Məhkəmə qərarları › İş №2-1(118)-1898/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1898/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1898/2022 20.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırmaqdan imtina etməsinin qanunsuz hesab edilməsi, “Şəki Qala” restoranının mülkiyyətçisinin və inzibatçısının dələduzluq əməllıərinin inzibati icraat qaydasında uyğun olaraq iddiaçıların iştirakı təmin edilməklə araşdırılaraq xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırmaqdan imtina etməsinin qanunsuz hesab edilməsi, “Şəki Qala” restoranının mülkiyyətçisinin və inzibatçısının dələduzluq əməllıərinin inzibati icraat qaydasında uyğun olaraq iddiaçıların iştirakı təmin edilməklə araşdırılaraq xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakl şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş üzrə hazırlıq hərəkətlərinin edilməsi üçün məhkəmə iclası dəfələrlə təyin edilməsinə və iddiaçıların məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Halbuki, iddiaçılara məhkəmə bildirişi göndərilərkən məhkəmə iclasına üzürlü səbəb olmadan gəlməməyin nəticələri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mahiyyəti ayrıca izah edilmişdir. Məhkəmə iddiaçıların 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığını nəzərə alaraq hesab edir ki, onlar inzibati məhkəmə icraatında maraqlı deyildirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. «X3 şikayətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilir ki, İnzibati-İqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericiliklə nəzərdə tutulmaması, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bundan başqa “Məhəmməd Məmmədovun şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırmaqdan imtina etməsinin qanunsuz hesab edilməsi, “Şəki Qala” restoranının mülkiyyətçisinin və inzibatçısının dələduzluq əməllıərinin inzibati icraat qaydasında uyğun olaraq iddiaçıların iştirakı təmin edilməklə araşdırılaraq xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılmalı və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80-ci və 81.1ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırmaqdan imtina etməsinin qanunsuz hesab edilməsi, “Şəki Qala” restoranının mülkiyyətçisinin və inzibatçısının dələduzluq əməllıərinin inzibati icraat qaydasında uyğun olaraq iddiaçıların iştirakı təmin edilməklə araşdırılaraq xx.xx.2021-ci il tarixli şikayət ərizəsini cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar