Məhkəmə qərarları › İş №2-1(118)-1892/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1892/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1892/2023 11.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “onun mərhum arvadı 14 fevral 1944-cü il təvəllüdlü, 15 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş, barəsində Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 04 avqust 2018-ci il tarixdə verilmiş AZ-İM 911289 nömrəli “Ölüm haqqında Şəhadətnamə”də göstərilmiş “X4” soyadı, adı və ata adının, — fevral 1946-cı il tarixdə Laçın rayon Fərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında (soyad, ad və ata adının) göstərildiyi kimi “ X5”na dəyişdirilməsi (düzəliş edilməsi və həmçinin nikahdan sonrakı “Cəfərova” soyadı nəzərə alınmaqla), həmçinin qəbul edilmiş qətnamənin adı gedən sənədlərdə düzəlişlərin edilməsi, və həmin sənədlərin və tələb olunan digər zəruri sənədlərin yenidən verilməsi üçün əsas olması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X5 iddiaçının arvadıdır. Onunla iddiaçı 1966-cı il tarixdə ailə qurmuş və nikadan xx.xx.1966-cı il tarixdə Laçın rayon Cicimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 07 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan beşi qız və ikisi də oğlan olmaqla yeddi uşağı doğulmuşdur. X11, Eyvazova (nikaha qədər Cəfərova) Cəmilə Əvəz qızı, Qasımova (nikaha qədər Cəfərova) Dilarə Əvəz qızı, X10, X7, X8 və X9. Erməni işğalçıları tərəfindən torpaqlar işğal edilməsi səbəbindən 1992-ci il tarixdən öz doğma yurd-yuvasından didərgin düşmüş, öz ailə üzvlərində birlikdə əvvəlcə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində məcburi köçkün kimi məskunlaşıb yaşamağa başladıq. Orada yaşayarkən yaşadığı ev yanmış, yanğın zamanı evin içərisində olan bütün sənədlər, o cümlədən ona və digər ailə üzvlərinə məxsus olan doğum haqqmda şəhadətnamələr və onun arvadıla arasında bağlanmış nikah şəhadətnaməsi də evin içində qalıb yanğından məhv oldu. Demək olar ki, onlara məxsus olan bütün sənədlər yanıb məhv olmuş, bu barədə heç bir yanğından mühafizə şöbəsinə və polisə məlumat verilməmiş, bu hadisə 1994-cü ilin noyabr ayında baş vermişdir. Həmin hadisədən sonra o bütün ailə üzvlərində birlikdə yaşamaq üçün Sumqayıt şəhərinə köçmüş və həmin vaxtdan da Sumqayıt şəhərində yaşayır. Həmin vaxtdan da ailənin heç bir üzvü təkrar doğum haqqında şəhadətnamə və yanmış nikah kağızını almamışdır. Şəxsiyyət vəsiqələrini isə kənd icra nümayəndəsi və Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə rayon və şəhər şöbələri tərəfindən verilmiş arayışlar və digər sənədlər əsasında ala bilmişlər. Onun arvadı 15 iyul 2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.Onun ölümü barədə olan 04 avqust 2018-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş və 172 sayla rəsmiləşdirilmiş, AZ-1 N911289 nömrəli “Ölüm haqqında şəhadətnamə” də onun adı, soyadı və ata adı “X12” qızı kimi yazılmışdır. Bu şəhadətnamə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə təqdim edilmiş arvadına məxsus olan şəxsiyyəti təsdiq edən sənəd əsasında verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixdə arvadına verilmiş PP AZE P5045572 nömrəli “Ümum vətəndaşlıq pasportu” nda da adı və ata adı “Mənsurə Səmər” qızı kimi yazılmışdır. Arvadına 12 yanvar 2010-cu il tarixdə verilmiş, 504823 nömrəli “Yeni Azərbaycan Partiyası”ının üzvlük biletində onun soyadı, adı və ata adı “X6” kimi yazılmışdır. Burada isə ata adı “Səmər” yox “Səməd” kimi yazılmışdır. Yəni ata adının sonuncu hərfi “r” yox “d” kimi yazılmışdır. Sumqayıt şəhəri, 14-cü Məhəllədə yerləşən, 4/21 saylı evin 49-cu mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışda isə arvadının adı “X12” qızı kimi yazılmışdır. Yəni “Ölüm şəhadətnaməsi”ndə olduğu kimi. Cavabdeh tərəfindən mənim adıma verilmiş, 05/76-297/15 saylı, 12 may 2022-ci il tarixli imtina (cavab) məktubunda göstərilir ki, Laçın rayon Cicimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 07 saylı nikah haqqında AKT qeydinin qadın qrafasmda soyadı, adı və ata adı “Həsənova (nikahdan sonra Cəfərova) Solmaz Səməd qızı kimi yazılsa da, təqdim olunan AZ-lNo 911289 nömrəli “Ölüm haqqında şəhadətnamə”də qadının soyadı, adı və ata adı “X12” qızı kimi yazılmışdır. Cavabdeh tərəfindən mənim admıa verilmiş, 05/76-453/15 saylı, 19 avqust 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Laçın rayon Fərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında AKT qeydinin uşaq qrafasında soyadı, adı və ata adı “X5”, xx.xx.1966-cı il tarixdə Laçın rayon Cicimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 07 saylı nikah haqqında akt qeydinin qadın qrafasmda Həsənova (nikahdan sonra Cəfərova) Solmaz Səməd qızı kimi yazılsa da, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib edilmiş 172 sayla rəsmiləşdirilmiş ölüm, haqqında akt qeydində isə “X4” yazılmışdır. Cavabdeh tərəfindən mənim adıma verilmiş, 05/76-02/15 saylı, 06 yanvar 2023-cü il tarixli imtina məktubunda göstərilir ki, Laçın rayon Fərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında AKT qeydinin uşaq qrafasmda soyadı, adı və ata adı “X5”, xx.xx.1966-cı il tarixdə Laçın rayon Cicimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 07 saylı nikah haqqında akt qeydinin qadın qrafasmda Həsənova .(nikahdan sonra Cəfərova) Solmaz Səməd qızı kimi yazılsa da, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib edilmiş 172 sayla rəsmiləşdirilmiş ölüm haqqında akt qeydində isə “X4” yazılmışdır. Onun adına verilmiş imtina məktublarından göründüyü kimi doğum haqqında akt qeydinin uşaq qrafasmda arvadının adı “X5” kmi yazılsa da, nikah haqqında akt qeydinin qadın qrafasmda “Həsənova (nikahdan sonra isə ərinin soy adı olan Cəfərova) Solmaz Səməd” qızı kimi yazılmışdır. Doğum haqqında akt qeydinin uşaq qrafasında ata adı “Səmənd” kimi yazılsa da, nikah haqqında akt qeydinin qadın qrafasında ata adı “Səməd” kimi yazılmışdır. Yəni addakı “n” hərfi yazılmamışdır. Ailədə, yaxın qohumlar və qonşular arasında da, arvadı “Mənsurə” kimi tanınmış və bu adla çağrılmışdır. Arvadına, ikisinə adid sənədlərdə və uşaqlarına aid sənədlərdə uyğunsuzluqların olması onların sənədləşmə işlərini aparılmasında konstitusion hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır. Bununla bağlı cavabdehə müraciət etsə də onun müraciətinin yalnız məhkəmə qaydasında həll edilməsi tövsiyə olunmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş və AZ-1 N911289 nömrəli “Ölüm haqqında şəhadətnamə” də göstərilmiş “X12” qızı soyadı, adı və ata adının, fevral 1946-cı il tarixdə Laçın rayon Fərəcan kənd inzibati dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında göstərildiyi kimi “X13” qızına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan məhkəməyə yazılı münasibət bildirməmişdir. Lakin cavabdeh iddiaçıya bildirmişdir ki, mərhum həyat yoldaşınız barəsində - - fevral 1946-cı il tarixdə Laçın rayonun Fərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı, adı və ata adı “X5”, xx.xx.1966-cı il tarixdə Laçın rayon Cicimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 07 saylı nikah haqqında akt qeydinin qadın qrafasında Həsənova (nikahdan sonra Cəfərova) Solmaz Səməd qızı, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində tərtib edilmiş 172 saylı ölüm haqqında akt qeydində isə “X4” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 N-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Doğum, nikah və ölüm haqqında akt qeydlərində ziddiyyət olduğu üçün mərhum həyat yoldaşı X1 barəsində doğum haqqında sənədin (arayış və ya şəhadətnamənin) verilməsi mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/76-453/15 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən iddiaçıya verilmiş digər məktublar, şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamənin surəti, DƏDRX tərəfindən verilmiş çıxarışın surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı mərhum X1 adına fevral 1946-cı il tarixdə Laçın rayon Fərəcan kənd inzibati dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində soyadı “Həsənova”, adının “Solmaz”, ata adı “Səmənd” kimi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan şəhadətnamələrdə, çıxarışlarda və digər sənədlərdə mərhumun soyadı Həsənova, adı Mənsurə və ata adı Səmərdir. İddiaçı həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı X5 adlı şəxsə şəxsiyyət vəsiqəsinin verilmədiyi,yəni belə bir adamın mövcud olmaması bəlli olmuşdur. Belə ki, iddiaçının mərhum arvadı olmuş X2 (əslində X3) 2003-cü ildə AZE 00940876 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşının soyadının, adının və ata adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş AZ-1 N911289 nömrəli “Ölüm haqqında şəhadətnamə” də göstərilmiş “X12” qızı soyadı, adı və ata adının fevral 1946-cı il tarixdə Laçın rayon Fərəcan kənd inzibati dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 03 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında göstərildiyi kimi “X13” qızına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar