Məhkəmə qərarları › İş №2-1(118)-1904/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1904/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1904/2022 14.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafeyva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi Quliyev Faiq Məhərrəm oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və həyat yoldaşı Quliyev X7 rayon Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X3 övladlığa verilməsi, soyadı Quliyev, ata adı Faiq, ana adı Ellada kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şabran rayon Məhkəməsinin 2(031)-498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ərizələri təmin edilmişdir. X4 onlara övladlığa verilmişdir. (AZ-1 № 01 1866, xx.xx.2018-ci il tarixli Şabran rayon Qeydiyyat Şöbəsinin övladlığa götürmə haqqında şəhadətnaməsi) Övladığa götürdükləri Quliyev Məhəmməd Faiq oğlunun sağlamlıq imkanları məhdud uşaq olduğu onlara 2021-ci ilin aprel ayında məlum olmuşdur. xx.xx.2021-ci il tarixdə AR ƏƏSMN yanında TSEK-dan müayinəsi zamanı “Dipletik spastik serebral iflic (Litti xəstəliyi) Spastik paraplegiya. Hərəki funksiyanın məhdudluğu” diaqnozu təyin edilmişdir. xx.xx.2024-cü il tarixə kimi ümumi xəstəlik əlillik səbəbi ilə sağlamlıq imkanları məhdud əmək zəmanəti qeyd olunmuşdur. Uşağın sənədləri hazır olarkən onlara AR ƏƏSMN-nin DSMF-nin 3 saylı Regional Ərazi İdarəsindən zəng edib bildirmişdirlər ki, müavinət kartı hazırdır, 200 manat (150 manat müavinət, 50 manat qulluğa görə anaya verilən müavinət) məbləğində müavinət alacaq. O, onlara uşağı övladlığa götürdüklərini bildirmişdir. Onlara 480 manat müavinət verilməli olduğunu bildirdikdə, cavabdeh tərəfindən müavinət verilməsindən imtina edilmişdir. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli İ81-V1QD nömrəli Qanununun tətbiqi və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 2020-ci il 6 oktyabr tarixli 181-VİQD nömrəli fərmanına əsasən övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə - 480 manat verilməsi qərara alınmışdır. Bu fərman xx.xx.2021-ci ildən qüvvəyə minmişdir. (24 noyabr 2020-ci il, № 1192) Övladlığa götürdükləri Quliyev Məhəmməd Faiq oğlunun sağlamlıq imkanları məhdud uşaq olduğu fərman qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2021-ci ildən sonra, xx.xx.2021-ci il tarixdə məlum olmuşdur. Qanunla onlara verilməli olan 480 manat müavinətlə əlaqədar aidiyyəti qurumlara - AR ƏƏSMN tabeliyində DSMF–yə rəsmi ərizə ilə müraciət elmişdir. Lakin xx.xx.2021-ci il tarixli, **********9 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün təyin edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Quliyev Faiq Məhərrəm oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia tələbi üzrə iş materiallarından aydın olur ki, İddiaçı və həyat yoldaşı F.M.Quliyev Şabran rayon Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X3 onların övladlığına verilməsi və soyadı: Quliyev, ata adı: Faiq, ana adı: Ellada kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şabran rayon Məhkəməsinin 2(031)-498/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X4 onlara övladığa verilmiş və Şabran rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli AZ-İ № 011866 nömrəli İddiaçı iddia ərizəsində övladlığa götürülən Quliyev Məhəmməd Faiq oğlunun sağlamlıq imkanları məhdudluğunun onlara 2021-ci ilin aprel ayında məlum olmasını və xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən ona ümumi xəstəlik səbəbi ilə xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edildiyini bildirmişdir. Buna əsasən Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı tərəfindən 150 manat məbləğində sosial müavinət və iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasən 50 manat məbləğində Prezident təqaüdünün təyin edildiyi, eyni zamanda iddiaçının onlara Azərbaycan Respublikasının 06 oktyabr 2020-ci il tarixli 181- VİQD nömrəli Qanununda nəzərdə tutulmuş övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə 480 manat müavinətin verilməsi barədə müraciətindən imtina edildiyi bildirilmişdir. Bundan sonra, İddiaçı “övladlığa götürülən 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina tam əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. İddiaçı hesab edir ki, övladlığa götürdükləri Quliyev Məhəmməd Faiq oğlunun sağlamlıq imkanlarının məhdud olması faktı “Sosial müavinətlər haqqında” Qanuna dəyişikliklər edilməsini nəzərdə tutan 20 oktyabr 2020-ci il tarixli 181-VİQD nömrəli Qanunun qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən sonra məlum olduğundan onlara müvafiq Qanunda nəzərdə tutulan övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə müavinət təyin edilməlidir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli **********7 nömrəli və xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktublarında qeyd olunmuşdur ki, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə müavinət qeyd olunan Qanunun qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən sonra övladlığa götürülən uşaqlara təyin edilir. Quliyev Məhəmməd Faiq oğlu xx.xx.2018-ci il tarixdə (xx.xx.2021-ci ildən əvvəl) övladlığa götürüldüyündən iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fonduna qarşı İddiaçı tərəfindən verilən iddianın araşdırılması məqsədi ilə tətbiq olunan qanunvericilik aktlarından göründüyü kimi iddia tələbinin heç bir hüquqi əsası yoxdur və bu barədə qanunvericilikdə birbaşa göstərişlər mövcuddur. Belə ki, Quliyev X8 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə övladlığa götürülmüşdür. “Sosial müvinətlər haqqında” Qanuna dəyişikliklər edilməsini nəzərdə tutan 20 oktyabr 2020-ci il tarixli 181-VİQD nömrəli Qanunun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. Bundan başqa sözügedən qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq müavinətin xx.xx.2021-ci il tarixdən sonra məhkəmə qətnaməsi ilə övladlığa götürülən uşaqlara aid olduğu birbaşa qeyd olunmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraza uğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, Quliyev Məhəmməd Faiq oğlunun 09 aprel 2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən (sağlamlıq hüquqları məhdud uşaq) sağlamlıq imkanlarının məhdudluğu müəyyənləşdirilmişdir. - Şabran rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, 22 noyabr 2017-ci ildə doğulmuş X3 övladlığa götürən Quliyev Faiq Məhərrəm oğlu və İddiaçı övladlığına verilməsi qət edilmişdir. - 30 avqust 2018-ci il tarixli “Övladlığa götürmə haqqında şəhadətnamə”dən görünür ki, 22 noyabr 2017-ci il tarixdə doğulmuş X1 Faiq Məhərrəm oğlu və İddiaçı tərəfindən övladlığa götülmüş və ona “Quliyev” soyadı, “Məhəmməd” adı və “Faiq” ata adı verilmişdir. - Cavabdehin İddiaçı ünvanladığı 03 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya övladlığa götürdüyü sağlamlıq imkanları məhdud uşağa görə müavinətin verilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxil olmaqla iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quliyev X8 rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi əsasında Quliyev Faiq Məhərrəm oğlu və İddiaçı tərəfindən övladlığa götürülmüş və ona 30 avqust 2018-ci il tarixli “Övladlığa götürmə haqqında şəhadətnamə” verilmişdir. Övladlığa götürülən Quliyev Məhəmməd Faiq oğlunun 09 aprel 2021-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İddiaçı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 181-V1QD nömrəli Qanununun tətbiqi və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 2020-ci il 6 oktyabr tarixli 181-VİQD nömrəli fərmanına uyğun olaraq övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə - 480 manat verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin 03 sentyabr 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi sözügedən müavinətin 2021-ci ilin yanvar tarixindən əvvəl övladlığa götürülən uşaqlara görə təyin edilməsinin qanunvericiliyə uyğun olmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni olmuşdur. Belə ki, Sosial müavinətlər haqqında Qanunun 1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1.14-cü maddəsinə əsasən həmin Qanunla övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin edilir. Həmin Qanununun 7.0 və 7.0.10-4-cü maddəsinə görə, övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla təyin edilir. Qeyd olunan normanın mənasından göründüyü kimi 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə görə müavinət yalnız 2021-ci ilin yanvar ayının 1dən sonra uşağı övladlığa götürən şəxslərə şamil edilir və bu hal qanunda imperativ olaraq müəyyən edilmişdir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən Quliyev Məhəmməd Faiq oğlu 2018-ci ildə övladlığa götürülmüşdür ki, bu halda iddiaçı qeyd olunan qanunun təsir dairəsinə düşmür. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əks olunmuş mövqelərinə görə sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Sosial hüquqların realizəsi zamanı hüquqi mülahizələrdən daha çox sosial xidmətlərin göstərilməsi prinsiplərinə, dövlətin iqtisadi vəziyyətinə, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmamasına dair qanunvericinin yanaşması vacib əhəmiyyətə malikdir. Buna müvafiq olaraq, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 14 noyabr 2014-cü il tarixli Qərarları). Qeyd olunanlara əsasn məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar