Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1886/2022 20.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı oğlunun Cavabdehnə qarşı xx.xx.1993-cı il tarixli 93 N-li doğum haqqında akt qeydində X1 “Əliyev”, atasının soyadının “Alıyev”dən “Əliyev”ə, anasının adının “Fatma”-dan Fatiməyə, soyadının “Alıyeva”-dan “Əliyeva”ya düzəliş edilməsi və bunun əsasında doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, doğum şəhadətnaməsində soyadı (Aliyev) Əliyev dəyişməsinə, Atam (Aliyev Koroğlu) Əliyev Koroğlu dəyişilməsinə,anam (Fatma) Fatimə yazılışında dəyişilməsinə və bu barədə vətandaşlıq vəziyyəti aktlarında dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədəqərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh kimi qəbul edilməsi və xx.xx.1993-cı il tarixli 93 N-li doğum haqqında akt qeydində X1 “Əliyev”, atasının soyadının “Alıyev”dən “Əliyev”ə, anasının adının “Fatma”-dan Fatiməyə, soyadının “Alıyeva”-dan “Əliyeva”ya düzəliş edilməsi və bunun əsasında doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu xx.xx.1990-ci il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə adı “Naim”, soyadı “Aliyev”, ata adı “Aliyev Koroğlu”, ana adı “Aliyeva Fatma” yazılmışdır, ata və iddiaçının soyadları “Əliyev”, ana adının “Fatimə” olduğu halda yazılışda səhvə yol verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və psixiki xəstəliyi olduğu üçün ona “nizami hərbi xidmətə yararsız” qeydi ilə hərbi bilet verilmişdir. Xaçmaz rayon qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etmiş, oranın işçiləri iddiaçıya bildirmişlər ki, doğum şəhadətnaməsində adı Naim, soyadı Aliyev, ata ad soyadı Aliyev Koroğlu, ana adı Aliyeva Fatma yazılmışdır, doğum şəhadətnaməsində soyadlarda Əliyev və ana adının Fatimə yazılışında səhvə yol verilmişdir. Bu səhvin hansı hüquqi nəticələrə səbəb olacağına valideynləri əhəmiyyət verməmişlər. Bununla bağlı Cavabdehnə müraciət etmişdir. Lakin Xaçmaz rayon qeydiyvat şöbəsində düzəliş edilməsi mümkün olmadığı bildirilmiş və həmin uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hərbi biletdə, sağlamlıq vəziyyətinin müayinə edilməsi aktda iddiaçının adının “Naim”, soyadının “Əliyev” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bundan başqa iddiaçının atasına məxsus şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə soyadının “Əliyev” kimi, iddiaçının anasına məxsus şəxsiyyət vəsiqəsində adının “Fatimə” kimi qeyd olunduğu müəyyən edildi. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı oğlunun Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə X4 tərəfindən heç bir məhdudiyyət olunmamışdır. - Xaçmaz rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Aliyev (Alyev) Naim Koroğlu oğlunu axtarışı və məhkumluğu barədə məlumat yoxdur. - Məhkəmənin sorğusuna əsasən Cavabdehndən alınmış xx.xx.1990-ci il tarixli 93 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, uşağın doğum tarixi qrafasında “xx.xx.1990-ci il”, adı qrafasında “Naim”, soyadı qrafasında “Alıyev”, ata adı qrafasında “Koroğlu”, ana adı qrafasında “Fatma” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsi və müvafiq şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli 05/Q-431/13 saylı məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X5: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının valideynlərinin soyadı “Əliyev” və “Əliyeva” olduğu halda iddiaçının doğum ak qeydində özünün və valideynlərinin soyadı “Alıyev”, anasının adı isə “Fatimə” əvəzinə “Fatma” kimi qeyd edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və gələcəkdə iddiaçının doğum haqqında akt qeydi ilə digər şəxsi sənədləri arasında ziddiyyət yaranmadığı üçün doğum haqqında akt qeydində özünün və valideynlərinin soyadlarında və ana adında düzəliş edilərək onun əsasında müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. xx.xx.1993-cı il tarixli 93 N-li doğum haqqında akt qeydində X3 özünün və valideynlərinin soyadının “Alıyev”dən “Əliyev”ə, anasının adının “Fatma”-dan “Fatimə”yə düzəliş edilməsi və bunun əsasında doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova