Məhkəmə qərarları › İş №2-1(118)-1874/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1874/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1874/2023 08.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və həmin statusu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün statusu və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası və anası 1993-cü ildən Cəbrayıl rayonunundan məcburi köçkün olmuşlar. Onların hər ikisinin məcburi köçkün kimi vəsiqələri vardır. İddiaçı yetkinlik yaşına çatmadığı dövrdə məcburi köçkünlər üçün nəzərdə tutulan müavinəti almışdır. Lakin o, yetkinlik yaşına çatdıqdan sonra hərbi xidmətə getdiyi vaxtdan müavinət kəsilmişdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə İşğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışa uşaqlara da məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi iddiaçının valideynlərinin hər ikisinin məcburi köçkün statusu olduğuna və onların daimi qeydiyyat yerlərinin Cəbrayıl şəhəri olduğuna görə iddiaçıya da məcburi köçkün statusu və həmin statusu təsdiq edən vəsiqə verilməlidir. İddiaçı bu barədə cavabdeh orqana müraciət etməyinə baxmayaraq cavabdeh orqan əsassız olaraq və heç bir səbəb göstərmədən müraciətini təmin etməkdən imtina etmişdir. Tərəflər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı məcburi köçkünlər X3 və X8 övladlığına verildiyindən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə müvafiq olaraq, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin 2-304/03 nömrəli qətnaməsi ilə iddiaçı X12 və onun həyat yoldaşı X5 övladlığına verilmişdir. İddiaçı "məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi’’ barədə Komitəyə daxil olmuş müraciəti Komitənin 2023cü il 11 yanvar tarixli 01/85 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilir. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.2003-cü il təvəllüdıüdür. - AA № 096420 seriyalı vəsiqədən görünür ki, X2 rayonundan məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. - AA № 096420 seriyalı vəsiqədən görünür ki, X1 rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. -Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin MİD–nin Mehdiabad MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışdır. Cəbrayıl rayonundan məcburi köçkündür. Məhkəmənin sorğusuna əsasən Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 5-40/2-201/2023 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2003cü il təvəllüdlü İddiaçı adı doğulduğu tarixdən vahid aylıq müavinət alanların siyahısına daxil edilmiş və ona hərbi xidmətə getdiyi tarixədək vahid aylıq müavinət ödənilmişdir.Hərbi xidmətə getdiyi tarixdən ona verilən vahid aylıq müavinət dayandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təmanatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Cavabdeh imtina cavabının əsas dəlili kimi iddiaçı X9 Cəbrayıl rayonundan məcburi köçkün olan X12 və X15 tərəfindən övladlığa götürülən uşaq olduğunu bildirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı övladlığa götürülən uşaq olsa belə doğma uşağın sahib olduğu hüquqlara malikdir və bu əsasla ona imtina cavabb verilməsi qanunsuz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddəsinə əsasən övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. Cavabdeh “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsində yalnız valideynlərdən söhbət getdiyini və iddiaçının doğma valideynlərinin başqa şəxslər olduğuna istinad edir. Məhkəmə qeyd edir ki, cavabdeh özü iddiaçının məhkəmə qətnaməsinə əsasən övladlığa verildiyini və doğum haqqında şəhadətnaməsində “ata” qrafasında X4, “ana” qrafasında isə X15 olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.19-cu maddəsinə görə övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllınin 134.2-ci maddəsinə görə övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər. Beləliklə, qanunvericilik nprmalarından mənasından göründüyü kimi iddiaçı övladlığa götürülən uşaq olduğundan onun ovladlığa verilməsi barədə məhkəmə qətnaməsi qanunui qüvvəyə mindiyi gündən öz doğma valideynlərinə (qohumlarına) qarşı digər hüquqlarını və vəzifələrini (ailə baçısını itirməyə görə pensiya, dövlət müavinəti almaq hüququ istisna olmaqla) itirmişdir və əksinə, onunla onu övladlığa götürən şəxslər arasında hüquq və vəzifələrinə hüquqi əsas yaranmışdır. Məhkəmə tərəfindən Qubadlı rayon İcra Hakimiyyətinə edilmiş sorğuya əsasən məhkəməyə göndərilmiş cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adı 2003-cü ildən vahid aylıq müavinət alanların siyahısına daxil edilmiş və ona hərbi xidmətə getdiyi tarixədək vahid aylıq müavinət ödənilmişdir. Hərbi xidmətə getdiyi tarixdən ona verilən vahid aylıq müavinət dayandırılmışdır. Məhkəmə hesab edir ki, məcburi köçkünlər üçün təsis edilmiş həmin müavinəti (yemək xərcini) də iddiaçıya ödəməklə dövlət fakitki olaraq onu məcburi köçkün kimi tanımış və müəyyən edilmiş imtiyazlardan istifadə etmək imkanını vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı məcburi köçkün adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar