Məhkəmə qərarları › İş №2-1(118)-1898/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1898/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1898/2023 27.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X23 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan 217 kv.m torpaq sahəsinin X2 barədə xx.xx.2021-ci il tarixli 07 saylı iclasın 03 saylı inzibati qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı iddia qaldıraraq Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan 217 kv.m torpaq sahəsinin X2 barədə xx.xx.2021-ci il tarixli 07 saylı iclasın 03 saylı inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X21 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Fəziyev X19 Ülviyyə İlyas qızı ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan üç uşağı var. 2017-ci ildə iş yerinin dəyişməsi ilə əlaqədar Zərdab rayonundan Bakı şəhərinə köçmüşdürlər. Xeyli vaxt kirayə evlərdə yaşamışdırlar. 2019-cu ilin sonlarında imkanlarına uyğun ev almaq üçün Bakı şəhərində fəaliyyət göstərən alqı-satqı ofislərinə müraciət etmişdirlər. ünvan 1 ünvanda çıxarışı olmayan torpaq sahəsində X12 tərəfindən yeni tikilmiş çıxarışı olmayan 54 nömrəli fərdi yaşayış evinə baxıb bəyənmiş və onu almaq qərarına gəlmişdirlər. Evin yeni ünvanı Xırdalan şəhəri, Əziz Əliyev küçəsi 120 nömrəli evdir. 07 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisinə getmiş və evin sahibi ilə aralarında yaşayış evi barədə podrat müqaviləsi bağlanmış və notarius tərəfindən təsdiq olunmuşdur. X25 ödəniş onun tərəfindən notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilmişdir. "xxxx" ASC Mərkəzi filialının 7 nömrəli, xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, muzd da daxil olmaqla evin tam dəyəri, birgə vəsaiti 52.000 manat, xx.xx.2020-ci il tarixdə, podrat müqaviləsi üzrə mədaxil məktubuna əsasən iddiaçı tərəfindən təhvil verilmişdir. Həmin ev arvadı ilə birgə nikah dövründə birgə vəsaitləri ilə əldə edilmişdir. xx.xx.2020-ci il tarixdə evə köçmüşdürlər, bu günə kimi ailə üzvləri həmin evdə yaşayır. Qonşular tərəfindən yazılmış notariat orqanının xx.xx.2022-ci il tarixdə təsdiq etdiyi ərizədən görünür ki, xx.xx.2020-ci ildən bu günə kimi arvadı İddiaçı1, oğlu Fəyaz və qızı Tülpanə həmin evdə yaşayır. İddiaçı haqqında cinayət işi başlanmış, qətiimkan tədbiri həbs seçilərək hazırda Bakı 1 saylı İstintaq təcridxanasında saxlanılır. Abşeron rayon məhkəməsindən X13 ailə üzvlərinin evdən çıxarılması barədə iddia ərizəsini aldıqdan sonra evi və onun yerləşdiyi torpaq sahəsini xüsusi mülkiyyətinə keçirdiyi məlum olmuşdur. xx.xx.2021-ci il tarixdə ona Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi 120 nömrəli evin xüsusi mülkiyyətçisi olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Elnur Əhmədov xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırıq iclasına və sonrakı xx.xx.2202-ci il, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclaslarına gəlmədiyinə görə iddiaçının dəyərini ödəyib aldığı və ailə üzvlərinin yaşadığı evə çıxarışı necə aldığını arvadı İddiaçı1 aydınlaşdıra bilməmişdir. Abşeron rayon Xırdalan Bələdiyyəsinin və ƏM DK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin heç bir əməkdaşı ailə üzvlərinin iştirakı ilə həyətyanı torpaq sahəsinə və yaşadığı evə baxış keçirmədən Elnur Əhmədova torpaq və evə dair hüquqmüəyyənedici sənədlər vermişdir. Bu səbəbdən reyestrdən çıxarışda göstərilən torpaq sahəsinin və daşınmaz əmlakın ölçüləri faktiki sahəyə uyğun deyil. Xırdalan Bələdiyyəsinin vəkil sorğusuna 20 may 2022-ci il tarixli cavab məktubundan görünür ki, seçildikləri 2020-ci ildən indiyədək bələdiyyə tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi 120 nömrəli evə dair torpaq alqı-satqısı həyata keçirilməmişdir. Azərbaycan Respublikası İqtisaddiyyat Nazirliyi yanında ƏM DX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavabından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0217 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Abşeron rayon Xırdalan bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********96 reyestr nömrəsi ilə qeydiyyata (X7 05 mart 2021-ci il tarixli, 03 saylı iclasının 05 saylı qərarından çıxarış və Abşeron rayon X9 planından çıxarış əsasında) alınmışdır. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4-Ə 1001 reyestr nömrəli alqı-atqı nüqaviləsinə əsasən torpaq sahəsi X13 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********51 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi (Abşeron rayonu, Xırdalan şəhəri, Əziz Əliyev küçəsi ev 120) üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021- ci il tarixdə **********51-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal- hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisaddiyyat Nazirliyi yanında ƏM DX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu vəkil sorğusuna əlavə edilərək Xırdalan Bələdiyyəsinə göndərilmişdir. Bu dəfə bələdiyyə vəkil sorğusuna 217 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədilə bilavasitə satışa çıxarılması və hüquqların qeydiyyata alınması proseduruna başlanması haqqında Xırdalan Bələdiyyəsinin 05 mart 2021-ci il tarixli, 3 saylı iclasının 05 saylı qərarını, Xırdalan Bələdiyyəsinin həmin torpaq sahəsinin X3 haqqında 11 iyun 2021-ci il tarixli, 07 saylı iclasının 03 saylı inzibati qərarını, Xırdalan Bələdiyyəsi ilə X21 arasında 0,0217 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsini, 0,0217 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü göndərmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci maddəsinə əsasən Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 17-ci maddəsinə əsasən Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 09 avqust 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci maddəsinin 4-cü abzasına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Cavabdeh Xırdalan Bələdəyyəsinin heç bir əməkdaşı həyətlərinə gəlib torpaq sahəsinə baxış keçirməmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bələdiyyənin torpaq sahəsinin satışa çıxarılması və hüquqların qeydiyyata alınması prosedura fərdi yaşayış evinin tikintisi məqsədilə ilə başlanılır. xx.xx.2021-ci il tarixli qərarda göstərilir ki, torpaq sahəsi Elnur Əhmədova fərdi yaşayış evinin tikintisi məqsədilə satılır. Həyətə girib fərdi yaşayış evini görməmək mümkün deyil. Göründüyü kimi torpaq sahəsinə bələdiyyə baxış keçirməmiş, bununla da Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci maddəsinin tələbini pozmuşdur. Torpaq sahəsinin plan və ölçüsü tərtib edilsə də 4 saylı Abşeron Ərazi İdarəsinin heç bir əməkdaşı həyətinə gəlib torpaq sahəsinin və evin ölçü işlərini aparmamışdır. Əsasnamənin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının rəylərini bələdiyyə alır və sonra qərar qəbul edir. Bələdiyyənin cavabında Abşeron rayon icra hakimiyyətinin memarlıq xidmətindən rəy alıb-almamasını bildirməmiş, bu barədə memarlıq və Azərbaycan Respublikası İqtisaddiyyat Nazirliyi yanında ƏM DX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyi tövsiyyə etməsi yuxarıda qeyd etdiyi Əsasnamənin tələbinə ziddir. Belə nəticə çıxarmaq olar ki, cavabdeh Memarlıq xidmətinin rəyini almadan torpaq sahəsini Elnur Əhmədova satmışdır. Bununla da Əsasnamənin 7-ci maddəsinin tələbini pozmuşdur. Bu evi aldıqdan sonra yüksək zövqlə təmir etmişdirlər, bu işlərin görülməsi üçün onun dəyərindən 3 dəfə artıq evə vəsait sərf olunmuşdur. Bələdiyyə mülkiyyətində olan 217 kv.metr torpaq sahəsini Əsasnamənin tələblərinə zidd qanunsuz, X4, həmçinin ona torpaq üzərində olan evə qanunsuz çıxarış almağa şərait yaratmışdır. Göründüyü kimi Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan 217 kv.metr torpaq sahəsinin X6 barədə xx.xx.2021-ci il tarixli, 07 saylı iclasının 03 saylı inzibati qərarı Əsanamənin tələbinə zidd olaraq mülkiyyət hüquqlarının pozulması ilə qəbul olunduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-nin 2.2.1. -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (mübahisələndirmə haqqında iddia) Həmin Məcəllənin 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 14.1.-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 35.1.-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1.və 32.2.2. maddəsinə əsasən nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar, əmlakın ər-arvaddan kimin adına əldə olunmasndan asılı olmayaraq onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İnzibati Prosessual Məcəlləsinin 30.3.-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. İnzibati Prosessual Məcəlləsinin 30.5.-ci maddəsinə əsasən hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 1.2.-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 167.1.4.-cü maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Buna görə o və arvadı İddiaçı1 birgə iddiaçı, Abşeron rayonu Xırdalan Bələdiyyəsi cavabdeh, X21 üçüncü şəxs kimi məhkəmə prosesinə cəlb olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi X32 iştirak etmiş, izahatında bildirmişdir ki, müvafiq araşdırma aparılmadan torpaq sahəsi kiməsə satıla bilməz. Torpaq Bələdiyyə mülkiyyətində olmuşdur. Bütün instansiyalardan keçəndən sonra alqı satqı olur. İlk olaraq vətəndaş müraciət edir. Sənədləşdirmə aparılır. Qərar qəbul olunur. Məqsədəuyğunluq qərarı qəbul edilir. Müvafiq proseslər keçirilir. Ölçmə işləri aparılır. Bələdiyyə öz hüququnu tanıyır və satılması barədə qərar qəbul edir. Evdə başqa şəxs olarsa ümumiyyətlə yaxınlaşmaq olmaz və imtina edilir. Kiminsə istifadəsində olan torpağı başqasına satmaq mümkün deyil. Əvvəlki məhkəmə iclaslarında üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, evdə yaşaya yaşa kiminsə evinə girib hər hansı bir ölçmə işləri aparıla bilməz. İddiaçı podrat müqaviləsindən danışır. Bu müqavilə alqı satqı müqaviləsi deyil. Podrat müqaviləsində qeyd olunmuşdur ki, Vahidə Fətullayevə ilə Müslüm Fərziyev arasında podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən 250 kv.m torpaq sahəsində ümumi sahəsi 190 kv.m . ölçüdə ev tikib təhvil veriləcək. Bələdiyyə isə 217 kv.m torpaq sahəsi ayırmışdır. 32 kv.m fərq var. Evin ölçüsü isə 143,3 kv.m-dir. DƏDRX-nin əməkdaşı evə baxış keçirmədən, ölçü işləri aparmadan çıxarış verməz. Podrat müqaviləsi alqı satqı müqaviləsi deyil. Evin almasını sübüt edən sənəd deyil. Elnur sahibkardır, Elvinlə bir yerdə işləyirlər. Aralarında münasibətləri olmuşdur. Bacısı oğlunun Novxanıda olan evini girov qoyub, bankdan pul götürmüşdür. X33 vermişdir. Müslüm borcu bağlaya bilməmişdir. X34 vermişdir. Eyni zamanda Elvinə etibarnamə vermiş, sonra bir neçə ay sonra ləğv etdirmişdir. Sonra notariusa Asan xidmətə getmişdirlər. Abonet kodunu adına keçirmişdirlər. Abonent kodları Elnurun adına keçmişdir. Ərizədən sonra 2021-ci ilin mart ayında Bələdiyyəyə müraciət etmişdir. Fərziyev Müslüm və ailəsi razılıqlar ilə Elvinin torpağının Elnurun adına keçməsinə razılıq vermişdir. Müslüm həbsdə olduğu üçün deyiblər ki, ailəsi qalsın evdə. Razılaşıblar. Sonra demişdir ki, çıxsınlar. Sonra məhkəmədə evdən çıxarılma tələbi ilə bağlı iddia qaldırılmışdır. Fərziyev həbs olunmuşdur. Elvin də şahid kimi çıxış etmişdir. Elvinin də kredit borcu olmuşdur. Müslüm Fərziyevə ödəmişdir. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs X8 təqdim etmiş və izahatında bildirmişdir ki, ustadır, şəriki var. Plastik qapı pəncəri işi ilə məşğuldur. Müslüm Fərziyev evi üçün plastik qapı və pəncərə sifariş vermişdir. Münasibət yaranmışdır. Sonra Müslüm demişdir ki, banka borcu var. Pul lazımdır. Şəriki demişdir ki, bacısı oğlunun evi var. Banka girov qoyub 40000 manat Müslümə pul vermişdir. Sonra Müslüm bir müddət yenə pul istəmişdir. Sexin pulundan 20000 manat və özünün qızıllarını vermişdir. Sonra Müslüm demişdir ki, ödəyə bilmir. Evin sayğaclarının abonent kodlarını adına keçirə bilər. Sonra bələdiyyəyə gəlimşdirlər. Bələdiyyənin nümayəndəsi ilə evə getmişdirlər. Oğlu və yoldaşı evdə olmuşdur. Qapını oğlu açmışdır . Sonra evin şəkilləri çəkilmişdir. Torpaq sahəsinə baxmışdırlar. Özü, oğlu və yoldaşı da orada olmuşdur. Hadisə 2021-ci ildə olub. Borcu ödəyə bilmədiyi üçün evi adına keçirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil. Məhkəmə ilkin olaraq iddianın mükünlüyü ilə bağlı qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2-1(118)-2495/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2-1(118)-2495/2022 nömrəli qərardadı ləğv edilmişdir. İddia mahiyyəti baxımından isə əsaslı deyil. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0217 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Abşeron rayonu Xırdalan bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində 01. 06.2021-ci il tarixdə **********96 reyestr nömrəsi ilə qeydiyyata (Xırdalan Bələdiyyəsinin 05 mart 2021cı il tarixli, 03 saylı iclasının 05 saylı qərarından çıxarış və Abşeron rayon X9 planından çıxarış əsasında) alınmışdır. Xırdalan bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 saylı iclasın 03 saylı Qərarı ilə bələdiyyə mülkiyyətində olan 217 kv.m torpaq sahəsinin X17 “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə uyğun olaraq fərdi yaşayış evi tikintisi məqsədilə bilavasitə satılması qərara alınmışdır. AN-İ ******* saylı, 14 iyun 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 0.0217 ha torpaq sahəsi X1. Torpaq sahəsi üzərində X14 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-cı ıl tarixdə **********51 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi (ünvan 2) üzərində X15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********51- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İddiaçılar Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan 217 kv.m torpaq sahəsinin X2 barədə xx.xx.2021-ci il tarixli 07 saylı iclasın 03 saylı inzibati qərarın ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı X15 mülkiyyətində olan **********51-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair zəruri sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Fərdi yaşayış evi üzərində Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(012)-118/2022 nömrəli icra vərəqəsinə əsasən qadağa qoyulmuşdur. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 16 mart 2023-cü il 3-21-3-32/2-2879/2023 saylı məktubu) Təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.0217 ha torpaq sahəsi X15 xüsusi mülkiyyətindədir. (reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X15 xüsusi mülkiyyətindədir. (reyestr nömrəsi **********51-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) X15 02 aprel 2021-ci il tarixli **********952 saylı razılıq ərizəsində qeyd edilmişdir ki, o, istifadəsində olan Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixdə 03/05 nömrəli qərarı ilə ayrılmış 217 kv.m torpaq sahəsi üzərində Abşeron rayon Xırdalan Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və hərraca çıxarılmasına etiraz etməmişdir. Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 20 aprel 2021-ci il tarixli baxış aktında qeyd edilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planına əsasən ölçüsü 217 kv.m olduğu, X15 istifadəsində olduğu, üzərindəki fərdi evə və köməkçi tikilinin ona aid olduğu, zəbt edilmə halının olmadığı qeyd edilmişdir. Azərişıq ASC-nin 13 mart 2023-cü il tarixli, 13-13/2-1/16-1521/2023 saylı məktubunda qeyd edilmişdir ki, Səhmdar Cəmiyyətin elektron bazasında **********01711 saylı abonent kodu xx.xx.2009-cu il tarixdə X10, xx.xx.2020-ci il tarixdən İddiaçı2 və xx.xx.2021-ci il tarixdən X13 adına qeydiyyata alınması barədə məlumat vardır. Həmin abonent kodunun X13 adına sənədləşdirilməsi X11 Bakı şəhəri, 49 saylı notariat ofisində təsdiq edilmiş razılıq ərizəsi əsasında həyata keçirilmişdir. (notarial qaydada təsdiq edilmiş **********429 saylı razılıq ərizəsi) Bakı Regional Qazın satışı Departamenti tərəfindən vəkil sorğusuna 13 mart 2023cü il tarixli, 14-2-2-4/2-239/2023 saylı cavab məktubu ilə Bakı şəhəri, ünvan 3 ünvanında **********8090 saylı qaz istehlakçı kodunun abonent məlumatlarında dəyişiklik edilməsinə əsas olmuş notarial qaydada təsdiq edilmiş **********428 saylı razılıq ərizəsindən görünür ki, İddiaçı2 **********8090 saylı qaz abonent kodunun X15 adına sənədləşdirilməsinə etiraz etməmişdir. X35 Cəmiyyətinin 10 aprel 2023-cü il tarixli, 13-16/2-01/4/01/7/5/4280/2023 saylı məktubunda qeyd edilmişdir ki, **********008 saylı abonent kodu xx.xx.2020-ci il tarixində İddiaçı2 İsrəfil oğlunun adına açılmış, xx.xx.2021-ci il tarixdə abonent müraciəti əsasında ad dəyişikliyi əməliyyatı olunaraq X22 ilə müqavilə bağlanmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktlarında qeyd edilmişdir ki, 0.0217 ha torpaq sahəsində yaşayış evi var. Daş hasa daxilindədir. Cizgiyə uyğun gəlir. Torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Torpaq sahəsində icazəsiz tikili yoxdur. Kommunikasiya xətti keçmir. Fərdi ev 2 mərtəbəlidir. Ev layihəyə uyğun inşa edilmişdir. Hazırda evdə yaşayış var. Əlavə dəyişiklik yoxdur. Qeyd edilənlərdən göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyəti olmuş, üzərində tikilmiş evin tikintisinə müvafiq orqanların razılığı olmamış, iddiaçı işıq, su, qaz abonent kodlarını X13 adına qeydiyyata alınmasına öz razılığını bildirmişdir. Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.0217 ha torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı 07 yanvar 2020-ci il tarixli podrat müqaviləsi əsasında fərdi yaşayış evini əldə etdiyini qeyd edir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi tərəfindən 07 yanvar 2020-ci il tarixli podrat müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Müqavilə ilə X5 rayonu, Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi, dalan 1, üv 54 ünvanında yerləşən 250 kv.m torpaq sahəsində fərdi yaşayış evi tikib İddiaçı2 təhvil verməyi, sifarişçi isə 52000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi işlərin görülməsi ilə bağlı müqavilə olub alqısatqı müqaviləsi deyil və mülkiyyət hüququ yaratmır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 5.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Hazırkı işdə də cavabdeh bələdiyyə tərəfindən müvafiq dövlət qurumlarının rəylərini alaraq, öz diskression səlahiyyətindən istifadə etmiş, torpaq sahəsi ayırarkən hər hansı qanunsuzluğa yol verməmişdir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edirki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırki işdə də cavabdeh inzibati orqan ona verilmiş diskresion səlahiyyətlərə uyğun olaraq qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin yaranması əsasını iddiaçı ilə üçüncü şəxsin arasında yaranmış mülki hüquq münasibətləri təşkil edir. İddiaçı tərəf qeyd edir ki, cavabdeh Xırdalan Bələdiyyəsinin heç bir əməkdaşı həyətlərinə gəlib torpaq sahəsinə baxış keçirməmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bələdiyyənin torpaq sahəsinin satışa çıxarılması və hüquqların qeydiyyata alınması prosedura fərdi yaşayış evinin tikintisi məqsədilə ilə başlanılır. xx.xx.2021-ci il tarixli qərarda göstərilir ki, torpaq sahəsi Elnur Əhmədova fərdi yaşayış evinin tikintisi məqsədilə satılır. Həyətə girib fərdi yaşayış evini görməmək mümkün deyil. Göründüyü kimi torpaq sahəsinə bələdiyyə baxış keçirməmiş, bununla da Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci maddəsinin tələbini pozmuşdur. Torpaq sahəsinin plan və ölçüsü tərtib edilsə də 4 saylı Abşeron Ərazi İdarəsinin heç bir əməkdaşı həyətinə gəlib torpaq sahəsinin və evin ölçü işlərini aparmamışdır. Əsasnamənin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının rəylərini bələdiyyə alır və sonra qərar qəbul edir. Bələdiyyənin cavabında Abşeron rayon icra hakimiyyətinin memarlıq xidmətindən rəy alıb-almamasını bildirməmiş, bu barədə memarlıq və Azərbaycan Respublikası İqtisaddiyyat Nazirliyi yanında ƏM DX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyi tövsiyə etməsi yuxarıda qeyd etdiyi Əsasnamənin tələbinə ziddir. Belə nəticə çıxarmaq olar ki, cavabdeh Memarlıq xidmətinin rəyini almadan torpaq sahəsini Elnur Əhmədova satmışdır. Bununla da Əsasnamənin 7-ci maddəsinin tələbini pozmuşdur. Halbuki məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən görünür ki, Xırdalan Bələdiyyəsinin 29 mart 2021-ci il tarixli 244 nömrəli müraciətinə əsasən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına dair Abşeron rayon İcra hakimiyyətinin 29 mart 2021-ci il tarixli 83 saylı rəyində qeyd edilmişdir ki, Xırdalan bələdiyyəsinin müraciət məktubu əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0.0217 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir. Vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir.“ Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında ” Əsasnamənin 10cu maddəsinin tələbinə uyğun olaraq təqdim olunmuş yerquruluşu planına əsasən sahəsi 0.0217 ha olan torpaq sahəsinin satılması məqsədilə mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz edilməmişdir. Habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, 285 saylı rəydə qeyd edilmişdir ki, Xırdalan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 03 saylı iclasının 05 saylı qərarından çıxarışa əsasən müsabiqə və hərraca çıxarılması yolu ilə mülkiyyətə verilməsi nəzərdə tutulan 217 kv. m. ( 0,0217 ha) torpaq sahəsi Abşeron rayon Xırdalan bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələrinin torpaqlarında yerləşir. Torpaq sahəsi İİ zonaya daxildir və alqı- satqı predmetidir. Müsabiqə və hərraca çıxarılması yolu ilə mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyil. Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinin (torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktı əlavə olunur) müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. Göründüyü kimi cavabdeh bələdiyyənin hərəkətlərinin qanunsuzluğu ancaq mülkiyyətində olan torpaq sahəsində müvafiq icazələr alınmadan tikilmiş evin faktiki sahibi ilə bağlı zəruri araşdırmalar aparmaması ola bilər. Müvafiq icazələr alınmadan tikilmiş həmin evin iddiaçı tərəfindən tikilməsi və həmin evdə iddiaçı tərəfin ailəsinin yaşaması işin mübahisə olunmayan halıdır. Lakin iddiçı tərəfin evin komunal ödənişləri ilə bağlı müqavilələri üçüncü şəxsin adına keçirməsi həmin evin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxs tərəfindən satın alınmasına etirazı olmamasını göstərir. 20 iyun 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının şəxsən iştirakının zəruri olduğu, yuxarıda qeyd edilən halların müəyyən edilməsi üçün İddiaçı1, üçüncü şəxs X15 və bələdiyyənin məlumatlı şəxsinin iştirakı ilə məhkəmə iclasının təmin olunmasının məqsədəmüvafiq olması bildirilsə də, iddiaçının nümayəndəsi və vəkili etiraz etmiş, İddiaçı1 iştirakı təmin edilməmişdir. Yuxarıda qeyd edilənlər isə iddiaçı tərəfin iddialarında haklı olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar