Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1872/2022 06.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “İddiaçı 4 nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsinin Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsi üçün cavabdeh inzibati roqana müraciət etmiş, cavabdehin 25 aprel N2-ci il tarixli, S-22/3-174 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarına qatılmış, 02 oktyabr N0-ci il tarixdə yaralanmışdır. Ona ilk tibbi yardım göstərilərək Silahlı Qüvvələrin Baş Klinik Hospitala təxliyə edilmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sol yuxarı ətrafın çoxsaylı odlu silah qəlpə yaralanmaları, sol bazu sümüyünün orta 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığı, sol bazunun və sol saidin yuxarı 1/3-nin yumşaq toxuma deffektli qəlpə yaralanmağı üzrə birinci cərrahi işlənməsi, sol bazu sümüyünün ekstremal fıksatorla osteosintezi, yaraların ikinci cərrahi işlənməsindən sonrakı bazu sümüyünün orta 1/3-i qeyri-düzgün bitişmiş sınığından xarici fıksator aparatının çıxarılması cərrahi əməliyyatları aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının 23 iyun N1-ci il tarixli 1566 nömrəli qərarına əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 14 oktyabr N1-ci il tarixli qərarına əsasən ona 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin N sentyabr N1-ci il tarixli, 231 saylı əmri ilə Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ya müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi hərbi xidmətdə olduğu dövrdə mənzillə təmin edilmədiyi üçün 10 iyun 2014-cü il tarixli və 5 mart N2-ci il tarixli müqavilələrə əsasən, ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır. 2012-ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırdada həmin məktəbin 4-cü sinfində oxuyur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar N1-cİ il tarixli, 2449 nömrəli Sərancamınm 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2014-cü il yanvarın 1-dən N0-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES- də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və N0-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, N1- N5-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən, Yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1.1- ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar N1-ci il tarixli, 2449 nömrəli Sərancamının tələblərini nəzərə alaraq mənzil növbəsinə qəbul edilməsi məqsədi ilə 01 aprel N2-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdirinin imzaladığı 25 aprel N2-ci il tarixli, S-22/3-174 saylı məktubla ona mənzil növbəsinə qəbul edilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi müdirinin 25 aprel N2-ci il tarixli, S-22/3-174 saylı imtina məktubunda göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından daxil olmuş təkrar müraciətinizə şəhər İcra hakimiyyətində baxılmışdır və müəyyən olunmuşdur ki, o, Qusar rayonundan qeydiyyatdan çıxaraq N2-ci ildə Sumqayıt şəhərində qohumuna məxsus iki otaqlı mənzilə qeydiyyata düşmüşdür. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Qeyd edilən səbəblərdən xahişinin müsbət həlli mümkün olmamışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdirinin imzaladığı 25 aprel N2-ci il tarixli, S- 22/3-174 saylı mənzil növbəsinə qəbul edilməkdən imtina məktubu qanunun tələblərinə zidd və və heç bir əsası yoxdur. Belə ki, o, İddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi hərbi xidmətdə olduğu dövrdə mənzillə təmin edilmədiyi üçün ailəsi ilə birlikdə 10 iyun 2014-cü il tarixli və 5 mart N2-ci il tarixli müqavilələrə əsasən Sumqayıt şəhərində kirayədə yaşamışdır. 2012ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırdada həmin məktəbin 4-cü sinfində oxuyur. İddiaçı Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarına qatılmış, 02 oktyabr N0-ci il tarixdə yaralanmışdır. Ona ilk tibbi yardım göstərilərək Silahlı Qüvvələrin Baş Klinik Hospitala təxliyyə edilmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sol yuxan ətrafın çoxsaylı odlu silah qəlpə yaralanmaları, sol bazu sümüyünün orta 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığı, sol bazunun və sol saidin yuxan 1/3-nin yumşaq toxuma deffektli qəlpə yaralanması üzrə birinci cərrahi işlənməsi, sol bazu sümüyünün ekstremal fıksatorla osteosintezi, yaraların ikinci cərrahi işlənməsindən sonrakı bazu sümüyünün orta 1/3-i qeyri-düzgün bitişmiş sınığından xarici fıksator aparatının çıxarılması cərrahi əməliyyatları aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının 23 iyun N1-ci il tarixli 1566 nömrəli qərarına əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 14 oktyabr N1-ci il tarixli qərarına əsasən ona 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi, bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin N sentyabr N1-ci il tarixli, 231 saylı əmri ilə Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ya müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi hərbi xidmətdə olduğu dövürdə mənzillə təmin edilmədiyi üçün 10 iyun 2014-cü il tarixli və 5 mart N2-ci il tarixli müqavilələrə əsasən, ailəsilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır. 2012-ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırda da həmin məktəbin 4-cü sinfində oxuyur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar N1-ci il tarixli, 2449 nömrəli Sərancamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2014-cü il yanvarın 1-dən N0-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES- də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidjnəti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və N0-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, N1- N5-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən, Yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1.1- ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış şahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar. 50.2. Vətəndaşın və ya onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və ya mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli, 55-İQ nömrəli qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Göstərilən maddi hüquq normalarınndan göründüyü kimi Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər. Həmin maddi hüquq normalarından göründüyü kimi şəxsin yaşayış yeri, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli 175 saylı arayışına əsasən sabiq hərbi qulluqçu ehtiyatda olan gizir İddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin N sentyabr N1-ci il tarixli, 231 saylı əmrinə əsasən, gizir İddiaçı Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ya müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 17 mart N2-ci il tarixli, 91 saylı arayışına əsasən, gizir İddiaçı 25 yanvar N2-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. 10 iyun iki min on dördüncü il tarixli və 5 mart iki min iyirminci il tarixli Kirayə müqavilələrinə əsasən İddiaçı 31 iyul 2013-cü il tarixdən bu günə kimi ailəsilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır və hal-hazırda da yaşayır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 24 yanvar N2-ci il tarixli 11 saylı arayışına əsasən, 21 iyun 2012-ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu 2018-ci ildə Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırda da həmin məktəbin 4-cü sinfində oxuyur. Beləliklə, yuxarıda göstərilən arayışlardan görünür ki, ehtiyatda olan gizir İddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində hərbi xidmət etmişdir və ailəsilə birlikdə daha çox yaşadığı, daimi yaşayış yeri Sumqayıt şəhərində ailəsilə birlikdə kirayədə yaşamışdır. Hərbi xidməti başa vurduqdan sonra da ailəsilə birlikdə daha çox yaşadığı, daimi yaşayış yeri olan Sumqayıt şəhərində yaşamışdır və yaşamaqda davam edirlər. 21 iyun 2012-ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu 2018-ci ildə Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırdada həmin məktəbin 4-cü sinfində oxuyur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli, 55-İQ nömrəli qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1- ci maddəsinə əsasən, iddiaçının ailəsilə birlikdə daha çox yaşadığı, daimi yaşayış yeri 31 iyul 2013-cü il tarixdən bu günə kimi Sumqayıt şəhəri olmuş və Sumqayıt şəhəri sayılır. Hərbi xidmətdən istefaya buraxıldıqdan sonra göstərilən qanunvericiliyin tələblərinə uyğun olaraq formal olaraq əvvəllər qeydiyyatda olduğu Qusar rayonundan qeydiyyatda çıxaraq, ailəsilə birlikdə daha çox yaşadığı, daimi yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsi ( Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Göstərilən Mənzil Məcəlləsinin 52-ci maddəsində söhbət, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verərək vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələrindən gedir. İddiaçı ailəsi ilə birlikdə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli, 55-İQ nömrəli qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, hərbi xidmətdən istefaya buraxıldıqdan sonra əvvəllər qeydiyyatda olduğu Qusar rayonundan qeydiyyatda çıxaraq, 31 iyul 2013-cü il tarixdən bu günə kimi ailəsilə birlikdə daha çox yaşadığı qanunvericiliyin tələblərinə uyğun olaraq daha çox yaşadığı daimi yaşayış yeri üzrə Sumqayıt şəhərinə qeydiyyata alınmaqla, Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verməmişdir, iddiaçı və ailəsi olmayan yaşayış şəraitlərini qəsdən pisləşdirməmişdir və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər icra hakimiyyətinə qarşı “onun 4 nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər icra hakimiyyətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə əlavə sənədlər (iddiaçının xx.xx.2013-cü il tarixdən 23.09. N1-ci il tarixədək DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət etməsi, həmin tarixlərdə Sumqayıt şəhərində yaşadığını, oğlu Səfərli Rəşad Sakin oğlunun 2018-ci ildə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin hazırlıq qrupuna daxil olduğunu və hazırda həmin məktəbin İV sinfində oxuduğu) təqdim etdiyindən cavabdeh tərəfdən əlavə münasibət bildirilməsi tələb olunmuşdur. Aşağıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi etirazla qarşılanır. Müəyyən olunmuşdur ki, xx.xx.1988-ci ıl təvəllüdlü gizir İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.N1-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Nazirliyinin 28 06.N1-ci il tarixli 103 ş/h nömrəli əmri ilə Hərbi Xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Hərbi qeydiyyata alınmaq üçün xx.xx.N1-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinə göndərilmişdir. xx.xx.N1-ci il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.N2-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyata alınmışdır. N2-ci ilin yanvar ayında Qusar rayonundan qeydiyyatdan çıxaraq, qohumuna məxsus yaşayış sahəsi 34,96 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 4/10, mənzil 11-ə qeydiyyata düşmüşdür. Qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı 4 nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarına qatılmış, 02 oktyabr N0-ci il tarixdə yaralanmışdır. Ona ilk tibbi yardım göstərilərək Silahlı Qüvvələrin Baş Klinik Hospitala təxliyə edilmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sol yuxarı ətrafın çoxsaylı odlu silah qəlpə yaralanmaları, sol bazu sümüyünün orta 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş sınığı, sol bazunun və sol saidin yuxarı 1/3-nin yumşaq toxuma deffektli qəlpə yaralanmağı üzrə birinci cərrahi işlənməsi, sol bazu sümüyünün ekstremal fıksatorla osteosintezi, yaraların ikinci cərrahi işlənməsindən sonrakı bazu sümüyünün orta 1/3-i qeyri-düzgün bitişmiş sınığından xarici fıksator aparatının çıxarılması cərrahi əməliyyatları aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının 23 iyun N1-ci il tarixli 1566 nömrəli qərarına əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 14 oktyabr N1-ci il tarixli qərarına əsasən ona 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin N sentyabr N1-ci il tarixli, 231 saylı əmri ilə Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ya müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi hərbi xidmətdə olduğu dövrdə mənzillə təmin edilmədiyi üçün 10 iyun 2014-cü il tarixli və 5 mart N2-ci il tarixli müqavilələrə əsasən, ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır. 2012-ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırdada həmin məktəbin 4-cü sinfində oxuyur. İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh inzibati orqan qeyd edir ki, xx.xx.N1-ci il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.N2-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyata alınmışdır. N2-ci ilin yanvar ayında Qusar rayonundan qeydiyyatdan çıxaraq, qohumuna məxsus yaşayış sahəsi 34,96 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 4/10, mənzil 11-ə qeydiyyata düşmüşdür. Qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Cavabdeh orqan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək iddiaçını yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar N1-ci il tarixli, 2449 nömrəli Sərancamının 1-ci bəndinə istinad edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar N1-ci il tarixli, 2449 nömrəli Sərancamının 1-ci bəndinə əsasən:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) N1–N5-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən N0-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və N0-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən sərəncamın verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilmiş normaları ilə yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma və ondan imtina halları müəyyən edilmişdir. Cavabdeh orqan həmin Məcəllənin 52-ci maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırması ilə Qusar rayonunda qeydiyyatda olduğu 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixlərində iddiaçının faktiki yaşayış yerinin Sumqayıt şəhəri olduğu müəyyən edilir. İddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində hərbi xidmətdə olmuşdur. Bu halda onun Qusar rayonunda qeydiyyatda olması formal xarekter daşımışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Göründüyü kimi fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.Hazırki iş üzrə iddiaçı formal olaraq Qusar rayonunda qeydiyyatda olsa da, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi hərbi xidmətdə olmuşdur bu isə onun həmin dövrlərdə Qusar rayonunda yşamasını istisna edir. Yuxarıda qeyd olunduğu kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 31 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarına qatılmış, 02 oktyabr N0-ci il tarixdə yaralanmış, ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sumqayıt şəhərində 20 iyul 2013-cü il tarixdən N sentyabr N1-ci il tarixinə kimi hərbi xidmətdə olduğu dövrdə mənzillə təmin edilmədiyi üçün 10 iyun 2014-cü il tarixli və 5 mart N2-ci il tarixli müqavilələrə əsasən, ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşamışdır. 2012-ci il təvəllüdlü oğlu Səfərli Rəşad Sakin oğlu Sumqayıt şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna daxil olmuş və hal-hazırdada həmin məktəbin 4-cü sinfində oxuyur. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçının cavabdeh inzibati orqanın istinad etdiyi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş şəxs kimi nəzərə alınmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 4 nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsi Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 4 nəfər ailə üzvü tərkibi ilə mənzil növbəsinə götürülməsi öhdəliyi Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev