Məhkəmə qərarları › İş №2-1(118)-1892/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1892/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1892/2021 18.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “İddiaçı 1941-1945-ci illər X11 iştirakçısı olmuş X3 qızı və ailə üzvü olmasının tanınması və bu barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Səfərbər və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı iddia qaldıraraq “İddiaçı 1941-1945-ci illər X11 iştirakçısı olmuş X3 qızı və ailə üzvü olmasının tanınması və bu barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Səfərbər və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin üzərinə vəzifə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1910-cu il təvəllüdlü mərhum X7 iddiaçının atasıdır. O, 20.02.1992-ci ildə vəfat etmişdir. Mərhum atası, 1941-1945-ci illər X11 iştirakçısı olmuşdur. X7 əvvəllər Ermənistan Respublikasında yaşamışdır. Bu səbəbdən o və digər övladları Ermənistan Respublikasında anadan olmuşdur. Mərhum atası ölməmişdən əvvəl Sumqayıt şəhəri 19-cu məhəllə, ev 17/16, mənzil 1-də yaşamışdır. X1 ilə atasının nikahları Ermənistan Respublikasında qeyd olunduğundan onların nikah şəhadətnaməsi hazırda yoxdur. X1 08.02.1992-ci ildə vəfat etmişdir. O və digər bacı və qardaşları anadan olarkən onlara məlum olmayan səbəblərdən doğum şəhadətnaməsində soyadları ana soyadı ilə Nəsibova qeyd olunmuşdur. Belə ki, iddiaçının adına olan doğum haqqında şəhadətnamədə atası X4 səhv olaraq yazılmışdır. İddiaçının doğum haqqında şahədətnamədə atasının soyadının hansı səbəbdən belə yazılması onlara dəqiq məlum deyil. Doğum haqqında akt qeydlərində və ona əsasən doğum şəhadətnamələrində Nəsibova qeyd olunmalarına baxmayaraq atalarının soyadı - Pirqələmov olmuşdur Bütün digər sənədlərdə də atası Pirqələmov qeyd olunmuşdur. Əvvəllər sənədlərdə soyadlarının ana soyadı ilə qeyd olunması hər hansı problem yaradacağı barədə düşünməmişdirlər. Valideynləri hər ikisi və iddiaçı Ermənistan Respublikasında anadan olduqlarından doğum şəhadətnaməsində müvafiq dəyşikliklərin aparılması qeyri-mümkün olmuşdur. Hal-hazırda atası X3 X11 iştirakçısı olması ilə əlaqədar qanunvericilikdə müharibə iştirakçılarının ailə üzvlərinə nəzərdə tutulmuş sosial güzəştlərdən istifadə etmək məqsədi ilə maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə müraciət etmişdir. Maraqlı şəxs iddiaçının doğum şəhadətnaməsində soyadının Nəsibova qeyd olunmasını, mərhum atasının isə Pirqələmov soyadı daşımasını ziddiyyət kim qeyd edərək, müharibə iştirakçısının ailə üzvü barədə arayışı verməkdən imtina etmişdir. Nəticədə o, X11 iştirakçısının ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş sosial təyinatlı güzəştlərdən istifadə etməkdən məhrum olunmuşdur. Həqiqətən də X3 övladı olmağını başqa qaydada hər hansı sənədlə təsdiq edə bilmir. Mərhumun iddiaçının atası olmasını təsdiq edəcək doğum şəhadətnaməsində və yaxud da həmin sənədin bərpa olunması üçün Azərbayca Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, maraqlı şəxs ərizəni təmin etməkdən imtina etmişdir. Ərizəyə əlavə etdiyi atasına məxsus mənzilə dair texniki pasportun surəti müvafiq orqanın qardaşı X8 verdiyi 06.05.1992-ci il tarixli ətraflı arayışla və təsdiq olunur ki, qardaşının notariat kontoruna verdiyi ərizədən də görünür ki, iddiaçı və qardaşı mərhum X3 övladlarıdır. X3 iddiaçının atası olmasını şahidlər də təsdiq edə bilərlər. Bu faktın təsdiqi iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş sosial təyinatlı güzəştlərdən istifadə etmək, sənədlərdə müvafiq dəyişikliklərin aparılması və digər hüquq və mənafelərinin təmin edilməsi üçün zəruridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, atasının müharibə veteranı olması ilə bağlı arayışın əldə edilməsi üçün cavabdeh orqana müraciət etsə də atasının soyadının fərqli olması səbəbindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının doğum haqqında şəhadətnaməsində atasının soyadı “Nəsibov” qeyd edilsə də faktiki olaraq “Pirqələmov” olmuşdur. Nəsibova anasının soyadı olmuşdur. Atasının soyadının “Nəsibov” qeyd edilməsinin səbəbini bilmir. Ermənistan Respublikasında yaşadıqlarından ilkin sənədlərin kökü orada qalmışdır. İddiaçı atasının ailə üzvü kimi tanınması və arayışın verilməsi üçün rayon məhkəməsində 2 il ərzində iddialar qaldırmış, lakin işinə baxılmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı 1941-1945-ci illərdə X11 iştirakçısı olmuş X3 qızı və ailə üzvü olmasının tanınması və bu barədə arayışın verilməsini istəyir. Bu ona müvafiq sosial müavinətin əldə edilməsi üçün lazımdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Eyni zamanda cavabdeh inzibati orqanında hüquqi faktı təsdiq edərək, həmin orqanda mövcud olan məlumatların əksinə olan arayış vermək səlahiyyətidə qanunvericiliklə müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, iddiaçı, X7 ilə X2 Ermənistan Respublikasının Krasnoselo rayonu Cıvıxlı kəndində qeydə alınmış nikahları haqqında təkrar şəhadətnamənin verilməsi barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. İddiaçıya Sumqayıt şəhər Qeydiyyat şöbəsi cavab məktubunda bildirmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından xahişinin təmin edilməsi mümkün olmamışdır. İddiaçıya izah edilmişdir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun nikah haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa qeydiyyat şöbəsinin imtinası barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. Düzgün və əlverişli hüquq müdafiə vasitəsi olaraq iddiaçının qohumluq faktının təsdiq edilməsini tələb etmək hüququ var. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. İddiaçıya izah edilsin ki, qohumluq faktının tsdiq edilməsini müvafiq ümumi məhkəmədən tələb edərək, istədiyi hüquqi nəticəni əldə edə bilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar