Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1897/2024 08.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı “cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın sosial sığorta kapitalı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1960-cı il tarixdə anadan olmuşdur. Ona 9 noyabr 2002-ci il tarixdə cavabdeh tərəfindən xidmət illərinə görə pensiya təyin olunmuşdur. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiya məbləği 975,91 manat təşkil etmişdir. O, pensiyaya çıxdıqdan sonra da 15 il əmək fəaliyyəti ilə məşğul olmuş və bununla bağlı sosial sığorta kapitalı yığılmışdır. Həmin kapitala uyğun olaraq iddiaçının pensiyasının yenidən hesablanması cavabdeh tərəfindən aparılmış və bu hesablama nəticəsində ona təyin edilmiş pensiyanın qulluq stajına görə əlavənin məbləği əmək pensiyasının (281,22 manat) üzərinə əlavə olunmuş 71,05 manat məbləğində azaldılmaqla 534,92 manat olmuşdur. Halbuki cavabdeh tərəfindən aparılmış bu hesablamaya qədər iddiaçıya qulluq stajına görə hesablanan əlavə 605,97 manat təşkil etmişdir. Nəticədə ona cavabdeh tərəfindən artım hesablanmamışdır. Bunun səbəbi ilə maraqlandıqda iddiaçıya bildirilmişdir ki, həmin artımın ona aidiyyəti yoxdur, çünki hazırda əmək fəaliyyəti ilə məşğul deyil. İddiaçı bu hesablama ilə razılaşmayaraq cavabdeh təşkilata ərizə ilə müraciət etmiş və ona ünvanlanan 27 sentyabr 2023-cü il tarixli məktubla cavabdeh bir sıra maddi normalara istinad etməklə onlar tərəfindən bu hesablamanın düzgün aparıldığını bildirmişlər. Halbuki işləyən əmək pensiyaçılarının sosial sığorta kapitalında toplaşmış vəsait hesabına onların pensiyaları yenidən hesablanaraq artımlar olmuş, lakin iddiaçı sosial sığorta kapitalı topladığı halda onun pensiyasına artım olmamışdır. İddiaçı belə hesab edir ki, cavabdeh tərəfindən onun pensiyasının yenidən hesablanması düzgün aparılmamış, cavabdeh bu hesablamada birtərəfli mövqe nümayiş etdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunaraq, iddiaçı barəsində inzibati orqan tərəfindən 4 aprel 2024 tarixli, 3-17-1/3-7- 3935/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarın qəbul edilməsi və həmin qərara əsasən iddiaçının əmək pensiyası azadılmamaqla yenidən hesablanmış və pensiya məbləğinin 1.153,89 manat məbləğinə çatdırılmasını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 4 aprel 2024-cü il tarixdə qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, İddiaçı pensiyasının “37.3.2-1 maddəyə əsasən” yenidən hesablanması qərara alınmış, pensiya məbləği 1153,89 manata məbləğinə çatdırılmışdır. İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın sosial sığorta kapitalı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-1897/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1897/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver