Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-189/2020 28.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin iddiaçının əmlakının siyahıya alınması haqqında xx xxxxxx 2018-ci il tarixli **********0 saylı qərarın və bu qərar əsasında xx xxx 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin iddiaçının əmlakının siyahıya alınması haqqında **********0 saylı xx xxx 2019-cu il tarixli Protokolunun və həmin Protokola 1 saylı Əlavənin ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək cavabdehin iddiaçının əmlakının siyahıya alınması haqqında xx xxxxxx 2018-ci il tarixli **********0 saylı qərarın və bu qərar əsasında xx xxx 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixinə 4 829 664, 45 manat məbləğində dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır. xx.xx.2019-cu il tarixində vergi orqanı tərəfindən İddiaçı ASC-nin Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən əmlakının siyahıya alınması həyata keçirilmiş və bu barədə **********0 saylı Protokol tərtib edilmişdir. Həmin Protokola 1 saylı Əlavədə göstərilmiş 4 834 587, 36 manat dəyərində 49 adda daşınmaz (istehsal və inzibati binalar) siyahıya alınmışdır. Lakin siyahıya alma Vergi Qanunvericiliyinin tələblərinə zidd şəkildə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən əmlakın siyahıya alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: • Nağd pul vəsaitləri; • Bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair) • Hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; • İstehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; • İnventarizasiya aparılmaqla digər əmlak. Göründüyü kimi, əmlakın siyahıya alınması növbəliliyi Qanunvericiliklə birbaşa müəyyən olunsa da, əmlak siyahıya alınarkən vergi məmurları tərəfindən bu qaydalar pozulmuşdur. Belə ki, bilavasitə istehsalda iştirak edən əmlak-istehsal binaları (boruyayma sexinin binası, boruyayma sexinin 3 saylı məişət binası, tökmə sexinin binası, mexaniki təmir sexinin binası və s.) siyahıya alınmışdır. Əmlakın siyahıya alınmasının bu qaydada həyata keçirilməsi Qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, borclu təşkilatın istehsal fəaliyyətinə mənfi təsir göstərir. xx.xx.2019-cu il tarixində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə xx.xx.2019-cu il tarixində İddiaçı ASC-nin həyata keçirilmiş siyahıya almanın 2 gün müddətində ləğv edilməsi və Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələblərinə uyğun yeni siyahıya alma keçirilməsi barədə rəsmi müraciət etsələr də , müraciətlərinə cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edlməsini xahiş edirlər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, sonrakı məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə iddiaçıya xx.xx.2018-ci il tarixli **********909200 saylı bildiriş təqdim edilməsinə baxmayaraq, vergi öhdəliyi icra edilmədiyinə görə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi cavabdeh tərəfindən iddiaçının əmlakının siyahıya alınması barədə xx.xx.2018-ci il tarixli **********0 saylı qərar (qərara 30.11,2018-ci il tarixli **********620800 saylı, xx.xx.2019-cu il tarixli **********406400 saylı və xx.xx.2019-cu il tarixli **********76300 saylı qərarlarla əlavə və dəyişikliklər edilmişdir) qəbul edilmişdir. Qərar əsasında iddiaçının 4.829.664,45 manat məbləğində əmlakı İddiaçı ASC- nin baş direktorunun iştirakı ilə siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli **********0 saylı Protokol və həmin Protokola 1 saylı əlavə tərtib edilmişdir. Protokol və Protokola 1 saylı əlavə cəmiyyətin baş direktoru tərəfindən imza edilmişdir. Eyni zamanda, İddiaçı ASC-nin baş direktorunun Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə təqdim etdiyi xx.xx.2019-cu il tarixli AZB 01/70 saylı arayışda siyahıya alınmış əmlakların İddiaçı ASCnin balansında olduğu və cəmiyyətə məxsus olduğu bildirilmişdir. Bundan başqa, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019-cu il tarixli **********036100 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədiyinə görə Vergi Məcəlləsinin 90.1 -ci maddəsinə əsasən vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün xx.xx.2019-cu il tarixli **********900800 saylı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məlumat üçün cavabdeh bildirir ki, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.6- cı maddəsinin müdəaları, o cümlədən, iddiaçının kassasında pul vəsaitləri, qiymətli kağızları, istehsal prosesində iştirak edən xammal və materiallar, istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər və hazır məhsul anbarında hazır məhsul qalığının olmadığı haqqında xx.xx.2019-cu il tarixli AZB 01/73 a saylı arayış nəzərə alınmaqla həyata keçirilmişdir. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanlarının hüququna aid edilmişdir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 89.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir: Həmin Məcəllənin 90.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Əlavə olaraq bildirirlər ki, iddiaçının iddia tələbinin əsası kimi xx.xx.2019-cu il tarixdə vergi orqanının əməkdaşları tərəfindən əmlakın siyahıya alınması zamanı vergi qanunvericiliyinin tələblərinin pozulması qeyd edilsə də həmin pozuntuların nədən ibarət olması əsaslandırılmamışdır. X2 Məcəlləsinin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qeyd edilən maddəyə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul elməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı tərəfindən inzibati orqanın vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığına görə iddia mümkünsüz hesab edilməlidir. Bundan başqa, əmlakının siyahıya alınması haqqında qərarın ləğv edilməsi tələbinin də hüquqi əsası yoxdur. Belə ki, vergi ödəyicisi tərəfindən vergi öhdəlikləri bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi ödəyicisinin əmlakının siyahıya alınması Vergi Məcəlləsinin 23.1.8-ci və 89.1 -ci maddələri ilə vergi orqanına verilən hüquqlardır. Bu hüququn ləğv edilməsi yalnız Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə tənzimlənə bilər. Digər tərəfdən, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün onu da bildirir ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********0 saylı qərarına əsasən xx.xx.2019-cu il tarxində İddiaçı ASC-nin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair cavabdehin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində icraata qəbul edilmiş iddiasına İddiaçı ASC-nin iş üzrə icraatın dayandırılması haqqında ərizəsinə xx.xx.2019-cu il tarixində baxılaraq icraatının dayandırılması haqqında 2-1(085)-440/9 saylı Qərardad qəbul edilmişdir. Buradan da göründüyü kimi iddiaçının hazırkı iddiası işin məhkəmə prosesinin baxılmasının uzadılmasına xidmət edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddiaya etirazı müdafiyə etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 89-cu maddəsinə görə: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: • nağd pul vəsaitləri; • bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); • hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; • istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; • inventarizasiya aparılmaqla digər əmlak. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarına əsasən vergi öhdəliyinin yerinə yetirilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Hazırkı iş üzrə əmlakının siyahıya alınması haqqında qərarın ləğv edilməsi tələbinin hüquqi əsası yoxdur. Vergi ödəyicisi tərəfindən vergi öhdəlikləri bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi ödəyicisinin əmlakının siyahıya alınması Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi ilə tənzimlənir. Belə ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli, **********0 saylı qərar qanuni və əsaslı olmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, inzibati orqan siyahıya alınma ardıcıllığını pozaraq, bilavasitə istehsalda iştirak edən əmlak-istehsal binaları (boruyayma sexinin binası, boruyayma sexinin 3 saylı məişət binası, tökmə sexinin binası, mexaniki təmir sexinin binası və s.) siyahıya almışdır. Əmlakın siyahıya alınmasının bu qaydada həyata keçirilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, borclu təşkilatın istehsal fəaliyyətinə mənfi təsir göstərir. Lakin iddiaçı qanunvericilikdə qeyd edilən ardıcıllığa uyğun əmlaklar təqdim edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İnzibati orqan isə qeyd edir ki, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.6- cı maddəsinin müdəaları, o cümlədən, iddiaçının kassasında pul vəsaitləri, qiymətli kağızları, istehsal prosesində iştirak edən xammal və materiallar, istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər və hazır məhsul anbarında hazır məhsul qalığının olmadığı haqqında xx.xx.2019-cu il tarixli AZB 01/73 a saylı arayış nəzərə alınmaqla həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən edilməmişdir və iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-189/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-189/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver