Məhkəmə qərarları › İş №2-1(118)-1887/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1887/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1887/2025 05.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6rşı “torpaq sahəsinin planı və ölçüsünün koordinatlarında dəyişiklik edilməklə torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın və yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 adına tərtib edilmiş AN 266630 saylı və iddiaçının anası mərhum Muxlisa Məmmədbəyovanın adına tərtib olunmuş AN 266629 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında dəyişiklik edilməklə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 712,8 kv. metr torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum Muxlisa Məmmədbəyovaya məxsus olması barədə arayışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Qusar rayon məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(029)-504/2021 saylı qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə ya həmin evin yerləşdiyi 712.8 kv.metr torpaq sahəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın iddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılaraq uzadılmış və həmin evlə torpaq sahəsinə dair vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bundan sonra həmin qətnamə əsasında həmin əmlakların mülkiyyət hüququ üzrə adına qeydiyyata alınaraq müvafiq Çıxarış verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2022-çi il tarixli **********09 saylı məktubu ilə bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə kadastr məlumat bazasında olan məlumatlara əsasən digər şəxsin adına müvafiq Qusar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənilmişdir. Bundan sonra vəkili vasitəsi ilə Qusar rayon Aqrar İslahat Komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə həmin torpaq sahəsinin sahəsinin planı və ölçüsü sənədinin məhz hansı şəxsin adına işlənməsi, həmin sənədin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin məhz hansı hissəsinə işlənməsi barədə məlumat verilməsi barədə həmin idarəyə müraciət olunmuşdur. Həmin idarənin 06 sentyabr 2022-ci il tarixli **********45 saylı məktubu ilə bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi toıpaq sahəsi Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında AN 266630 nömrə ilə tsayev Əfəndinin adına işlənmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən tam dəyişik istifadə edilir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Qusar rayon AİK- nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında AN 266630 nömrə ilə mərhum anası Muxlisa Məmmədbəyovanın adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Buradan görünür ki, Əfəndi İsayevin və mərhum Muxlisa Məmmədbəyovanın adına ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçü”ləri düzgün tərtib edilməmişdir. Bu isə hüquq sahibi olan iddiaçının təqsirinə görə baş verməmişdir. Texniki sənəd olan həmin plan və ölçülərin səhv tərtib edilməsi hüquq sahibi kimi fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi maneə hesab edilə bilməz. Çünki, mülikiyyət hüququnu Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında əldə etmiş, həmçinin həmin əmlaklara dair ilkin sənədlər də (qeydiyyat vəsiqəsi, texniki pasport və s.) mövcuddur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, qeyd olunan torpaq sahələrinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədlərinin əvəzləşdirilməsi notariat qaydada bağlanmış dəyişmə müqaviləsi əsasında həyata keçirilir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-504/2021 saylı qətnaməsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 712.8 kv.metr torpaq sahəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilmişi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılaraq uzadılmış və həmin evlə torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ tanınmışdır. X9 kitabında 21 iyun 2010-cu il tarixdə 1115 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsünün surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Muxlisa Məmmədbəyovanın və Əfəndi İsayevin adları Qusar şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair yalnız subyektlərin elektron siyahısında qeyd edilmişdir. Mərkəzin arxivində saxlanılan Qusar şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin elektron siyahısından Muxlisa Məmmədbəyovanın və Əfəndi İsayevin adları qeyd edilmiş hissədən çıxarışın, eləcə də Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 2 nömrəli Qərarının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Efəndi İsaqov ilə 1963-cü il təvəllüdlü Xatirə İsaqovanın (Aydınbəyova) nikahı xx.xx.1982ci ildə Qusar rayonunun Əcəxür icra nümayəndəliyində qeydə alınmışdır və E.İsaqovun xx.xx.2017-ci ildə vəfatı ilə bağlı həmin nikaha xitam verilmişdir. Bu nikahdan xx.xx.1984cü il təvəllüdlü X3, xx.xx.1986-cı il təvəllüdlü X1 və xx.xx.1989-cu il təvəllüdlü X7 doğulmuşdur. Həmçinin “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X4 adına hazıradək vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq hər tərəfdən hasara alınaraq istifadə olunur və üzərində 1 (bir) mərtəbəli, yarımzirzəmili fərdi yaşayış evi və həyət tikililəri inşa olunmaqla cəmi 0.0814 hektar ölçüdə təşkil edir. İddiaçının iddia elədiyi torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaq sahələrinə aiddir, aqrar islahat zamanı tərtib edilmiş DWG elekton məlumat bazasında 2443A/0.06 nömrəsi ilə “İsayev Əfəndi”nin adına 0.06 hektar ölçüdə qeydə alınmışdır, lakin “İsayev Əfəndi”nin faktiki torpaq sahəsi isə 2442A/0.06 nömrəsi ilə “Məmmədbəyova Muxlisa”nın adına 0.06 hektar ölçüdə qeydə alınmışdır.Torpaq sahələri kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 adına tərtib edilmiş AN 266630 saylı və iddiaçının anası mərhum Muxlisa Məmmədbəyovanın adına tərtib olunmuş AN 266629 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında dəyişiklik edilməklə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 712,8 kv. metr torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum Muxlisa Məmmədbəyovaya məxsus olması barədə arayışın və yeni plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, qeyd olunan torpaq sahələrinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədlərinin əvəzləşdirilməsi notariat qaydada bağlanmış dəyişmə müqaviləsi əsasında həyata keçirilir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi faktiki olaraq hər tərəfdən hasara alınaraq istifadə olunur və üzərində 1 (bir) mərtəbəli, yarımzirzəmili fərdi yaşayış evi və həyət tikililəri inşa olunmaqla cəmi 0.0814 hektar ölçüdə təşkil edir. İddiaçının iddia elədiyi torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaq sahələrinə aiddir, aqrar islahat zamanı tərtib edilmiş DWG elekton məlumat bazasında 2443A/0.06 nömrəsi ilə “İsayev Əfəndi”nin adına 0.06 hektar ölçüdə qeydə alınmışdır, lakin “İsayev Əfəndi”nin faktiki torpaq sahəsi isə 2442A/0.06 nömrəsi ilə “Məmmədbəyova Muxlisa”nın adına 0.06 hektar ölçüdə qeydə alınmışdır.Torpaq sahələri kommunikasiya xətlərinin qoruma zolağına düşmür. İddiaçının tələbi üzrə plan-ölçü sənədində koordinatlarda dəyişiklik edilməsinə münasibətinin öyrənilməsi üçün X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Lakin üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin əvəzləşdirilməsi hər iki tərəfin razılığı ilə həyata keçirildiyindən və hazırki halda üçüncü şəxsin belə razılığının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Belə ki, qeyd edilən razılıq olmadan cavabdeh orqan tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarında dəyişiklik etmək səlahiyyəti yoxdur. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar