Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1895/2021 01.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “qızı X1 22.06.2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları, ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 və müalicə tələb edən ciddi davranış pozuntusu,üzvi mənşəli (epilepsiya, qıcolma tutmaları ilə) əqli gerilik, davranış pozuntuları ilə, yanış xəstəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, Sol tərəfli süst hemiplegiya” xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin tarixdən 09.07.2021-ci ilə qədər sosial müavinətin ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia qaldıraraq “qızı X1 22.06.2020ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları, ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 və müalicə tələb edən ciddi davranış pozuntusu,üzvi mənşəli (epilepsiya, qıcolma tutmaları ilə) əqli gerilik, davranış pozuntuları ilə, yanış xəstəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, Sol tərəfli süst hemiplegiya” xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin tarixdən 09.07.2021-ci ilə qədər sosial müavinətin ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona tələbi ilə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana müraciət edilməmişdir. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi və ya hərəkətsizlik göstərildiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “qızı X1 22.06.2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkrarlanan qıcolma tutmaları, ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 və müalicə tələb edən ciddi davranış pozuntusu,üzvi mənşəli (epilepsiya, qıcolma tutmaları ilə) əqli gerilik, davranış pozuntuları ilə, yanış xəstəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, Sol tərəfli süst hemiplegiya” xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin tarixdən 09.07.2021-ci ilə qədər sosial müavinətin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1895/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1895/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver