Məhkəmə qərarları › İş №2-1(118)-19/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-19/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-19/2023 19.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı X1 nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar X1, İddiaçı2, X2 cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı texniki pasportda göstərilən 75 kv m qarajın ölçüsü nəzərə alınmaqla 3 otaqlı mənzilin verilməsi və ya həmin qarajın ölçüsü həcmində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar X4, İddiaçı2, X5 cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, texniki pasportda göstərilən 75 kv m qarajın ölçüsü nəzərə alınmaqla 3 otaqlı mənzilin verilməsi və ya həmin qarajın ölçüsü həcmində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qəradadı ilə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb eidlmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanda yerləşən evin 8 saylı 2 otaqlı mənzilində qeydiyyatda olmaqla yaşamışlar. Həmin ünvanda həmçinin 2 azyaşlı xx.xx.2012-ci il təvəllüdlü Sara Əsgərli və xx.xx.2010-cu il təvəllüdlü Riyad Əsgərli adlı uşaqlar da yaşamışlar. Şamaxı rayonunda 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində mənzilin yerləşdiyi ev yararsız hala düşmüşdür. Bundan sonra ölkə rəhbərinin tapşırığı əsasında həmin yararsız hala düşmüş evin yerində yeni bina tikilərək vətəndaşlara verilmişdir. Eyni zamanda da onların ailəsinə yeni tikilən binada 2 otaqlı 50-60 kv m ölçüdə mənzil verilmişdir. Lakin onlara mənzil ayrılarkən texniki pasportda da göstərilən 75 kv m ölçüdə qaraj nəzərə alınmamışdır. Belə ki, həmin qaraj iddiaçılar tərəfindən yaşayış sahəsi kimi istifadə edilmişdir. Hazırda onklara ayrılan 2 otaqlı 50-60 kv metrlik mənzildə 7 nəfər ailə üzvü ilə birlikdə yaşamaq qeyri-mümkündür. Qeyd edilənlərlə bağlı Şamaxı rayon İcra Hakimiyyətinə müraciət etmişlər, lakin hazıradək onların müraciətinə baxlmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı A.Əsgərovun nümayəndəsi R.Əsgərov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməmiş və izah etmişdir ki, vətəndaşların zəlzələdən əvvəl istifafdəsində olmuş qeyriyaşayış sahələri üçün kompensasiya nəzərdə tutulmamışdır. Həmin sahəyə dair hər hasnı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Bundan başqa cavabdehin balansında boş mənzil olmadığından iddiaçıların müraciətinin təmin olunmasından imtina edilmişdir. Mənzillərin vətəndaşlara ayrılması, püşkatmanın keçirilməsi ilə bağlı hər hansı sənədləşmə mövcud deyildir. İş matetriallarında olan : -Şamaxı rayon RTİS tərəfindən tərtib edilmiş ev kitabından görünür ki, həmin kitabda İddiaçı1 Şəmsəddin oğlunun və ailəü zvlərinin adı qeydə alınmışdır. -1995-ci ilin iyun ayında Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı Bürosu tərəfindən tərtib edilmiş 4236 inventar nömrəli texniki pasportdan görünür ki, X3 adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir, faktiki həyətyanı sahə kimi 70.0 kv m, evin sahəsi 46.3 kv m göstərilmişdir. Texniki pasportun “Tikililər və qurğuların təsviri” adlanan bölməsində tikililərin yaşayış evi, mətbəx, hamam, saray, hasar, qurğuların qapı və darvazadan ibarət olması qeyd edilmişdir. -Şamaxı rayon İcra Hakimiyyətinin İddiaçı1 Şəmsəddin oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli Ş-03-1800 saylı məktubundan görünür ki,Şamaxı şəhəri, N.Nərimanov küçəsi,ev 78 ünvanında yerləşən istismar müddəti başa çatmış binada ona məxsus olan 8 saylı mənzilin əvəzinə həmin ünvanda yeni inşa olunmuş 51 mənzilli binanın 34 saylı mənzili püşkatma nəticəsində İddiaçı1 verilmişdir. Məhkəmənin sorğusuna əsasən Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-75-6/2-337/2023 saylı məktubdan görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi,ev 78 ünvanında yerləşən mənzillərin əvəzinə İddiaçı1 Şəmsəddin oğluna və qeyrilərinə müvafiq mənzilin verilməsi barədə məktubdan başqa rayon icra hakimiyyətində həmin məsələ ilə əlaqədar heç bir sənəd mövcud deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların əvvəllər yaşadığı mənzil üzərində hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. Bununla yanaşı iddiaçılara sonradan ayrılmış mənzili onlar faktiki olaraq qəbul etmişlər ailə üzvləri ilə birlikdə oraya köçüb yaşamağa başlamışlar. İddiaçının nümayəndəsi əvəzində kompensasiya tələb edilən qarajın texniki pasportda “saray” kimi göstərildiyini izah etmişdir. Məhkəmə qeyd edir ki, həmin tikilinin ölçüsü texniki pasportda 6.2 kv m kimi göstərilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı ayrılan mənzilin yerləşdiyi binanın rayon İcra Hakimiyyətinin balansına aid olması öz təsdiqini tapmamışdır. Şamaxı rayon İcra Hakimiyyəti dövlət tapşırığı kimi qəzalı mənzillərin əvəzinə inşa edilmiş mənzillərin bölüşdürülməsi funksiyasını həyata keçirmişdir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra haqkimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Məhkəmə qeyd edir ki, iddiaçılar tələbinin əsası kimi əvəzində kompensasiya tələb etdikləri qarajın texniki pasportda göstərilməsinə istinad etmişlər. Evə dair texniki pasportdan başqa hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi iki növ “pasport” fərqləndirilmişdir : 1) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2) https://e-qanun.az/framework/29097üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Məhkəmə qeyd edir ki, iddiaçıların təqdim etdikləri texniki pasport 1995-ci ildə tərtib edilsə də, yaşayış evinin üzərində mülkiyyət hüquqları qeydə alınmadığından yuxarıda göstərilən normanın təsiri altına düşmür. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, əvəzində kompensaiya tələb edilən qaraja dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar