Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-188/2021 02.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx xxx 2020-ci tarixli, **********867400 saylı “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx xxx 2020-ci tarixli, **********867400 saylı “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə”dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixli, **********867400 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində 2019-cu il hesabat dövrü üzrə əlavə gəlir vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı xx.xx.2020-ci il tarixində **********553500 saylı və xx.xx.2020-ci il tarixində **********680500 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Halbuki bəyannamədə qeyd olunan məlumatlar təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lazımi sənədləri və izahatları təqdim etmələrinə baxmayaraq, vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlir vergisi bəyannaməsinin xərclər bölməsində sənədlərlə təsdiq olunan məbləğ və işçilərə verilən əməkhaqqı dəfələrlə azaldılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. xx xxx 2020-ci il tarixli, **********867400 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat qrafasında göstərilmişdir ki, Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Buradan belə anlaşılır ki, hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi isə vergi orqanının qərəzli mövqeyidir. Həmin əlaqəli məlumatın hansı sənədlə təsdiq edildiyi isə məlum deyildir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və iddiaçının təqdim etdiyi sənədlər tam şəkildə araşdırılmamışdır. Qanunvericiliyin tələblərinə əsasən aşağıda qeyd etdiyim maddələrə istinad edərək: Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən : 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan soııra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktım təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 94.0. Verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu — vergi orqanının üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.1 -ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vennək hüququna malikdirlər. Həmin Qanunun 72.1 -ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1 -ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd etdiyi qanunvericilik aktlarına əsasən iddiaçı hesab edir ki, cavabdeh Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx xxx 2020-ci il tarixli. **********867400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı qanunsuz çıxarılmış və vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış 2019-cu il hesabat dövrü üzrə gəlir vergisi məbləği əsassız olaraq hesablanmışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar ləğv olunmalıdır. Qeyd edilənlərə görə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, vergi ödəyicisi İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2020-ci il tarixli 2019-cu ilin gəlir vergisinin bəyannaməsində dövriyyə məbləğinin (ümumi gəlirin) həmin dövr ərzində çəkdiyi xərclərlərin məbləğindən dəfələrlə az olduğu bəyan edilmişdir. Aparılan araşdırmalar zamanı anoloji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri tərəfindən həmin dövr üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrində qeyd edilmiş enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisinin son 5 ilin iqtisadi göstəriciləri araşdırılmış və nəticədə onun 96.231,99 manat zərərlə işlədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisinin əldə etdiyi əlavə maliyyə vəsaitinin olmadığını nəzərə alsaq bu illər ərzində çəkdiyi xərclərinin ödənildiyini əsas götürərək zərərlə işləməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********680500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” Məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin məktuba cavab verilmədiyinə görə, xx.xx.2020-ci tarixli **********867400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarına əsasən 2019-cu il üçün 18.075,90 manat gəlir vergisi hesablanmışdır. Aparılmış kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisinin fəaliyyətinə anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilmişdir. Anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi “xxxx” MMC-nin (VÖEN **********) 2019-cu ilin mənfəət vergisi bəyannaməsində qeyd edilən dövriyyə 1.440.431,18 manat, enerji xərclərinin məbləği 70.380,78 manat olmasını əsas götürərək, İddiaçı 2019-cu il ərzində “xxxx” ASC-dən aldığı enerji xərclərinin məbləğinin 26.496,16 manat olmasını nəzərə alaraq anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi ilə müqayisəsi nəticəsində iddiaçının 2019-cu il üzrə 542.277,23 manat dövriyyənin olduğu müəyyən edilmişdir (26.496,16*1.440.431,18=38.165.895.014,26/70.380,78=542.277,23). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin gəlirlərini müəyyən etmiş və vergilər hesablanmışdır. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. Vergi ödəyicisinin 2019-cu il üzrə dövriyyəsi (ümumi gəlirləri) 542.277,23 manat, xərcləri 451.897,69 manat (542.277,23-90.379,54 (542.277,23/6)) müəyyən olunduğuna görə həmin il üzrə hesablanmış gəlir vergisinin məbləği aşağıdakı kimi olmuşdur. G (2019-ci il) = 542.277,23 x 20 / 120 = 90.379,54* 20% = 18.075,90 manat Göründüyü kimi, vergi ödəyicisinin 2019-cu il üzrə vergiyə cəlb olunan gəliri 90.379,54 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış gəlir vergisinin məbləği 18.075,90 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, vergilər iddiaçının faktiki dövriyyəsi nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergiləri tam bəyan etməmiş və dövlət büdcəsinə ödənilməmişdir. Buna görə də hesab edirik ki, iddia ərizəsi tamamilə əsassızdır və onun təmin edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin, iddia ərizəsində hər hansı bir mötəbər sübuta söykənməyən yalnız ümumi cümlələrdən və şəxsi subyektiv fikirlərdən istifadə edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X8 və X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci tarixli **********867400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərara əsasən 2019-cu il üçün 18.075,90 manat gəlir vergisi hesablanmışdır. Vergi orqanı müəyyən etmişdir ki, vergi ödəyicisi İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2020-ci il tarixli 2019-cu ilin gəlir vergisinin bəyannaməsində dövriyyə məbləğinin (ümumi gəlirin) həmin dövr ərzində çəkdiyi xərclərlərin məbləğindən dəfələrlə az olduğu bəyan edilmişdir. Aparılan araşdırmalar zamanı anoloji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri tərəfindən həmin dövr üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrində qeyd edilmiş enerji xərclərinə mütənasib olaraq daha yüksək dövriyyə məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisinin son 5 ilin iqtisadi göstəriciləri araşdırılmış və nəticədə onun 96.231,99 manat zərərlə işlədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisinin əldə etdiyi əlavə maliyyə vəsaitinin olmadığını nəzərə alsaq bu illər ərzində çəkdiyi xərclərinin ödənildiyini əsas götürərək zərərlə işləməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********680500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” Məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin məktuba cavab verilmədiyinə görə, xx.xx.2020-ci tarixli **********867400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarına əsasən 2019-cu il üçün 18.075,90 manat gəlir vergisi hesablanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi cavabdeh inzibati orqan tərəfindən vergi ödəyicisinin son 5 ilin iqtisadi göstəricilərini araşdırması və nəticədə onun 96.231,99 manat zərərlə işlədiyinin müəyyən olunması halı ilə bağlı tutarlı izah verə bilməmişdir. İnzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisinin fəaliyyətinə anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilmişdir. Anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi “xxxx” MMC-nin (VÖEN **********) 2019-cu ilin mənfəət vergisi bəyannaməsində qeyd edilən dövriyyə 1.440.431,18 manat, enerji xərclərinin məbləği 70.380,78 manat olmasını əsas götürərək, İddiaçı 2019-cu il ərzində “xxxx” ASC-dən aldığı enerji xərclərinin məbləğinin 26.496,16 manat olmasını nəzərə alaraq anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi ilə müqayisəsi nəticəsində iddiaçının 2019-cu il üzrə 542.277,23 manat dövriyyənin olduğu müəyyən edilmişdir (26.496,16*1.440.431,18=38.165.895.014,26/70.380,78=542.277,23). Vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin gəlirlərini müəyyən etmiş və vergilər hesablanmışdır. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. Vergi ödəyicisinin 2019-cu il üzrə dövriyyəsi (ümumi gəlirləri) 542.277,23 manat, xərcləri 451.897,69 manat (542.277,23-90.379,54 (542.277,23/6)) müəyyən olunduğuna görə həmin il üzrə hesablanmış gəlir vergisinin məbləği aşağıdakı kimi olmuşdur. G (2019-ci il) = 542.277,23 x 20 / 120 = 90.379,54* 20% = 18.075,90 manat Göründüyü kimi, vergi ödəyicisinin 2019-cu il üzrə vergiyə cəlb olunan gəliri 90.379,54 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış gəlir vergisinin məbləği 18.075,90 manat təşkil etmişdir. Göründüyü kimi hazırki işdə iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergiləri tam bəyan etməmiş və dövlət büdcəsinə ödənilməmişdir. İddiaçı qeyd edilən əsasları təkzib edən hərhansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu halda isə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx xxx 2020-ci tarixli, **********867400 saylı “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsi üçün əsas yoxdur və qərar vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-188/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-188/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver