Məhkəmə qərarları › İş №2-1(118)-191/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-191/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-191/2022 10.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun soyadının “Tağıbəyli” kimi yazılmasına və bu barədə müvafiq qeydiyyat kitabında qeydiyyat aparılmaqla doğum haqqında şəhadətnamənin verilməsinin cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı soyadının “Tağıbəyli” kimi yazılması və bu barədə müvafiq qeydiyyat kitabında qeydiyyat aparılmaqla doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, həmin şöbənin 28 iyul 2021-ci il tarixli, 05/Q-1022/15 saylı məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. İddiaçı anadan olarkən AR qazax rayonu, Ağköynək kənd İcra Nümayəndəliyi tərəfindən 09.10.1998-ci il tarixli, ХХ1-ЖГ 289172 №li doğum şəhadətnaməsi verilmişdir. Həmin doğum şəhadətnaməmdə soyadı “Tağıyev” kimi yazılmışdır. Lakin indi iddiaçı soyadının dəyişdirilərək “Tağıbəyli” yazılmasını istəyir. Buna ulu babasının adının Tağı bəy olmasını əsas gətirə bilər. Lakin Qərbi Azərbaycan vətəndaşalarının vətəndaşlıq aktı qeydlərinin arxivini tapmaq mümkün olmadığından bunu asanlıqla etmək mümkün olmamışdır. Həmçinin iddiaçı “bəy” sözünün soyadından ayrı deyil bitişik yazılmasını istəyir. "Bu barədə qeyd olunmuşdur ki, əgər “bəy” sözü rütbə, titul bildirərsə o halda vətəndaşdan onun bəy və ya xan nəslindən olmasına dair sübut təqdim etməlidir. Əks halda isə yəni "bəy", "xan" sözləri mürəkkəb ismin tərkib hissəsi olduqda (məsələn, Qasımbəyli. Rüstəmxanlı) vətəndaşlardan həmin bəy və ya xan nəslinə mənsub olmasına dair sənədlər tələb olunmamalıdır. Həmçinin də Soyadının milli sonluqla yazılması üçün “Tağıbəyli" kimi dəyişməsini istəyir. İddiaçı bununla bağlı AR ƏN Cavabdehnə müraciət etmişdir. Cavabdeh təşkilat 28.07.202l-ci il tarixli, 05/Q- 1022/15 saylı məktubu ilə imtina vermişlər. Ona görə də məhkəməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-1İİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 201 l-ci il tarixli 79 saylı adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarının 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. AR İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiy i və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR İPM-nin 32.1 maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndinnə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini Özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazında qeyd edir ki, İddiaçı soyadını “Tağıyev”dən “Tağıbəyli” yə dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 saylı qərarına əsasən, "-ov’',"-yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “- “lı”, “-li”, “-lu”,”-lü”, zadə”,'’-oğlu”, "-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Eyni zamanda 24.12.2010-cu il tarixdə Azərbaycan Milli Elmlər X1, Terminologiya Komissiyasının nəzdində fəaliyyət göstərən Adlar və soyadlar üzrə Komissiyanın vəsatəti əsasında Azərbaycan soyadlarının formalaşdırılmasına dair qərar qəbul etmişdir. Həmin qərarla mövcud soyadın kökünə -lı,li, -lu,-lü, -zadə.-soy, - gil, kişilərə -oğlu qadınlara -oğlu və ya -qızı soyad sonluğunun artırılması və ya heç bir sonluq artırılmadan soyad yazılması eləcə də titul bildirən sözlərdən soyad yaratma vasitəsi kimi istifadə edilməməsi təklif olunmuşdır. Bütün yuxarıda qeyd edilənlərdən və “-bəyli ” sonluğu təklif edilmədiyindən vətəndaşın soyadının “Tağıbəyli” kimi yazılması imkan xaricində olduğundan, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı “onun soyadının “Tağıbəyli” kimi yazılmasını və bu barədə müvafiq qeydiyyat kitabında qeydiyyat aparılmaqla doğum haqqında şəhadətnamənin verilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsində olan inzibati iş ilə əlaqədar olaraq xx.xx.1998-ci il tarixdə Qazax rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı barəsində Abşeron rayon Polis İdarəsində təqsirləndirıci material və məlumat yoxdur. (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin 25.12.2021-ci il tarixli 128-193125 saylı məktubu) Habelə İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 28.12.2021-ci il tarixli 33/4512 saylı məktubu) Göründüyü kimi iddiaçının soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının adı, soyadı, ata adının olması və onun dəyişdirilməsi imkanı qanunvericilikdə təsbit edilmiş bir hüquqdur və iddiaçıda qanunvericilikdən irəli gələn hüququndan istifadə etmək niyyətindədir. Bu hüquqdan istifadəni istisna edəcək bir halın olması isə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.Qeyd olunanlar iddianın əsaslı olduğunu, iddiaçının cavabdeh inzibati orqana əsaslı və qanuni tələb ilə müraciət etdiyini göstərir. İddiaçının 18 yaşı tamam olduğuna və soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmədiyinə görə, onun soyad daşımaq hüququndan istifadə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı soyadının “Tağıbəyli” kimi yazılması və bu barədə müvafiq qeydiyyat kitabında qeydiyyat aparılmaqla doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı soyadının “Tağıbəyli” kimi yazılması və bu barədə müvafiq qeydiyyat kitabında qeydiyyat aparılmaqla doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar