Məhkəmə qərarları › İş №2-1(118)-1885/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1885/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1885/2024 14.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 05 iyul 2005-ci il tarixli, JN:114F KOD 30105018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,36 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11/4 nömrəli qərarına əsasən ona Qusar rayonunun Əniğ kəndi ərazisindən 0,36 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 05 iyul 2005-ci il tarixli, JN:114F KOD 30105018 sayh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunur. Bu yaxınlarda həmin torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün cavabdeh. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsi 25 sentyabr 2023-cü il tarixdə mənə yazılı cavab verməklə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaqdan və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən imtina etmişdir. Cavabdeh DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməsindən imtina etməsini bu cür formula etmişdir: “JN:114F KOD 30105018 sayh Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında təsdiqlənməmiş düzəliş kimi qeyd olunmuşdur. Həmin şəhadətnamənin təsdiq olunmuş surətini sizə təqdim edirik. ” JN: 114F KOD 30105018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin əsli onda vardır və həmin şəhadətnamənin surətini cavabdehdən almağa ehtiyacı yoxdur. Lakin həmin Şəhadətnamənin əslinin ikinci nüsxəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olması və şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatda olması həmin sənədin həqiqiliyini, etibarlılığını bir daha sübut edir. Onun cavabdehə müraciət etməkdə məqsədi JN:114F KOD 30105018 sayh torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ona məxsus 0,36 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq olmuşdur. Lakin cavabdeh mona qeyri-müəyyən, başa düşülməsi çətin, ya da ki, heç mümkün olmayan bir cavab vermiş, faktiki olaraq həmin torpaq sahəsinə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Belə ki, cavabdehin verdiyi cavab - “Şəhadətnamə” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 sayh Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında təsdiqlənməmiş düzəliş kimi qeyd olunmuşdur” -cavabı aydın deyildir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilən hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Cavabdeh DƏDKR publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsinin 25 sentyabr 2023-cü il tarixdə mənə göndərdiyi imtina məktubunda qeyd etdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 05 iyul 2005-ci il tarixli, JN:114F KOD 30105018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,36 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. İddiaçının müraciəti torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qeydiyyatı və təsdiq edilmiş surətinin verilməsi ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar