Məhkəmə qərarları › İş №2-1(118)-1904/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1904/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1904/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanıma göndərməsi faktı məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə və torpağa dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanıma göndərməsi faktı məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə və torpağa dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-292/2021 saylı, 10.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-319/2021 saylı, 02.07.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-292/2021 saylı, 10.03.2021-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanına göndərməsi faktının məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddianın yalnız tikiliyə dair hüquqların qeydə alınması barədə tələb üzrə araşdırma apararaq yekun nəticəyə gəlmiş, torpaq sahəsinə dair hüquqların qeydə alınması barədə iddia tələbinə münasibətdə cavabdehin mövqeyini öyrənməmiş, həmin tələb üzrə araşdırma aparmamış, mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməmişdir. İş məhkəməyə daxil olduqdan sonra məhkəmənin 10 noyabr 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanladığı “faktiki kommersiya obyekti tikilinin altındakı torpaq sahəsinə çıxarışın verilməsi”nə dair 01 sentyabr 2020-ci il tarixli ərizəsinin həmin orqana daxil olub-olmaması barədə məlumatın verilməsi, həmçinin iddia tələbinin torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hissəsinə münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın 26 noyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı tərəfindən torpaq sahəsinə münasibətdə ilkin olaraq 31.08.2020-ci il tarixində ********** daxil olma nömrəli ərizə ilə müraciət olunmuş, 01.09.2020-ci il tarixli ********** daxil olma nömrəli ərizə ilə topaq sahəsinin plan və ölçüsünü göstərən sənədin sürətini əlavə olaraq təqdim etmiş, ərizələrinə məcmu halda baxılmasını xahiş etmişdir. İddiaçı tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin 20.07.2004-cü il tarixli, 278 sayı torpaq sahəsinin ayrılması barədə sərəncamı və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş mövqe planının sürətləri müraciət zamanı ərizəyə əlavə olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısın”da İcra Hakimiyyəti başçılarının 01.01.2001-ci il tarixdən sonra verdiyi qərarlar nəzərdə tutulmamışdır. Göründüyü kimi torpaq sahəsinin ayrılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçıya 11.09.2020-ci il tarixli **********24 nömrəli imtina məktubu təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirərək “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanıma göndərməsi faktı məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə və torpağa dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278 №-li 20.07.2004-cü il tarixli sərəncamı sənədini, İnşaat Pasportu ("xxxx" ASC-nin, “Azəriqaz” İB-nin, istilik təsərrüfatı idarəsinin, elektrik enerjisi satışı təşkilatı olan Barmek Azərbaycan Elektrik Şəbəkəsinin, Sumqayıt Telekommunikasiya Qovşağının, Ekologiya və təbii sərvətlər Nazirliyi Sumqayıt şöbəsinin, DİN-nin Yanğın Təhlükəsizliyi idarəsinin və digər müvafiq təşkilatların razılıqları) sənədlər toplusunu, o cümlədən İddiaçı 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədi ilə ayrılmış 32 kv.m. torpaq sahəsinin mövqe planı Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və Şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədini, obyektin planını, obyektin ümümi görünüşü şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. Bundan başqa obyektin fəaliyyət göstərdiyini göstərən obyektə qazın verilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azəriqaz” X2 Şərt icazəsini təqdim etmiş, mövcud obyektin faktiki fəaliyyət göstərdiyini bildirən "xxxx" ASC-nin su sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 01.02.201 1-ci il tarixli 152303 saylı Müqaviləsini təqdim etmiş, obyektində mövcud olan 64-4-74-86 nömrəli stasionar telefonun işlədiyinin sübutları kimi müqaviləni və ödəniş qəbzini təqdim etmiş, kommersiya obyektinin on illərlə işlədiyinin və Dövlət Vergi qurumuna vergi ödənişlərinin verildiyinin sübutları sənədlərini təqdim etmiş, "xxxx"ASC-nin Bildirişini 10.08.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində 114-cü növbəlilik qəbzi əsasında obyektinə aid bütün sənədləri məsul şəxsinə təqdim etmişdir. Həmin məsul şəxs sənədlərə baxıb, dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Belə olan halda iddiaçı əlyazma ərizəsinin qəbul edilməsini və imtinanın rəsmi təqdim edilməsini istəmişdir. Rəhbərlik tərəfindən iddiaçı qəbul etmələrini istəmiş, rəsmi müraciət vermək üçün məsul şəxsdən ərizə blankını istəmiş, lakin, o, müxtəlif bəhanələrlə ləngidilmiş, ərizə blankı verilməmiş, hətta əlyazma rəsmi ərizəsinin qəbulundan imtina olunmuşdur. İlk dəfə ondan dörd çatmayan sənəd istəsələr də, bu dəfə sektor müdiri iddiaçının yanında baş mühəndis Ağasəf müəllimlə məsləhətləşərək, Dövlər Reyestrində obyektinin qeydə alınması üçün Tikintiyə icazə və İstismara icazə sənədlərini istəmişdir. 10.08.2020-ci il tarixdə rəsmi əlyazma ərizəsi qəbul olunmadığından, növbəti gün səhər tezdən iş başlanan kimi yenə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə gəlmişdir. Bu dəfə kompüterdə hazırlanmış kağız daşıyıcıda ərizə gətirmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin ümümi şöbəsində bildirmişdir ki, ərizəsi qəbul olunmazsa, Azərbaycan Respublikasının bütün aidiyyəti səlahiyyətli orqanlara şikayətlər edəcəkdir. İddiaçının 11.08.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində böyiik çətinliklərlə qəbul olunmuş rəsmi ərizəsində yazılıb: Yazıb bildir ki, 10.08.2020-ci il tarixdə səhər saat 10:40-da 114-ci növbə əsasında idarənizdəki müvafiq vəzifəli şəxsinə fəaliyyətdə olan kommersiya obyekti tikilinin Dövlət Reyestrində qeydə alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278 №li 20.07.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid inşaat Pasportu sənədlər toplusunu təqdim etmişdir. Həmin vəzifəli şəxs İdarənizdəki sektor müdiri ilə məni görüşdürdü, serkor müdiri mənim yanımda baş mühəndis Ağasəf müəllimlə məsləhətləşərək, Dövlər Reyestrində obyektimin qeydə alınması üçün sənədlərdə aşağıdakı çatmayanları gətirməyimi istədi (serkor müdirinin öz xətti ilə yazdığı siyahıya bax qoşmada):

1. Tikintiyə icazə;

2. istismara icazə. Nəzərinizə çatdırıram ki, Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 278M-H 20.07.2004-cii il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid İnşaat Pasportu sənədlər toplusu veriləndən kommersiya obyektim tikilərək, faktiki fəaliyyətdədir, Azər işıq ASC-dəki **********6 istehlakçı koduna əsasən elektrik enerjisi sərfıyyatına görə pul ödənilir və bundan vergi tutularaq dövlətə xeyir verilir, obyektimdə mövcud olan su sərfiyyatına görə pul ödənilir, obyektimdə olan 64-4-74-86 nömrəli stasionar telefon nömrəsinə görə hər ay pul ödənilir, vergi qurumuna dövlət vergisi verilir. Hökumət Portalında göstərdiyi məlumatları yoxlamaq mümkündür. Dövlət Reyestrində mövcud olan tikilinin qeydə alınması haqqında sənədi verməməklə, süründürməçilik etməklə ona 60 min manat ziyan vurulur. Obyektin planı, obyektin ümümi görünüşü şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memearlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədi, İnşaat Pasportu sənədlər toplusunu idarənizdə vəzifəli şəxslərə təqdim etmişdim, kserosurəti isə hazırkı ərizəmin qoşmasında əlavə olunmuşdur. Yuxarıda qeyd olunanlara, müvafiq qanunvericiliyə əsasən xahiş edirəm: Araşdırma aparasınız, faktiki tikilinin Reestrdə qeydə alınması üçün tədbir görəsiniz, əks halda çatışmayan sənədləri göstərməklə mənim ərizəmə əsaslandırılmış yazılı cavab verəsiniz. Qoşma:

1. Vəzifəli şəxsin xətli ilə tələb olunan sənədlər siyahısının surəti.

2. İdarənizdəki növbəlilik qəbzi.

3. Şəxsiyyət vəsiqəmin surəti.

4. İnşaat Pasportunun surəti.

5. Su təchizatı haqqında Müqavilənin surəti.

6. Azəriqaz istehsalat Birliyinin obyektimə verilmiş Terxniki şərtinin surəti. lmza:\imza var\İddiaçı 10.08.2020-ci il İddiaçı tikiliyə tikinti icazəsinin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və şəhərsalma idarəsinə əvvəlcə şifahi müraciət etmiş, nəticəsi olmadığından səhər tezdən 14.08.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Tikiliyə tikinti icazəsinin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və şəhərsalma idarəsində ərizənin qəbul olunması haqqında ştampı ilə sübutu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 14.08.2020-ci il tarixdə təqdim edib, sorğu verilməsini istəmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinə Sorğunun verilməsi xahişi barədə ərizəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə əlbəəl olaraq 14.08.2020-ci il tarixdə rəsmi vermiş və həmin ərizənin qoşmasında Baş Memarlıq və şəhərsalma idarəsində bu haqda rəsmi müraciətin qəbul olunması haqqında sübutun surəti əlavə olunmuşdur. Həmin gün, yəni 14.08.2020-ci il tarixdə 2 saylı Sumqayıt Ərazi İdarəsində əlbəəl olaraq rəsmi müraciəti qəbul olunarkən, ümümi şöbəsinin məsul işçisi demişdir ki, hələ 11.08.2020-ci il tarixdə qəbul olunmuş ərizəyə cavab hazır deyildir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin möhrü ilə və poçtun ştampları ilə 24.08.2020-ci il tarixdə poçt vasitəsi ilə məktub-zərfi almışdır. Həmin zərfin içərisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14.08.2020-ci il tarixli **********33 №-li iddiaçıya ünvanlanan məktubu var idi. Həmin zərfin üzərindəki poçt ştampından göründüyü kimi, həmin məktub 21.08.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Qanunu pozaraq, saxtakarlığa yol vermişdir. Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Prezidentinin 14.11.2019-cü il tarixli 853 №-li Fərmanı ilə və sairə Fərmanlarla edilmiş əlavə və dəyişikliklərlə) Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 19 və 98-ci bəndlərinə əsasən sənəd imzalanan gün göndərilməlidir. Göründüyü kimi, Qanunla təsdiq edilmiş Təlimatın 19; 98-ci bəndlərini kobud şəkildə pozaraq, faktiki olaraq 21.08.2020-ci il tarixdə iddiaçının ərizəsinə cavab verdiyini gizlətmək məqsədi ilə, vəzifəli şəxslər saxtakarlıq edərək 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli sənədi qoymuşdur, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 21.08.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33№-li məktubunu qoymuşdur. Göründüyü kimi 2 saylı Sumqayıt Ərazi İdarəsinin möhürü və 21.08.2020-ci il tarixli poçt ştampı zərfin üzərində mövcuddur. 14.08.2020-ci il tarixdə Baş Memarlıq və şəhərsalma idarəsinə sorğunun verilməsi xahişi barədə ərizəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi əlbəəl olaraq rəsmi qaydada qəbul etmişdir, ümumi şöbə Reyestrdən Çıxarışın verilməsi üçün 11.08.2020-ci il tarixli rəsmi ərizənin cavabının hələ hazır olmadığını iddiaçıya şifahi olaraq bildirmişdir. Belə olan halda, iddiaçının 14.08.2020-ci il tarixdə Baş Memarlıq və şəhərsalma idarəsinə Sorğunun verilməsi xahişi barədə (vəsatətə) ərizəyə baxılmalı idi, Sorğu verilməli, daha sonra Çıxarışın verilməsi üçün 11.08.2020-ci il tarixli rəsmi ərizəsinə məcmu halda baxılmalı idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 21.08.2020- ci il tarixdə poçt şöbəsinə təhvil verdiyi cavabda 14.08.2020-ci il tarixdə aldıqları vəsatət barədə yazılmalı olduğu halda, heçnə yazılmamışdır. Bu bir daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçının yuxarıda qeyd etdiyi korrupsion əməllərini təsdiq edir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21.08.2020-ci il tarixdə poçt şöbəsinə iddiaçının ünvanına çatdırılması üçün təhvil verdiyi 14.08.2020-ci il tarixli məktubu qanunsuzdur, hüquqlarının kobud pozulması ilə yazılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyildir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278№-li 20.07.2004-cii il tarixli sərəncamı; İnşaat Pasportu sənədlər toplusu; Obyektin planı, obyektin ümiimi görünüşü şəkli Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənəd təqdim edilməsinə baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Rccstri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi süründürməçilik edir. Müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Lakin “Azəriqaz” istehsalat birliyi tərəfindən qazın iddiaçının obyektinə verilməsi üçün Texniki Şərt sənədinin surəti, "xxxx" ASC-nin obyektimə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 01.02.2011-ci il tarixli Müqavilənin surəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizəsi ilə birlikdə verdiyi digər sənədlərdən göründüyü kimi obyektinin altından heç bir magistral boru kəmərləri keçmir. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafıq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14.08.2020-ci il tarixli cavab məktubu ilə dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Araşdırma aparılması, faktiki tikilinin altındakı torpaq sahəsinə Reyestrdən Çıxarışın verilməsi barədə 31.08.2020-ci il tarixdə iddiaçının ərizəsi əlbəəl rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində qəbul edilmişdir. Daha sonra 01.09.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində aşağıdakı kimi rəsmi qaydada ərizə qəbul edilmişdir: “Yazıb bildirirəm ki, 31.08.2020-ci il tarixli ərizəmlə mən sizdən mövcud olan faktiki kommersiya obyekti tikilimin altındakı torpaq sahəsinə Reyestrdən Çıxarışı verilməyinizi xahiş etmişdir. Dövlət Reyestrində qeydə alınması üçün Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 278№-li 20.07.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid İnşaat Pasportu sənədlər toplusunu təqdim etmişdir. Obyektin planı, obyektin ümumi görünüşü şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədi, İnşaat Pasportu sənədlər toplusunu İdarənizdə vəzifəli şəxslərə təqdim etmişdim, kserosurəti isə 11,08.2020-ci il tarixli ərizəmin qoşmasında əlavə olunmuşdur. Bir daha torpaq sahəsinin plan və ölçüsünü göstərən sənədin surətini əlavə olaraq bununla Sizə təqdim edib, ərizələrimə məcmu halda baxılmasını xahiş edirəm. Qoşma: Sumqayıt şəhər icra Hakimiyyəti Baş memearlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədin surəti. İmza:/imza var/İddiaçı 01.09.2020-ci il” Faktiki fəaliyyətdə olan kommersiya obyekti tikiliyə kod nömrəsinin təqdim edilməsi barədə 07.09.2020-ci il tarixli ərizəni iddiaçı müvafiq sənədlərin surətləri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə SP004749063AX ştrix kodlu və SP004750680AZ ştrix kodlu sifarişli məktublarla göndərmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət huququ vardır. Mülkiyyət hüququ, o cümlədən xususi mülkiyyət huququ qanunla qorunur. Mülkiyyət huququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və huquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Hec kəs cəmiyyətin maraqlan və qanunda, beynəlxalq huququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-4-cü maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mulki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yukluluyunun), başqasına keçməsinin və bu huquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə huquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mulki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 -ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanf’nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə huququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə huququ mahiyyət etibarı ilə mülkiyyət huququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək huququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət huququ «şərti və qeyri- sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına gorə Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinin pozulması faktını qeyd etmişdir. Gorunduyu kimi, İnsan Hüquqları uzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət huququnun tanınması kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Osasnamə»nin 9.11 -ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cu bəndinə gorə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin huquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə gorə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin invcntarlaşdırılmasmı həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı yazılı izahatında bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş idarəsinin 06.01.2021-ci il tarixli məktubundan və iddia ərizəsinə əlavənin qoşmasında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, kommersiya obyekti internet rabitəsi, internetklub kimi fəaliyyət göstərib, dövriyyəsi 2011 -ci ildə 3690,1 manat olmuşdur, 2012-ci ildə dövriyyəsi 3649,32 manat olmuşdur, 2013-cii ildə dövriyyəsi 2433,44 manat olmuşdur, 2014-cü ildə dövriyyəsi 717,86 manat olmuşdur, 2015-ci ildə dövriyyəsi 257,65 manat olmuşdur, 2016-cı ildə dövıivvəsi 130,2 manat olmuşdur, 2017-ci ildə dövriyyəsi 572,85 manat olmuşdur, 2018-ci ildə dövriyyəsi 0 olmuşdur və 2019-cu ildə 0 olmuşdur. Sübutlardan göründüyü kimi, iddiaçının kommersiya obyekti mövcuddur və faktiki olaraq fəaliyyət göstərib, dövlət büdcəsinə vergilər ödəmişdir. Bu sübutları əldə etmək üçün o, məlumat almaq sorğusu ərizəsi ilə 2 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət etmişdir. FHN-nin X6 Xidmətinin əsasnaməsinə əsasən hər ilin yanvarın 1-nə olan tarixə ərazilər üzrə mövcud, fəaliyyətdə olan obyektlərə baxılması inventarizasiyası aktları təsdiq edilir. Faktiki fəaliyyətdə olan kommersiya obyektinə müvafiq kod nömrəsinin təqdim edilməsi üçün Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsinə 07.09.2020; 08.09.2020-ci il tarixli və sairə ərizələri ilə (SP**********AZ və SP004750680AZ ştrix kodlu) müraciətlər etsə də, nəticəsiz qalmışdır. Azərpoçt MMC-nin 299699319JNV1 mədaxil qəbzindən göründüyü kimi sifarişli-xəbərnaməli məktub üçün 1,27 manat pul ödəmişdir. Azərpoçt MMC-nin 299791449№-li mədaxil qəbzindən göründüyü kimi sifarişli məktub üçün 0,57 manat pul ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və social deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi tarixi torpağın mənim üçün kommersiya məqsədi ilə ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamından sonra olmuşdur. O vaxtı bələdiyyələr torpaq ayırmırdılar. Lakin, buna baxmayaraq Dövlət Reestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ondan bələdiyyənin sənədlərini istəyirdi, futbol topu kimi onu bələdiyyəyə göndərirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Göründüyü kimi, cavabdeh təşkilat vaxtı yubatmaq üçün ehtiyatsızlıqdan yox, qəsdən əməllər etmişdir və buna görə də mənəvi ziyanın əvəzi ona daha çox məbləğdə məhkəmə tərəfindən kompensasiya təyin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 10-cu bəndində göstərildiyi kimi ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “Avropa İnsan Hüquqları və X4 Haqqında Konvcnsiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insan anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini ifadə edir. X7 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarla) ifadə oluna bilər. “Avropa İnsan Hüquqları və X4 Haqqında” Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən “maneəsiz” istifadə etmək hüququna malikdir. 14.01.2021 -ci il tarixli sifarişli-xəbərnaməli məktubla "xxxx" Sığorta Şirkəti ASC-nin Bütün növ sığorta haqları üçün 22.09.201 1-ci il tarixli mədaxil qəbzini, "xxxx" Sığorta Şirkəti ASC-nin Bütün növ sığorta haqları üçün 12.09.2011-ci il tarixli mədaxil qəbzini, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən kommersiya obyektinə Azərbaycan Respublikasının Yanğından Mühafizə Cəmiyyətinin (60 manat məbləğində yanğınsöndürən alışım haqqında) 13.04.2011 -ei il tarixli 97№-li Məktub- Qaiməni sübut kimi məhkəməyə göndərmişdir. Məhkəməyə göndərdiyi müraciətinin, SS669109635AZ ştrix kodİu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin 312497999№- li mədaxil qəbzindən göründüyü kimi 1,27 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 11.08.2020-ci il tarixdə ərizə ilə müraciət etmiş və onun müraciəti ********** nömrə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı təqdim etdiyi sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədi təqdim olunmamışdır. Bununla əlaqədar İddiaçı bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Sözügedən qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas (əsaslar) təqdim edildikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı İddiaçı göndərilmiş 14 avqust 2021 -ci il tarixli **********33 saylı məktubla bildirilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 278 saylı, 20 iyul 2004-cü il tarixli sərəncamı ilə ünvan 4 ünvanında yaşayan İİ qrup əlil İddiaçı 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırma məqsədilə 32 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası və torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 278 saylı, 20 iyul 2004-cü il tarixli sərəncamı ilə ünvan 5 ünvanında yaşayan İİ qrup əlil İddiaçı 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırma məqsədilə 32 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində qeyri-yaşayış binası inşa edilmişdir. İş materiallarına həmin qeyri-yaşayış binasının İnşaat pasportu da əlavə edilmişdir. İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni olmuşdur. Məhkəmə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanına göndərməsi faktının məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdehin iddiaya qarşı 08 oktyabr 2020-ci il tarixli etirazında göstərilmişdir ki, İddiaçı ünvanlanan 14 avqust 2020-ci il tarixli, **********3 saylı bildirişə 14 avqust 2020-ci il tarixdə saat 17:46-da nömrə verilmişdir. 15 avqust 2020-ci il və 16 avqust 2020-ci il tarixlərinin iş günü olmadığını, nömrələnmiş məktubların ümumi şöbədə surətlərinin çıxardılaraq arxivləşdirilməsini, xaric olan sənədlərin kitabında qeydiyyatının aparılmasını, pandemiya ilə əlaqədar olaraq ölkədə karantin dövrü olduğunu və işçilərin sayının az olmasını nəzərə alaraq məktub 19 avqust 2020-ci il tarixdə poçta təqdim olunmuşdur. Qeyd olunanlara əsasn məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bilidirişin zərfləşdirilərək poçta verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, məhkəmə iddiaçının torpaq sahəsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı ilə mübahisə predmeti olan torpaq sahəsi ayrılsa da iddiaçının mülkiyyətinə və ya istifadəsinə ayrıldığı müəyyən edilməmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin dairəsi, habelə səlahiyyətləri həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamədə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsini mülkiyyətə ayırması ilə bağlı səlahiyyətinin olması təsbit edilməmişdir. Həmin Əsasnamənin 17.2-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, təhsil, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər. Həmin Əsasnamənin 28.1-ci maddəsinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək İcra Hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. Beləliklə göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrıldığı dövrdə yerli icra hakimiyyəti başçılarının torpaq sahəsini mülkiyyətə ayırmaq kimi bir səlahiyyətləri mövcud deyildir. Belə olan halda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Məhkəmə iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış binası üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair tələbinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə də əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0, 8.0.9 və 8.0.9.2.-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan hüquq normasının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə dair yuxarıda qeyd olunan nomra ilə tələb olunan sənədlər, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı təqdim edilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №li məktubunu qoyaraq ünvanıma göndərməsi faktı məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınması, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə və torpağa dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar