Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-187/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ sahəsinin tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün 27.06.1990-cı il tarixli 6210 saylı müqavilə, 19.08.1999-cu il tarixli texniki pasport və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.10.2009-cu il tarixli 2984 saylı “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 859 ünvanda yerləşən bağ torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 15.10.2009-cu il tarixli 2984 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən X1 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın (18.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış) 0,09 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə həvalə edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “bağ sahəsinin tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün 27.06.1990-cı il tarixli 6210 saylı müqavilə, 19.08.1999-cu il tarixli texniki pasport və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.10.2009-cu il tarixli 2984 saylı “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-859 ünvanda yerləşən bağ torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 15.10.2009-cu il tarixli 2984 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən X1 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın (18.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Şəhər Ərazi İdarəsinə həvalə edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəyişdirərək “bağ sahəsinin tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün 27.06.1990-cı il tarixli 6210 saylı müqavilə, 19.08.1999-cu il tarixli texniki pasport və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.10.2009-cu il tarixli 2984 saylı “Torpaq sahəsinin planı və ölçüsü” əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 859 ünvanda yerləşən bağ torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 15.10.2009cu il tarixli 2984 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən X1 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın (18.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış) 0,09 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə həvalə edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 06 aprel 2022-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-187/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-187/2022
11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver