Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1871/2024 27.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş peniya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş peniya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1958-cı il təvəllüdlüdür. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə bir ay ərzində Beyləqan rayonu 3 nömrəli pambıqçılıq sovxozunda işləmişdir. Sonra 01 may 1976-cı il tarixdən 01 may 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ilin aprel ayından 1982-ci ilin dekabr ayının sonuna kimi Beyləqan rayonu 3 nömrəli pambıqçılıq sovxozunda fəhlə işləmiş, 14 sentyabr 1982-ci il tarixdə “Azenerjisazlama” müəssisəsində X3 Sexində Yağ və hava açarları sahəsində paylayıcı qurğuların təmiri üzrə elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş və 18 noyabr 1982-ci ildə daimi olaraq eyni sexdə və vəzifədə saxlanılmaqla fəaliyyətinə davam etmiş və 15 may 2002-ci il tarixinə kimi həmin elektrik çilingəri vəzifəsində çalışmışdır. Bu müddət ərzində müəssisənin adı iki dəfə dəyişikliyə məruz qalmışdır. 16 may 2002-ci il tarixdə "xxxx"xxxx"xxxx" MMC-yə Paylayıcı Qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsinə qəbul edilmiş və 07 yanvar 2013-cü il tarixə kimi orada elektrik çilingəri vəzifəsində çalışmış və işdən çıxmışdır. O, 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajına malik olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və müarciət tarixindən əvvəlki son 36 ay üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 19 sentyabr 2023 -cü il tarixli 3-17-1 /2-Ə- 215214/2023 nömrəli məktubla xahişini yerinə yetirməkdən imtina edilmişdir. Cavabdeh öz imtina məktubunda bildirir ki, iddiaçının işlədiyi Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda gərginlik altında olan 330 kVt və yüksək gərginlik bölüsdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri vəzifəsinə aid deyil və bu səbəbdən də iddiaçının güzəştli is stajı yoxdur. Məsələ burasındadır ki, cavabdeh eyni bölmədə nəzərdə tutulan və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların isini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri bəndini gözardı etmişdir, halbuki işəgötürənin verdiyi güzəştli iş stajı barədə arayışda iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin məhz həmin kriteriyaya uyğun olmasını bildirir. Siyahının Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adlı bölməsində ayrı-ayrı iki bənddə elektrik çilingərləri nəzərdə tutulur və işəgötürənin məhz iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin həmin bəndlərdən birinə uyğun olmasını bildirən güzəştli arayış təqdim etmişdir. Belə çıxır ki, cavabdeh həmin iki bənddən hər hansı biri ilə manipulyasiya edib iddiaçının xahişini rədd etmək imkanından sui-istifadə etmişdir. Əslində isə, cavabdeh iddiaçının ilkin sübutetmə yükünə aid olan güzəştli iş stajı barədə arayışda göstərilənlərə əks sübut təqdim etməli idi, o isə formal, öz mülahizəsinə əsasən peşələrin uyğun olmaması barədə fikir yürütmüş, bunu əsaslandırmamışdır. İddiaçının işlədiyi “Paylayıcı qurğular avadanlığının təmiri üzrə elektrik çilingəri” peşəsində çalışan bütün çilingərlər gərginlik altında olan 330 kV və yüksək gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri ilə birlikdə və yalnız qismən əmək vəzifələri fərqi ilə bir yerdə, eyni şəraitdə çalışaraq, hər kəs özünə aid olan işləri yerinə yetirir. Paylayıcı Qurğular elektrik stansiyalarında hasil edilən elektrik enerjisinin elektrik stansiyasından alıb daim nominal yüksək gərginlikli-330kV və 500 kV gərginlikli xətlərə ötürülməsi işini həyata keçirir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 01PH/273 nömrəli arayışında iddiaçının xx.xx.1982-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində X5 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə və xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində isə Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X2 təmiri və sazlanmasının Bakı sahəsində paylayıcı avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı nın Elektrik stansiyaları, enerji qatarları, enerji və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı çalışmış olduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulmuş vəzifə ilə uyğunluq təşkil etsə də, çalışmış olduğu sahə sözügedən Qərarda nəzərdə tutulan sahə ilə uyğunluq təşkil etmir. Məhz bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İş materiallarında olan : - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. - İddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-xx.xx.2002-ci il tarixlərdə X5 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə elektrik çilingəri, xx.xx.2002-xx.xx.2013-cü il tarixlərdə elektrik avadanlıqlarının təmiri və sazlanması sexinin X2 təmiri və sazlanmasının Bakı sahəsində paylayıcı avadanlıqlarının təmiri üzrə elektrik çilingəri işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 160 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1982-ci ildə (əmr № 178-ok, xx.xx.1982-ci il) “Azenerjisazlama” müəssisəsinin X5 və Hava açarlarının təmiri sexinə Paylayıcı Cihazların təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilib və xx.xx.2002-ci ildə (əmr №-17-ş. 15.05.20.02-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. 16.05.002-ci ildə (Əmr №-10-kş, xx.xx.2002-ci il) "Azərenerjixüsusitəmirsazlama müəssisəsi” MMC-nin Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X2 təmiri və sazlanmasının Bakı sahəsinə Paylayıcı Avadanlıqlarının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilib və xx.xx.2013-cü ildə (Əmr №-03/12-kş, xx.xx.2013-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən əmək müqaviləsinə xitam verimişdir. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların isini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və fəhlələr bəndinə əsasən elektrik çilingərlərinin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 30 il, 03 ay, 33 gün. - Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı Beyləqan rayon 3 №-li Pambıqçılıq sovxozunda işləməsi və 1976-cı ilin aprel ayında, 1979-cu ilin aprel ayından 1980-ci ilin avqust ayınadək, 1980-ci ilin sentyabr, noyabr-dekabr aylarında, 1981-ci ilin aprel ayından 1982ci iln dekabr ayınadək (dekabr ayı daxil) əmək haqqı alması müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişlər 57 yaşına çatdıqda, azı 25 il sıorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İdida tələbindən görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının tələb olunan (azı 25 il) ümumi staja malik olmasını mübahisələndirmir. Mübahisəli hal ondan ibarətdir ki, cavabdeh iddiaçının xx.xx.1982-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi X5 və Hava açarlarının təmiri sexində Paylayıcı cihazların təmiri üzrə və xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi Elektrik Avadanlıqlarının təmiri və Sazlanması sexinin X2 təmiri və sazlanmasının Bakı sahəsində paylayıcı avadanlıqlarının təmiri üzrə elektrik çilingəri peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına uyğunlaşdıraraq həmin peşənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olmaması qənaətinə gəlmişdir. Belə ki, cavabdeh hesab etmişdir ki, iddiaçının işlədiyi sahə həmin Siyahıda göstərildiyi kimi qazanxana, turbin (qaz-buxar turbini) avadanlığının təmiri, yanacaqgötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyildir. Halbuki, iddiaçının 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı ilə qədər 25 il ümumi və 12 il 6 ay xüsusi staja maik olması və işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”da nəzərdə tutulmuş peşələrə uyğun olması tələb edilməli idi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq tətbiq edilməli normaları tətbiq etməmiş, yəni iddiaçının müraciətinin araşdırılması zamanı onun işlədiyi peşənin yuxarıda göstərilən 2 nömrəli Siyahıya deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğunlaşdırma aparmışdır ki, nəticədə iddiaçıya imtina cavabı vermişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli X4 “Elektirk stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri çilingərlər və bütün adlarda olan elektrik çilingərləri peşələri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması təsdiq edilir. Məhkəmə qeyd edir ki, təqdim ediilmiş inzibati icraat materiallarından iddiaçının ild dəfə müvafiq xahişlə cavabdeh inzibati orqana 12 noyabr 2019-cu il tarixdə müraciət etməsi görünür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında”Azərvaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsi onun müraciət etdiyi 12 noyabr 2019-cu il tarixdən əvvəlki 3 il, yəni 12 noyabr 2016-cı il tarixdən başlanması öhdəliyi cavabdehin üzrinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 12 noyabr 2019-cu il tarixdən əvvəlki son 36 ay üçün ödənilməmiş peniya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1871/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1871/2024
27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver