cavabdehin tərtib etdiyi 01 may 2020-ci il tarixli **********046800 nömrəli qərar qanunvericiliyə uyğun qəbul edildiyi üçün, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 01 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” **********046800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 01 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” **********046800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar