Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1885/2021 21.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti Başçısının yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya qarşı “Şamaxı rayon İcra Hakimiyyətində fəaliyyət göstərən X1 işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyada baxılaraq qəbul edilmiş 27 dekabr 2019-cu il tarixli qərarın ləğv edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə yuxarıda qeyd edilən iddia ərizəsi ilə müraciət edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiiqi, polis polkovnik- leytenantı X2 HK-1-785/19 nömrəli material üzrə 02 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə İddiaçı2 və İddiaçı1 xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməllər törətsələr də, Azərbaycan Respublikası CM-nin 20-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərədə tutulan yaş həddinə çatmadıqlarından onların barələrində cinayət işinin başlanması rədd edilmiş, lakin Azərbaycan Respublikası CPM-nin 435-1 maddəsinə əsasən, xx xxx 2006-cı il təvəllüdlü İddiaçı2 və xx xxxx 2007-ci il təvəllüdlü İddiaçı1 barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında material onların cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqlarıə ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi üçün Şamaxı rayin İcra hakimiyyəti yanında X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi qərara alınmışdır. Şamaxı rayon İcra hakimiyyəti başçısı yanında X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri X3 rayon İcra hakimiyyətində fəaliyyət göstərən X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasında baxılaraq qəbul edilmiş 27 dekabr, 2019-cu il tarixli qərar əsasında cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxslər İddiaçı2 Qüdrət oğlu və İddiaçı1 barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilərək, İddiaçı2 Qüdrət oğlu və İddiaçı1 3 il müddətinə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə yerləşdirilməsi barədə vəsatət qaldırılmışdır. Komissiya yuxarıdakı qərarı qəbul edərkən X1 baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası Qanunun tələblərini pozduğundan həmin qərar qanusuz və əsassız hesab olunmaqla ləğv olunmalıdır. Belə ki, X1 baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəs inin tələblərinə əsasən Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, yetkinlik yaşına çatmayanlar barəsində intizam təsir tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması və onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məqsədilə materiallar cinayət prosesini həyata keçirən orqan tərəfindən X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir. Həmin Qanunun 20.2-ci maddəsinin tələblərinə əsasən X1 qapalı tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsi barədə materiallar üzrə icraat zamanı X1 işləri və hüquqlarının müdafiəsi üzrə komissiya müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə lazımi sənədlərin təqdim edilməsi üçün sorğular göndərir. Bu sorğular 10 gün ərzində icra edilməlidir. Həmin Qanunun 20.3-cü maddəsinin tələblərinə əsasən X1 qapalı tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsi imkanının müəyyən edilməsi üçün onların tibbi, o cümlədən psixi müayinəsi keçirilir. Həmin Qanunun 20.4-cü maddəsinin tələblərinə əsasən X1 tibbi müayinəsi zamanı onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsinə yol verməyən xəstəliklər aşkar edildikdə, onlar tibbi-tərbiyə müəssisələrində yerləşdirilir. Göründüyü kimi Komissiya qərar qəbul edərkən yuxarıda göstərilən qanunun tələblərini kobut surətdə pozmuş, X1 qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi imkanının müəyyən edilməsi üçün onların tibbi, o cümlədən psixi müayinədən keçirilməsini təmin etməmiş, X1 təlim-tərbiyə müəssisələrinə göndərilməsinə yol verməyən xəstəliklərinin olub olmaması araşdırılmamışdır. Bununla da xx xxx 2006-cı il təvəllüdlü İddiaçı2 və xx xxxx 2007-ci il təvəllüdlü İddiaçı1 hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı tərəfə hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilsələrdə, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs olmalı və mübahisə həmin şəxsin inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırkı işdə cavabdeh inzibati orqan olaraq müəyyən edilməmişdir və eyni zamanda mübahisələndirilən qərar birbaşa hüquqi nəticə yaradan inzibati akt kimi qiymətləndirilməməlidir. Beləki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh qismində qoyduğu Şamaxı rayon İcra Hakimiyyəti Başçısının yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi mübahisənin əsasını yetkinlik yaşına çatmayan şəxslərin hərəkətləri təşkil edir. Bununla bağlı Şamaxı rayon İcra Hakimiyyəti Başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 27 dekabr 2019-cu il tarixli protokol qərarına əsasən Şamaxı rayon Sabir qəsəbə sakinləri xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 qapalı tipli xüsusi təlim tərbiyə müəssisəsinə yerləşdirilməsi barədə Şamaxı rayon Məhkəməsi qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Göründüyü kimi cavabdeh orqanın mübahisələndirdiyi protokol qərarı ilə yaranmış mübahisə ilə əlaqəli işə məhkəmədə baxılması ilə vəsatət verilmişdir. Məhkəmə hessab edir ki, bu qeyd edilən halın məhkəmə təminatı olduğu üçün, yaradacağı hüquqi nəticə baxımından mübahisələndirilən qərar inzibati akt kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməmlidir. İddiaçı tərəfə izah edilsin ki, hazırkı yaranmış vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında istifadə edilə biləcək hüquq müdafiə vasitəsi mövcud deyil. Digər hüquq müdafiə vasitələrindən istifadə imkanı isə istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1885/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1885/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver