Məhkəmə qərarları › İş №2-1(118)-190/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-190/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-190/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və vəkili X3, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X9 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7rşı “Abşeron rayonu, Masazır kəndi, Xırdalan-Masazır şosse yolunun cənub ərazisində yerləşən 0,0789 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə görə dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quliyev X8 rayonu, Masazır kəndi, Xırdalan-Masazır şosse yolunun cənub ərazisində yerləşən 0,0789 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə görə dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın xx.xx.2020-ci il tarixli, **********33 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı ərizəyə əlavə edilməmiş, həmçinin təqdim olunmuş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992-ci il tarixli 584 №li sərəncamı qanunamüvafiq qaydada təsdiqlənməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısının xx xxxxxx 1992-ci il tarixli. 584 saylı sərəncamına əsasən İddiaçı (hazırki iddia üzrə iddiaçı) Xırdalan şəhəri, Masazır şosse yolunun cənubunda fərdi yaşayış evinin tikilməsi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasını təsdiq edən plandan çıxarışı Abşeron rayonu İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri və Masazır Bələdiyyəsinin sədri imzaları və möhürü ilə təsdiq etmişdirlər. Fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsinin ayrılması Arxiv arayışı ilə təsdiq olunur. İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı X12 müraciət etmişdir. Müraciətinə xx.xx.2020-ci ildə cavabdeh tərəfindən imtina edilmiş və imtinada göstərilmişdir ki, “Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki sahəsi arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 0.10 ha göstərilsə də faktiki torpaq sahəsi 0.0789 ha müəyyən edilmişdir. Müraciətə sözügedən torpaq sahəsinin notarial qaydada təsdiq edilmiş azalmasına dair razılıq ərizəsi təqdim ediləcəyi təqdirdə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.” Cavabdehin imtinasında qeyd edilənlərə əsaslanaraq iddiaçı 0.10 ha torpaq sahəsinin 0.0211 ha azalaraq 0.0789 ha torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmədiyi barədə notariat tərəfindən təsdiq edilmiş ərizəni digər sənədlərlə birlikdə yenidən cavabdehə göndərmişdir. Cavabdeh özünün xx.xx.2020-ci il tarixli Bildirişi ilə Daşınmaz Əmlak üzərində Hüquqların Dövlət Qeydiyyatına alınmasından imtina etmişdir. Səbəb kimi Bildirişdə “ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi göstərilmişdir. Həmçinin təsdiq olunmuş Abşeron rayon İH Başçısının xx.xx.1992-ci il tarixli, 584 saylı sərəncamının qanunamüvafiq qaydada təsdiqlənmədiyi bildirilmişdir”. O cavabdehin imtinası ilə razılaşmır. AR İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 217.2-ci maddəsinə görə Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. AR İPM-nin 33-cü maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə mübahisə edilən torpaq sahəsinin Abşeron rayon İH Başçısının xx.xx.1992-ci il tarixli, 584 saylı sərəncamı əsasında fərdi ev tikmək üçün ona verilmişdir.yuxarıda adı çkilən MM-nin 139-1.1.5-ci maddəsində cavabdehin tələb etdiyi sənədlər daşınmaz əmlakın dövlət reystri üçün tələb edilmir.ona görədə iddianı əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı və vəkili X5 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı ayrılmış 0.10 ha (faktiki 0.0789 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxx 2020-ci il tarixli müraciətə baxılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılmış və 4 saylı X9 mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilərək müəyyən olunmuşdur ki, müraciət üzrə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992-ci il tarixli 584 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin sərəncamının qanunamüvafiq qaydada təsdiqlənmədiyi, torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi, baxış keçirilmiş ərazidə yalnız 0.0789 ha torpaq sahəsinin mövcud olduğu müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd-əsaslar kimi qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizənizə əlavə edilməmişdir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin məcəllənin 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar, torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin(plan və ölçüsünün) tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Lakin, sənədlərə torpaq sahəsinin ilkin yerquruluşu planının, torpaq sahəsinin plan və ölçüsünün, baş planının əlavə edilmədiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X13 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə etiraza uyğun izahat vermiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçının xx xxxxxx 1992-ci il tarixli, 584 №li sərəncamından görünür ki, Xırdalan-Masazır şosse yolunun cənubundan İddiaçı fərdi yaşayış evi tikintisinə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, iddia mümkün iddia olamqla bərabər, həmdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işdə də, iş materiallarından göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti Başçının xx xxxxxx 1992-ci il tarixli, 584 №li sərəncamı ilə Xırdalan-Masazır şosse yolunun cənubundan İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır və iddiaçının faktiki istifadəsində 0,0789 ha torpaq sahəsinin olması işin mübahisə olunmayan hallarındandır. Eyni zamanda həmin torpaq sahəsi ilə bağlı Abşeron rayonu X1 planından çıxarış da müvafiq qaydada təsdiqlənmişdir. Buna görə də məhkəmə cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən dəlilləri əsasız hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Hazırkı mübahisədədə iddiaçının Abşeron rayon İcra Hakimiyyəti Başçının xx xxxxxx 1992-ci il tarixli, 584 №li sərəncamı ilə mülkiyyətinə ayrılmış torpaq sahəsindən maneəsiz istifadə etməsi ilə bağlı mübahisənin olması, müvafiq dövlət orqanlarının bu hüquqa etiraz etməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu halda iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsinin reallaşmasının təminatında mühüm rol oynayacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı Abşeron rayonu, Masazır kəndi, Xırdalan-Masazır şosse yolunun cənub ərazisində yerləşən 0,0789 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə görə dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X9 üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Masazır kəndi, Xırdalan-Masazır şosse yolunun cənub ərazisində yerləşən 0,0789 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə görə dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X9 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar