Məhkəmə qərarları › İş №2-1(118)-19/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-19/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-19/2021 26.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxsin nümayəndəsi X13 iştrakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı “24.05.2001ci il tarixli, 312 nömrəli mülkiyyət hüququ sənədinə əsasən 21.08.2014-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən “Tikinti sahəsi” adlı əsas sahəsi 6000 kv.metr, köməkçi sahəsi 600 kv.metr olan təsərrüfat subyektinin, 07.03.2009cu il tarixdə icarə müqaviləsi əsasında iddiaçının adına qediyyata alınmış Sumqayıt şəhəri, 76- cı məhəllə ünvanında yerləşən “Kənd təsərrüfatı məhsullarının istehsalı” adlı 1200 kv.metr sahəsi olan təsərrüfat subyektinin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti cavabdeh 2 saylı Ərazi vergilər Departamentinə qarşı 24.05.2001-ci il tarixli, 312 nömrəli mülkiyyət hüququ sənədinə əsasən 21.08.2004-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən “Tikinti sahəsi” adlı əsas sahəsi 6000 kv.metr, köməkçi sahəsi 600 kv.metr olan təsərrüfat subyektinin, 07.03.2009-cu il tarixdə icarə müqaviləsi əsasında iddiaçının adına qediyyata alınmış Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən “Kənd təsərrüfatı məhsullarının istehsalı” adlı 1200 kv.metr sahəsi olan təsərrüfat subyektinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçının təsərrüfat subyektlərini qanunsuz ləğv edən X4 barəsində xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24.05.2001-ci il tarixli, 312 nömrəli mülkiyyət hüququ sənədinə əsasən 21.08.2014-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış ünvan 1nda yerləşən “Tikinti sahəsi” adlı əsas sahəsi 6000 kv.metr, köməkçi sahəsi 6000 metr olan təsərrüfat subyektinin, 07.03.2009-cu il tarixdə icarə müqaviləsi əsasında idiaçının adına qediyyata alınmış Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən “Kənd esərrüfatı məhsullarının istehsalı” adlı 1200 kv.metr sahəsi olan təsərrüfat subyektinin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçının təsərrüfat subyektlərinin qanunsuz ləğv edilməsini təşkil edən X4 barəsində xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə, iddia, iddiaçının təsərrüfat subyektlərinin qanunsuz ləğv edilməsini təşkil edən X4 barəsində xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsi hissəsində mümkün sayılmamışdır və həmin qərardaddan şikayət verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərardan cavabdeh təşkilat və maraqlarına toxunan “xxxx” MMC-nin direktoru X9 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli 2- 1(105)-55/2019-cu il tarixli qərardadı ilə “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır və ona üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. 2-1(105)-55/2019 saylı inzibati iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra “xxxx” MMC-nin ücüncü şəxs qismində işə qoşulması barədə vəsatəti nəzərə alınaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2-1(85)-1384/2018 saylı qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2-1(085)-1185/2019 saylı qərardadı ilə “xxxx” MMC-nin cavabdehlər “xxxx” MMC və ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “xxxx” MMC-nin adına 14 oktyabr 2010-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışın etibarsız hesab edilməsi haqqında iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək hazırki iş üzrə icraat dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli 2-1(118)-76/2020 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 noyabr 2003-cü tarixdə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsində qeydiyyata alınaraq iddiaçıya dövlət qeydiyyatı haqqında şəhadətnamə, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrində 07.11.2003-cü il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. İddiaçının mühasibat balansı üzrə bütün aktivləri və passivləri ilə birlikdə, eyni zamanda rəsmiyyətin inventarları, vəsaitləri ilə birlikdə olmaqla onun keçmiş direktoru X10 tərəfindən 2009-cu ilin iyun ayının 06-da notariat qaydasında 100 faiz payı ona satılmışdır. Müqavilənin 2.1.3-cü bəndində göstərilmişdir ki, satılan pay həbsdən, girov öhdəliyindən və s. öhdəliklərdən azaddır. Kommersiya təşkilatının dövlət reyestrindən çıxarışdan görünür ki, Cəmiyyətin nizamnamə kapitalının miqdarı 50.000 manat təşkil edir. Bundan sonra müəsisənin direktoru kimi müəssisənin balansında olan qeyri-yaşayış sahəsini idarə etməklə, kənd təsərrüfatı məhsullarının istiehsalı ilə əlaqədar heyvandarlıq və tərəvəzçilik ilə məşğul olmağa başlamışdır. Müəssisənin istifadə etdiyi torpaq sahəsi 0,6 ha torpaq sahəsindən, qeyri-yaşayış sahəsi isə 600 kv.metrdən ibarətdir. 2017-ci ilin avqust ayının axırında X14 adlı şəxs həmin müəssisəyə gələrək onu və işçilərini söyüb təhqir edərək müəssisənin sahəsindən çıxmağı tələb etmiş və bildirmişdir ki, həmin sahə ona məxsusdur. 2 saylı Ərazi İdarəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçının adına 14 oktyabr 2010- il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldıraraq həmin çıxarışın etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddiaçının sənədlərini və kodunu planlı şəkildə özündə saxlayan X10 iddiaçının təsərrüfat subyektlərini onun adından ləğv etmişdir. Məlumat alan kimi iddiaçının təsərrüfat subyektlərinin bərpası barədə cavabdehin qərar qəbul etməsini xahiş etsə də, müraciətinə imtina olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Vergilər Departamenti tərəfindən verilmiş arayışda göstərilmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən “Tikinti sahəsi” adlı əsas sahəsi 6000 kv.metr, köməkçi sahəsi 600 kv.metr olan təsərrüfat subyekti 24.05.2001-ci il tarixli, 312 nömrəli mülkiyyət hüququ sənədinə əsasən 21.08.2004-cü il taridə qeydiyyata alınmış, Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən 07.03.2009-cu il tarixdə qediyyata alınmış «Kənd təsərrüfatı məhsullarımn istehsalı» adlı sahəsi 1200 kv.metr olan təsərrüfat subyekti isə 01.11.2008-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıdan icarəyə götürülmüşdür. Göstərilən təsərrüfat subyektlərinin hər ikisi Cəmiyyətin müraciətinə əsasən 03.11.2017-ci il tarixdə ləğv olunmuşdur. Cəmiyyət ona satılsa da kodunu və sənədlərin əsasını, özündə saxlayan X10 iddiaçının təsərrüfat subyektlərini ləğv etmişdir. Guya ki, iddiaçı özü ləğv etmə barədə vergi orqanına müraciət etmişdir. Göründüyü kimi 3cü şəxs direktoru olduğu Cəmiyyətin işinə müdaxilə edərək saxtakarlıq etmişdir. Qeyd edilənlərə əsasən iddiaçının direktoru iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyisinə müvafiq arayış verilir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”a Əsasən vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirilir, həmçinin, vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması vergi orqanına daxil olmuş mənbəyi bəlli olan digər rəsmi məlumat əsasında və elektron formada öz istifadəçi adı, şifrə və kodu ilə İnternet Vergi İdarəsi portalına daxil olmaqla "Onlayn" kargüzarlıq bölməsində də həyata keçirilir. İddiaçının 03.11.2017-ci il tarixli onlayn müraciətinə əsasən Sumqayıt şəhəri, Sülh küçəsi ünvanında yerleşən **********- 29001 kodlu və Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən **********-29002 kodlu təsərrüfat subyektləri 03.11.2017-ci il tarixdə ləğv edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının mühasibat balansı üzrə bütün aktivləri və passivləri ilə birlikdə, eyni zamanda cəmiyyətin inventarları, vəsaitləri ilə birlikdə olmaqla onun keçmiş direktoru X10 tərəfindən 2009-cu ilin iyun ayının 06-da notariat qaydasında 100 faiz payı ona satılmışdır. Müqavilənin 2.1.3-cü bəndində göstərilmişdir ki, satılan pay həbsdən, girov öhdəliyindən və s. öhdəliklərdən azaddır. Kommersiya təşkilatının icc.lət reyestrindən çıxarışdan görünür ki, Cəmiyyətin nizamnamə kapitalının miqdarı 50.000 manat təşkil edir. Sumqayıt şəhər Xalq Deputatları sovetinin rəyasət heyətinin 26.02.1993-cü il tarixli 28 nömrəli qərarına əsasən 0.6 ha torpaq sahəsi “xxxx” cəmiyyətinə baza tikintisi üçün ayrılmışdır. “xxxx” cəmiyyətinin iddiaçının yox, “xxxx” MMC-nin hüquqi varisinin olduğunu nəzərə alaraq qeyd olunan təsərrüfat subyektlərinin bərpası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ücüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1384/2018 nömrəli 19.09.2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddiası təmin edilmiş və 24.05.2001-ci il tarixli 312 nömrəli mülkiyyət hüququna dair sənədə əsasən 21.08.2014-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən "Tikinti sahəsi" adlı əsas sahəsi 6000 kv.metr, köməkçi sahəsi 600 kv.metr olan təsərrüfat subyektinin və 07.03.2009-cu il tarixdə icarə müqaviləsi əsasında iddiaçının adına qeydiyyata alınmış Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən "Kənd təsərrüfatı məhsullarının istehsalı" adlı 1200 kv.metr sahəsi olan təsərrüfat subyektinin ləğv edilməsi barədə 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin adına vergi orqanında qeydiyyata almış Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən "Kənd təsərrüfatı məhsullarının istehsalı" adlı 1200 kv.metr sahəsi olan təsərrüfat subyekti və ünvan 1 ünvanında yerləşən "Tikinti sahəsi" adlı 6000 kv.metr sahəsi olan təsərrüfat subyekti "xxxx" MMC-nin mülkiyyətindədir və həmin sahə 01.11.2008-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış həmin icarə müqaviləsinə 2013-cü ildə xitam verilmişdir. Vergi orqanı ilə vergi ödəyiciləri arasında bağlanan "Elektron sənəd mübadiləsi haqqında" Müqaviləyə əsasən vergi orqanı sonuncuya məxfi kod-parol təqdim edir və vergi ödəyicisi Vergilər Nazirliyinin internet səhifəsində ona məxsus elektron kabinetə həmin məxfi kod-parolla daxil olub, vergi orqanı ilə yazışmalarını (ərizə, müraciət və sorğularını) elektron şəkildə həyata keçirmək imkanı əldə edir. İş materiallarından göründüyü kimi, elektron kabinet vasitəsilə "xxxx" MMC-nin adına qeydiyyata alınmış təsərrüfat subyektlərinin ləğv edilməsi ilə bağlı vergi orqanına müraciətlər daxil olmuş və vergi orqanı həmin müraciətləri nəzərə alaraq həmin təsərrüfat subyektlərini ləğv etmişdir. Elektron formada elektron kabinet vasitəsilə göndərilən müraciətin doğru olduğunu müəyyən etmək məqsədilə cavabdeh vergi orqanı həmin müraciətin faktiki olaraq kim tərəfindən imzalanması və göndərilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməli idi. Hər hansı kompüter vasitəsilə hər hansı vergi ödəyicisi adından elektron kabinet üzərindən göndərilən sənədin faktiki olaraq kim tərəfindən göndərilməsini, başqa sözlə desək kompüter arxasında kimin əyləşməsini müəyyən edə bilən texnika hələ ki ixtira edilməmişdir. Bunu hazırkı dövrdə müəyyən etməyin yeganə üsulu vergi ödəyicilərinə məxsus kompüterlərə gizli çəkiliş apara bilən video-kameralarm quraşdırılmasıdır. İkincisi, vergi ödəyicisinə məxsus elektron kabinetə yalnız həmin vergi ödəyicisinə vergi orqanı tərəfindən təqdim edilmiş məxfi kod-parol vasitəsilə daxil olmaq olar. Başqa sözlə desək, kod-parol olmadan iddiaçıya məxsus elektron kabinetə daxil olaraq onun adından vergi orqanına müraciət ünvanlamaq qeyri-mümküdür. Daha anlaşılan olması üçün, hazırkı mübahisəni maaş, pensiya və ya hər hansı bank kartı ilə müqayisə edə bilərik. Həmin kartdan istənilən vəsaiti yalnız kartın məxfi parolunu bilən şəxs bankomat vasitəsilə məxaric edə bilər. Hazırda işdə iddiaçı sanki bankomatdan ona məxsus kartın parolu istifadə edilməklə məxaric edilən vəsaiti bankdan tələb edir.Tərəflər arasında, yəni "xxxx" MMC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyindən və hazırkı tarixə hər hansı icarə müqaviləsi olmadığından iddiaçı obyektin vergi orqanında qanuni əsaslarla bərpa edilməsinin mümkün olmadığını anlayıb, məhkəməyə üz tutmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi, hazırkı mübahisənin əsasını "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə istifadəyə verilmiş obyekt ilə bağlı icarə müqaviləsinə xitam verilməsi təşkil edir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırdı ki, Sumqayıt Şəhər Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(060)-1859/2018 nömrəli qətnaməsinə əsasən "xxxx" MMC-nin ilkin iddiası qismən təmin edilmiş və "xxxx" MMC tərəfindən zəbt edilmiş Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən torpaq sahəsinə dair "xxxx" MMC-nin istifadə hüququ itirilmiş hesab edilmiş və həmin əmlakın boşaldılaraq mülkiyyətçi "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı icarə müqaviləsinə xitam verildiyi və istifadə hüququnu itirdiyi təsərrüfat subyektinin ləğv edilməsi ilə bağlı ona məxsus məxfi kod-parol vasitəsilə elektron kabineti üzərindən vergi orqanına elektron müraciət ünvanlamış, həmin müraciət təmin edilərək təsərrüfat subyektlərinin vergi orqanında olan qeydiyyatı ləğv edilmişdir. Buna baxmayaraq, iddiaçı sonradan həmin təsərrüfat subyektlərinin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və icarə müqaviləsi təqdim edə bilmədiyindən müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmə yuxarıda qeyd olunanları nəzərə almadan, qanunsuz və əsassız qərarı ilə iddiaçının iddia tələbini təmin etmişdir. Məhkəmə prosesində iştrak edən üçüncü şəxsin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Azərbaycan Respublikas Prezidentinin 23.10.2019-cu il tarixli 845 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Bu səbəbdən də, Məhkəmə zərurət yarandığından, cavabdehi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz etmişdir. İş materiallarına əlavə edilmiş Nizamnamənin, “Dövlət qeydiyyatı haqqında” və “Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında” Şəhadətnamələrin və “Kommersiya təşkilatlarının Dövlət reystrindən Çıxarış”ın surətlərindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti 07 noyabr 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 06 avqust 2009-cu il tarixli Müəssisədəki payın alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi X10 “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalında ona məxsus 100 faiz payı X1. Müqavilənin 5.2-ci bəndinə əsasən hazırki müqavilə imzalandığı andan satıcıya məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququ alıcıya keçir. 01 noyabr 2008-ci il tarixli 01 saylı müqavilədən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 5 ünvanında yerləşən 1200 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilmişdir. 312 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən anbar mülkiyyət hüququ əsasında “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin adına qeydiyyata alınmışdır. Cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinin 06 fevral 2018-ci il tarixli **********700 saylı Müraciətə baxılması haqqında məktubundan görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən “Tikinti sahəsi” adlı əsas hissəsi 6000 kv.metr, köməkçi sahəsi 600 kv.metr olan təsərrüfat subyekti 24 may 2001-ci il xli 312 nömrəli mülkiyyət hüququ sənədinə əsasən 21 avqust 2004-cü il tarixdə qeydiyyata alınmış, Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən 07 mart 2009-cu il tarixdə qeydiyyata alınmış “Kənd təsərrüfatı məhsullarının istehsalı” adlı sahəsi 1200 kv.metr olan təsərrüfat subyekti isə 01 noyabr 2008-ci il tarixli icarə müqaviləsinə əsasən “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən icarəyə götürülmüşdür. Qeyd olunan təsərrüfat subyektlərinin hər ikisi iddiaçının müraciətinə əsasən 03 noyabr 2017-ci il tarixdə ləğv olunmuşdur. Obyektin onlayn ləğv ərizəsindən görünür ki, cavabdeh tərəfindən 03 noyabr 2017-ci il tarixdə vergi ödəyicisinin fəaliyyətinə xitam verilməsi səbəbinə görə iddiaçının “Tikinti sahəsi” təsərrüfat subyektinin qeydiyyatı ləğv edilmiş və arayışda, müraciət edən şəxs kimi X11 qeyd edilmişdir. Obyektin onlayn ləğv ərizəsindən görünür ki, cavabdeh tərəfindən 03 noyabr 2017-ci il tarixdə vergi ödəyicisinin fəaliyyətinə xitam verilməsi səbəbinə görə iddiaçının “Kənd sərrüfatı məhsullarının istehsalı” adlı təsərrüfat subyektinin qeydiyyatı ləğv edilmiş və ayışda, müraciət edən şəxs kimi X11 qeyd edilmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinin 13 iyun 2018-ci il tarixli **********74100 saylı Məlumatın verilməsi haqqında məktubundan görünür ki, iddiaçı təfindən 03 noyabr 2017-ci il tarixli **********409100 nömrəli məktubla onlayn qaydada vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında” ərizə forması ilə vergi orqanına müraciət edilmişdir. Daxil olmuş müraciətə əsasən iddiaçının **********-29001 kodlu təsərrüfat subyekti 03 noyabr 2017-ci tarixdə cavabdeh tərəfindən ləğv edilmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinin **********086400 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Həmin Məcəllənion 34.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. Həmin Məcəllənin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Həmin Məcəllənin 651-ci maddəsinə əsasən tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz (daşınar) əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Nəzərə alınmalıdır ki, X9 ilə X11 arasında bağlanmış və notarial qaydada təstiq edilmiş 06 avqust 2009-cu il tarixli “müəssisədəki payın alqı-satqısı” müqaviləsinə əsasən X9 “xxxx” MMC-nin nizamnamə kapitalında ona məxsus 100 faiz payı X3 və müqavilənin 5.2-ci bəndinə əsasən “xxxx” MMC-də X7 məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam vermək hüququ X2. Bundan sonra, X11 Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinə ərizə ilə müraciət edərək, “xxxx” MMC-nin dövlət qeydiyyatına alınmasını xahiş etmiş və onun müraciəti qeydiyyat orqanında **********935500 nömrəsi ilə 14 sentyabr 2009-cu ildə qeydiyyata alınmışdır. “xxxx” MMC-ti 03.11.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinə onlayn müraciət edərək, ünvan 6 ünvanında yerləşən **********-29001 kodlu və Sumqayıt şəhəri,76-cı məhəllə ünvanında yerləşən **********-29002 kodlu təsərrüfat subyektlərinin ləğv edilməsini xahi etmiş və onun müraciəti təmin olunaraq təsərrüfat subyektləri 03.11.2017-ci ildə ləğv edilmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.2-ci maddəsinə əsasən X5 14.09.2009-cu il tarixli müraciəti əsasında “xxxx” MMC vergi orqanında qeydiyyata alındığı andan etibarən “xxxx” MMC ilə bağlı bütün risklər, xərclər və faydalar şübhə halında X2. Belə olduğu tədqirdə X12 tərəfindən gətirilən arqumentin,yəni təsərüffat subyektlərinin ləğv edilməsi ilə bağlı onlayn müraciətin onun tərəfindən deyil başqa şəxs tərəfindən həyata keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Ona görədə məhkəmə hesab edir ki, hətta təsərrüfat subyektlərinin ləğv edilməsi ilə bağlı onlayn müraciət iddiaçının bildirdiyi kimi başqa şəxs tərəfindən edilmiş olsa idi belə həmin onlayn müraciət X11 tərəfindən edilmiş kimi qəbul edilməlidir. Belə ki, qeyd olunan onlayn müraciət vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə həyata keçirilib və həmin elektron kabinetə yalnız vergi orqanı tərəfindən verilmiş məxfi kod parol vasitəsi ilə daxil olmaq mümkündür. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, tərəflər arasında “Müəssisədəki payın alqı satqısı müqaviləsi” 06.08.2009-cu ildə bağlandığı gündən “xxxx” MMC 03.11.2017-ci ilədək eyni kod və paroldan istifadə etməklə elektron kabinetdən istifadə etmişdir. Halbu ki, X11 təmsil etdiyi “xxxx” MMC-ni gələcək risklərdən mühafizə etmək məqsədi ilə “xxxx” MMC vergi orqanında qeydiyyata alındıqdan andan müəssisənin elektron kabinetinin kod və parolunun təzələnməsini vergi orqanından tələb etmək hüququndan istifadə edə bilərdi. Göründüyü kimi, vergi orqanı tərəfindən təsərrüfat subyektlərinin ləğv edilməsi ilə bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və bu hərəkətlərin həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 24.05.2001-ci il tarixli, 312 nömrəli mülkiyyət hüququ sənədinə əsasən 21.08.2014-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən “Tikinti sahəsi” adlı əsas sahəsi 6000 kv.metr, köməkçi sahəsi 600 kv.metr olan təsərrüfat subyektinin, 07.03.2009-cu il tarixdə icarə müqaviləsi əsasında iddiaçının adına qediyyata alınmış Sumqayıt şəhəri, 76- cı məhəllə ünvanında yerləşən “Kənd təsərrüfatı məhsullarının istehsalı” adlı 1200 kv.metr sahəsi olan təsərrüfat subyektinin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar