Məhkəmə qərarları › İş №2-1(118)-1907/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1907/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1907/2022 30.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin vahid daşınmaz əmlak obyekti kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 53 ünvanında yerləşən yaşayış sahəsinin vahid daşınmaz əmlak obyekti kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 21 dekabr 2021-ci il tarixli, **********93 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 53 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması, reystrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daxil olmuş müraciətinə Sumqayıt Ərazi idarəsində baxılaraq həmin mənzilin xidməti yaşayış evi kimi verildiyini əsas götürərək ərizənin icrasından imtina edilmişdir. Bundan sonra, o həmin mənzilin xidməti rejimdən çıxarılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətini nəzərə alaraq Sumqayıt ŞİHB-nın 22 aprel 2022-ci il tarixli 207 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 53 ünvanında yerləşən mənzil xidməti rejimdən çıxarılmış və xx.xx.2022-ci il tarixdə onunla Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin şəxsində Dövlət mənzil fondu yaşayış sahəsinin müddətsiz istifadəsinə verilməsi ilə bağlı kirayə müqaviləsi bağlanmışdır. Təkrar müraciətinə Sumqayıt Ərazi idarəsində baxılaraq yenə də, mənzil üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilərək, 26 aprel 2022-ci il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsinin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmadığı bildirilmişdir. Həmin mənzil Sumqayıt şəhəri mənzil bölüşdürülməsi, dəyişdirilməsi, qeydiyyata alınması və mənzil tikinti kooperativlərində mənzil komissiyasının xx.xx.1993-cü il tarixli, 88 nömrəli protokolu əsasında xidməti yaşayış sahəsi kimi ona verilmişdir. Həmin vaxtdan hazırkı vaxta kimi iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaqla faktiki olaraq həmin mənzilə sahiblik hüququnu qazanmışdır. 26.04. 2022-ci il tarixdə Sumqayıt ŞİH MKİTB-yi ilə dövlət mənzil fondu yaşayış sahəsinə kirayə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il 463 nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edirxs müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Mülki Məcəllənin 152.1. maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2. maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3. maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.4. maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 20 ildən artıq müddətdir ki, həmin əmlaka sahiblik etməklə fasiləsiz olaraq ondan istifadə etmiş və zəruri rüsumların vaxtlı-vaxtında ödəməsi təmin edilmişdir. Odur ki, qeyd olunanlarla əlaqədar, əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilməsi üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 53 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində onun adına qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Hüseynli Abbas Nazim oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13 ünvanında yerləşən 53 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 28 aprel 2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar 1 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətdən imtina edilməsi barədə **********93 nömrəli məktub 21 dekabr 2021-ci İl tarixində İddiaçı yaşadığı ünvana göndərilmişdir. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, 1 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə əlavə edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt fililalının 30 noyabr 2021-ci il tarixli 101 nömrəli arxiv çıxarışına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13 ünvanında yerləşən 53 saylı mənzil Sumqayıt şəhəri mənzillərin bölüşdürülməsi, dəyişdirilməsi, qeydiyyata alınması və mənzil bölüşdürülməsi komissiyasının 16 avqust 1993-cü İ tarixli 88 nömrəli protokolu əsasında İddiaçı istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6- cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Əlavə olaraq bildirirlər ki, sənədlər toplusuna əlavə olunmuş 26 aprel 2022-ci il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyil. Cavabdeh iddiaya təkrar münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt fililalının 30 noyabr 2021 -ci il tarixli 101 nömrəli arxiv çıxarışına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13 ünvanında yerləşən 53 saylı mənzil Sumqayıt şəhəri mənzillərin bölüşdürülməsi, dəyişdirilməsi, qeydiyyata alınması və mənzil tikinti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 16 avqust 1993-cü il tarixli 88 nömrəli protokolu əsasında İddiaçı istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 207 nömrəli sərəncamı ilə həmin mənzil xidməti rejimdən çıxarılmışdır. Lakin “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Əlavə olaraq bildirirlər ki, məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 53 ünvanında yerləşən yaşayış sahəsinin vahid daşınmaz əmlak obyekti kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt fililalının 30 noyabr 2021 -ci il tarixli 101 nömrəli arxiv çıxarışına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13 ünvanında yerləşən 53 saylı mənzil Sumqayıt şəhəri mənzillərin bölüşdürülməsi, dəyişdirilməsi, qeydiyyata alınması və mənzil tikinti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 16 avqust 1993-cü il tarixli 88 nömrəli protokolu əsasında İddiaçı istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 207 nömrəli sərəncamı ilə həmin mənzil xidməti rejimdən çıxarılmışdır. Lakin “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Əlavə olaraq bildirirlər ki, məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyil. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, xx.xx.1993-cü il tarixli, 54/102 saylı orderin kötüyündən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13 ünvanında yerləşən 53 saylı mənzil İddiaçı verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 2022-ci il tarixli, 207 saylı Sərəncamı ilə yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 9-cu mikrorayon, e 12/13, mənzil 53 xidməti rejimdən çıxarılmış, 26 aprel 2022-ci il tarixində dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. **********542, **********543, **********544 saylı notarial qaydada təsdiq edilmiş ərizələrə müvafiq olaraq X3, X2, Hüseynli Abbas Nazim oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13 ünvanında yerləşən 53 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun müliyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Beləki Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi iddiaçının mülkiyyət hüuqunun qeydə alınması ilə bağlı zəruri sənədlər mövcuddur və qeyd edilən normalar onun bu hüququna təminat verir. Cavabdeh inzibati orqanın imtinasının əsasını mənzilin iddiaçıya idməti əsaslarla verildiyi təşkil edir. Lakin iş materiallarından görsəndiyi kimi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 2022-ci il tarixli, 207 saylı Sərəncamı ilə yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 9-cu mikrorayon, e 12/13, mənzil 53 xidməti rejimdən çıxarılmışdır. Məhkəmə hesab edir ki, bu halda mənzil üzərində iddiaçının mülkiyyət hüquqları yaranmış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsi öz qərarlarında daşınmaz əmlakdan istifadə və sərəncamda məhdudiyyətlər yaranmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyəti” hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Hazırkı işdə də, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının müvafiq sənədləri olsa da mülkiyyətindən tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 53 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar