Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-19/2020 20.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4 qarşı “Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən JN-1878H saylı torpaqğın xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona məxsus 0.12 ha torpaq sahəsinə daşınmaz əmlaka plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4 qarşı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən JN-1878H saylı torpaqğın xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona məxsus 0.12 ha torpaq sahəsinə daşınmaz əmlaka ilkin plan-ölçünün tərtib edilməsi və həmin sənədin ona verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin mütəxəssis rəyinin təqdim olunması barədə vəsatətinə əsasən Azərbaycan Respublikası MPM-nin 63.3-cü və “Dövlət Məhkəmə Ekspertiza Fəaliyyəti” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrini rəhbər tutaraq, tədqiqatın aparılması üçün qərardadda qoyulmuş suallar üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xİdmətinin müvafiq mütəxəssis rəyinin verilməsi zəruri olduğundan, qeyd olunan rəyin Mərkəzə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinin və tərtib olunacaq mütəxəssis rəyinin məhkəmə ekspertiza mərkəzinə təqdim edilməsi məqsədilə ekpertizanın keçirilməsi ilə bağlı təhqiqat obyektinə baxış keçirilməsi üçün iştirakı tələb olunmasına baxmayaraq, iddiaçı iştirak etməmiş, onunla əlaqə saxlamaq mümkün olmamışdır, iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. İş materillarında iddiaçının qeydiyyat ünvanı ünvan 1 edilmiş, məhkəməyə faktiki ünvan barədə isə məlumat verilməmişdir, məhkəməyə məlum olan telefon nömrəsi vasitəsi ilə isə əlaqə saxlamaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının məhkəmənin sərəncamını icra etməməsini, müvafiq xəbərdarlıq edilsədə, məhkəmə iclaslarına gəlməməsini və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X2 şikayətinə dair xx xxxx 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4 qarşı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən JN-1878H saylı torpaqğın xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona məxsus 0.12 ha torpaq sahəsinə daşınmaz əmlaka ilkin plan-ölçünün tərtib edilməsi və həmin sənədin ona verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 üzərinə qoyulmasına dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-19/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-19/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver