Məhkəmə qərarları › İş №2-1(118)-1871/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1871/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1871/2021 13.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “xx.xx.1990-cı ildə Xaçmaz rayonu Ərəb kəndində anadan olmuş və 1990-2001-ci illərdə Ərəb kəndində qeydiyyatda olmuş və yaşamış İddiaçı adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia qaldıraraq “xx.xx.1990-cı ildə Xaçmaz rayonu Ərəb kəndində anadan olmuş və 1990-2001-ci illərdə Ərəb kəndində qeydiyyatda olmuş və yaşamış İddiaçı adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildə Xaçmaz rayonu Ərəb kəndində anadan olmuş və 1990-2001 -ci illərdə Xaçmaz rayonu Ərəb kəndində yaşamışdır. 2001 -ci il tarixədək həmin kənddə yaşamış və daimi pasport qeydiyyatında olmuşdur. Xaçmaz rayon Qalağan kənd İ.Ə.D nümayəndəliyinin Ərəb kəndi üzrə 01 saylı təsərrüfat kitabında mərhum X4 təsərrüfatının üzvü kimi qeydə alınmışdır. (Xaçmaz R.İ.H.B-nının Qalağan i.Ə.D. üzrə nümayəndəsi Xalid Nəsirov tərəfindən verilmiş arayış) və 1996-2000-ci illərdə Ərəb kəndi üzrə 01 saylı təsərrüfat kitabında mərhum X4 təsərrüfatının üzvü kimi qeydə alınmasına dair 565 nömrəli Xaçmaz rayon Dövlət Arxivi arayışı. Respublikanın ərazisində 1996-cı ildən başlayaraq Aqrar islahatlar aparılmışdır. Həmin vaxt iddiaçı Xaçmaz rayonu Ərəb kəndində yaşamış, və onun adı Ərəb kəndində torpaqdan pay almalı olan obyektlərin siyahısına salınmamış, lakin müəyyən olunmayan səbəblərdən iddiaçının adı siyahıdan çıxarılaraq ona pay torpaq sahəsi verilməmişdir. Bununlada iddiaçının “X7" Azərbaycan Respublikasının 12-ci maddəsi ilə qorunan hüquqları pozulmuşdur. Həmin maddənin 2-ci bəndinə görə həmin qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər özəlləşdirilən torpaqlardan pay almaq hüquqlarına malikdir. Həmin qanun 02.08.1996-cı il tarixdə qanun qüvvəyə minmiş, həmin vaxt iddiaçı Xaçmaz rayonunun Ərəb kəndində daimi yaşamışdır. Torpaq İslahatı zamanı ona pay torpaq sahəsi verilməsi nəticəsində hüquqları pozulmuşdur. Aqrar İslahatlar qurtardıqdan sonra X6 ləğv edilmiş və vətəndaşlara paylanmayan torpaq sahələri yerli bələdiyyələrin mülkiyyətlərinə keçmişdir. İslahat zamanı Xaçmaz rayonunun Ərəb kəndi ərazisində torpaq sahəsi almaq hüququ olan subyektlərin hər birinə 2.09 ha torpaq sahəsi verilmişdir, və iddiaçıya da bu həcmdə torpaq sahəsi verilməli idi. Və verilmədiyindən hüquqları pozulmuşdur. X7 AR Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanunu istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, X3 idarəçilıyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. X3 idarəçiliyındəki bağların torpaqları hər bir icarəçinin, koperativ bağların torpaqları hər bir koperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun Dövlət Qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların əraziləri və həmin torpaqlardan istifadənin qanuniliyinin təsdiq edən sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reystrini aparan Dövlət Orqanı tərəfindən verilir. Aqrar İslahat zamanı iddiaçının hüququm pozulduğundan mənə çatası 2.09 ha torpaq sahəsi yerli bələdiyyə olan cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçının pozulmuş olan hüququnun bərpası üçün cavabdeh təşkilatlara müraciət etsə də ona imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə tərəfindən hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 2-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Aqrar İslahat zamanı anasına torpaq sahəsi ayrılmışdır. Atasına, bacısına və özünə torpaq sahəsi ayrılmamışdır. Həmin vaxtdan 2002ci il qədər kənddə yaşamışdır. Hesab edir ki, ona aqrar islahat zamanı ayrılmalı olan torpaq sahəsini hazırda bələdiyyə ona ayırmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iş üzrə İddiaçı onun adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbinin iddiaçının adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia həmin hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin hazırki işdə iddiaçının cavabdeh orqanlara müraciət etmədən cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi iddia həmin hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin hazırkı iş üzrə iddiaçının inzibati orqanlara rəsmi müraciəti müəyyən olunmur. Bu isə iddianın mümkün sayılmaması üçün əsas təşkil edir. İddia ərizəsindən və iddiaçının izahatından görsənir ki, iddiaçı aqrar islahat zamanı almalı olduğu torpaq sahəsinin indi müvafiq olaraq bələdiyyə tərəfindən ona ayrılmasını istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh bələdiyyəyə belə bir müraciəti olsaydı belə, hazırkı iddia mümkün sayıla bilməzdi. Çünki mövcud qanunvericiliyə əsasən bələdiyyələrin aqrar islahatla əlaqəli torpaq ayırma səlahiyyətləri və vəzifələri müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X7 Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X6 aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli X6nın çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür və həmin qurumun hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə iddiaçı ona aqrar islahat zamanı ayrılmalı olan torpaq sahəsinin Cavabdeh2 tərəfindən ona ayrılmasını tələb edir ki, Bələdiyyənin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “xx.xx.1990-cı ildə Xaçmaz rayonu Ərəb kəndində anadan olmuş və 1990-2001-ci illərdə Ərəb kəndində qeydiyyatda olmuş və yaşamış İddiaçı adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması”na dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar