Məhkəmə qərarları › İş №2-1(118)-1900/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1900/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1900/2022 05.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (Sumqahıt şəhəri, Corat qəsəbəsi 455C saylı evdə yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2021-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7549/2022 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olan tarixdən, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. Aprel 1983 - iyul 1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1981- 1986-cı illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunun “Kimya zavodlarının avadanlığı" fakültəsinin əyani şöbəsində təhsil almışdır. Təyinatla “Azərkimya" İstehsalat Birliyinin “Üzvi Sintez" zavoduna göndərilmiş, həmin müəssisədə 1998-ci ilə qədər mexaniki təmir sexində texnoloji sexlərin və istehsalatların turbokompressorların təmiri sahəsində təmirçi çilingər peşəsində işləmişdir. İşlədiyi iş yeri Azərbaycan Resublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrində nəzərdə tutulmuşdur. xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə qədər "xxxx" ASC-də, “X5 Firmasında", “Standart Servis" MMC-də və “X9" MMC-də işləmişdir. Həmçinin 2006-cı ildən SOCAR-ın “X8" Trestində dəniz buruqlarında qazmaya xidmət sahəsində işləyir. İşlədiyi iş sahəsi zərərli istehsalata aid olub 2 nömrəli Siyahıya daxildir. Ümumi iş stajı 41 il, güzətli şərtlərlə pensiya hüququ verən 2 nömrəli Siyahı üzrə 17 il iş stajı vardır. Bununla bağlı o, 52 yaşdan ona güzəştli şərtlərlə pensiya təyin olunmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla bildirmişdir ki, Filiala təqdim olunan SOCAR-ın “Etilen-Polietilen zavodu”nun xx.xx.2017-ci il tarixli 112 nömrəli arayışında xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. İddiaçı ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 20 ildən, (19 il 7 ay 13 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1996-cı il, xx.xx.1999-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (9 il 2 ay 28 gün (xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İş materiallarında olan : -AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdür. -İddiaçıya НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, 1983-1985 illərdə hərbi xidmətdə olmuşdur. -№ 040852 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1981-1986-cı illərdə Sumqayıt Kimya Texnologiya Texnikumunun “texnik-mexanik” ixtisası üzrə tam kursu bitirmişdir. - SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1981 -ci il tarixli 76-ст nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinə tam orta (10illik) təhsil bazasından “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-77) daxil olmuşdur.Həqiqi hərbi xidmətə çağırıldığı üçün xx.xx.1983-cü il tarixli 37-ст nömrəli əmrlə akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.1985-ci il tarixli 113- ст nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun gündüz şöbəsinin “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-101) bərpa edilmişdir. xx.xx.1986-cı il tarixli 96-ст nömrəli əmrlə həmin ixtisas üzrə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. İddiaçı xx.xx.1986-cı il tarixdə ЗТ seriyalı 040852 nömrəli diplom almışdır. (qeyd.№ 1372) -SOCAR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən SOCAR-ın “X8" trestinin müxtəlif idarələrində işləmişdir : a) X10 Kəşfiyyat Qazma İdarəsi üzrə: -xx.xx.2006-xx.xx.2006-cı ilədək Qazma avadanlığının təmiri və kirayəsi sexində təmirçiçılingər; -xx.xx.2006-xx.xx.2007-ci ilədək 14 saylı dəniz stasionar özülündə qazmaya xidmət edən çilingər; - xx.xx.2007- xx.xx.2009-cu ilədək 15 saylı dəniz stasionar özülündə qazmaya xidmət edən çilingər; -xx.xx.2009-xx.xx.2012-ci ilədək 10 saylı dəniz stasionar özülündə qazmaya xidmət edən çilingər; b)X11 Qazma İdarəsi üzrə: -xx.xx.2012-xx.xx.2014-cü ilədək 10 saylı dəniz stasionar özülündə qazmaya xidmət edən çilingər; -xx.xx.1985-xx.xx.1986-cı ilədək elektrik avadanlıqları üzrə çilingər. v) "X8" tresti üzrə: -xx.xx.2014-xx.xx.2021-ci ilədək Günəşli istehsalat bölümü, 10 dəniz stasionar özülündə qazmaya xidmət çilingər. xx.xx.2021-ci il tarixdən hal-hazıradək "X8" tresti “Neft Daşları-Günəşli" İstehsalat bölümü 9 saylı briqadada qazmaya xidmət edən çilingər peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 il tarixli 12 saylı Qərarı ilə yaşa görə güzəştli şərtlərlə təqaüdə getmək hüquqi verən əmək stajı 15 il təşkil edir. -İddiaçının adına açılmış ИТ -№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1986-xx.xx.1998-ci illərdə “Sumqayıt Orqanik Sintez” İB-də, xx.xx.1999-xx.xx.2003cü illərdə "xxxx" ASC-də 5-ci dərəcəli çilingər, xx.xx.2003-xx.xx.2003-cü illlərdə "xxxx" İstehsalat Kommersiya firmasında 5-ci dərəcəli çilingər, xx.xx.2003-xx.xx.2004-cü illərdə "xxxx" MMC-də 5-ci dərəcəli kompressor təmiri üzrə çilingər, xx.xx.2004-xx.xx.2005-ci illərdə “X9”-də komressor operatoru, xx.xx.2005-xx.xx.2005-ci illərdə “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və təmir filialında 5-ci dərəcəli kompressorların, nasosların və ventilyatorların quraşdırıcısı, xx.xx.2005-xx.xx.2006-cı illərdə 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir filialında 5-ci dərəcəli kompressorların, nasosların və ventilyatorların quraşdırıcısı, xx.xx.2006-xx.xx.2006-cı illərdə "xxxx" ASC-də kompressorların, nasosların və ventilyatorların quraşdırıcısı, xx.xx.2006-xx.xx.2012-ci illərdə X10 Kəşfiyyat Qazma İdarəsində 4-cü dərəcəli təmirçi çilingər,xx.xx.2012-xx.xx.2014-cü illərdə X11 Qazma İşləri idarəsində 5-ci dərəcəli qazmaya xidmət edən çilingər, xx.xx.2014-cü il tarixdən hazırki tarixədək "X8" tresti “Neft Daşları-Günəşli" İstehsalat bölümü 9 saylı briqadada qazmaya xidmət edən çilingər peşəsində işləyir. - X1 Şöbəsi tərəfindən verilmiş 321 sylı xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1987-ci illərdə “Azərkimya” İB-nin Üzvi Sintez zavodunda 1, 2, 3, 4, 5 saylı istehsalatların və propilen oksidi, epoksid qətranları, polietilen xlorsulfidləşdirməsi sexlərinin avadanlıqlarının təmiri sahəsində çilingər işləmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİ bölməsinin 1 bəndinin 1080A010 şifrəsi altında göstərilmiş “oksidlər, xlor onun birləşmələri və sinteti qətranlar” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" İstehsal-Kommersiya firmasının və "xxxx" MMC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" İstehsal-Kommersiya Firması və "xxxx" MMC barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının 52 yaşı xx.xx.2006-cı il tarixdən sonra tamam olduğundan hazırki mübahisəyə əvvəlki qanunvericiliyin müddəaları tətbiq oluna bilməz. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olması tələb olunur ki, iddiaçı həmin kapitala malik deyildir. Bununla bağlı ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İdida tələbindən görünür ki, İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 52 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.1997-ci il tarixə qədər azı 20 il ümumi, o cümlədən azı 10 il xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. İş materiallarndan müəyyən edilir ki, iddiaçının xx.xx.1997-ci il tarixədək 20 ildən az (təxminən 15 il (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1996-cı il)), güzəştli iş stajı isə 10 ildən az (9 il 2 ay 28 gün (xx.xx.1986-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu isə 52 yaşdan pensiya hüququnun yaranmasına kifayət etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar