Məhkəmə qərarları › İş №2-1(118)-1912/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1912/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1912/2025 06.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona müharibə veteranı adının verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq xidmətini xx.xx.N993-cü ildən xx.xx.N-cü ilə kimi N və N saylı hərbi hissələrin tərkibində icra etmişdir. xx.xx.N-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanaraq döş və qarın nahiyəsindən 3 güllə yarası almışdır. Bununla əlaqədar xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunaraq hərbi xidmətə yararsız hesab edilmişdir. Alınmış xəsarət hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar alınmışdır. Buna əsasən ikinci dərəcəli Qarabağ müharibəsinin əlili hesab edilmişdir. Halhazırda əlilliyini dayandırıblar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı, ərizəsində xx.xx.N993-cü ildən xx.xx.Ncü ilədək N və N nömrəli hərbi hissələrin tərkibində xidmətdə olarkən Ağdam rayon ərazisində gedən döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N- dən N-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezam olunması və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Ezam olunma dedikdə hərbi qullquçunun hərbi hissə komandirinin əmri ilə digər hərbi hissə və ya orqana müəyyən müddətə göndərilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-ci il tarixli 226 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 4 nömrəli əmrilə İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, N0 nömrəli əmrilə N nömrəli hərbi hissədən gəlmiş İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 7N (,,) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmədiyinə, və N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 7N (,,) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmir və xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 04 aprel 20N8-ci il tarixli, N79769 saylı vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar 2ci dərəcə əlildir. N4 fevral N-cü il tarixli, 265 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı Azərbaycan Respublkasının müdafiəsi zamanı yaralanmış, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. HZ seriyalı, ******* saylı hərbi biletin surəti, arxiv arayışları, tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalın N4 fevral N-cü il tarixli 265 saylı arayışının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 22 fevral 20N9cu il tarixli 9/2-2270 saylı Arxiv arayışında qeyd edilmişdir ki, Xaçmaz RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 226 №-li əmrilə (əsas: §-N8,səh-2N ,sıra- 3N) xx.xx.N993-cü il tarixdən 'sıravi'’ hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N993-xx.xx.N996-cı il, səh-52,sıra-22) Xaçmaz RHK-nın çağırışçısı. N975-ci il təvəlüdlü. İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü ı tarixil N №-li əmrilə hərbi hissəyə daxil olması və xx.xx.N-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N-cü il tarix’i N №-li əmrində (əsas: §- N2,sıra-N23; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N2 iyul 2024-cü il tarixli 2-İ-943-N/2024 saylı Arxiv arayışında qeyd edilmişdir ki, Xaçmaz RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 226 №-li əmrilə (əsas: §-N8,səh-2N .sıra-3N) xx.xx.N993-cü il tarixdən “sıravi" hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və butun növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas kitab xx.xx.N993-xx.xx.N996-cı il, səh-52,sıra-22) Xaçmaz RHK-nın çağırışçısı. N975-ci il təvəlüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə hərbi hissəyə daxil olması və xx.xx.N-cü il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N-cü i tarixli N №-li əmrində (əsas: §- N2,sıra-N23: qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissədən gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N yanvar N-cü il tarixli N0 №-li yoxlama əmrilə (əsas səh-40) xx.xx.N-cü il tarixdən şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti, yaralanması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2024-cü il tarixli, 3/020 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.200N-ci il tarixdə AR CM-nin N28 (qəsdən sağlamlığa yüngül zərər vurma), N32 (döymə) və 66-cı maddələri ilə Xaçmaz rayon Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2802 saylı, 02 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N993-cü il tarixdə Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-c il tarixli 226 №-li əmrilə (əsas: §-N8, səh-2N, sıra-3N) xx.xx.N993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrində (əsas: §-N2, sıra-N23, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, “N №-li” hərbi hissəyə göndərilməsi qeyd olunmuşdur) xx.xx.N-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi tapşırığı yerinə yetirmək üçün, Ağdam şəhərinə, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N993xx.xx.N, səh-52, sıra-22, “N №-li” hərbi hissəyə göndərilməsi qeyd olunmuşdur) Xaçmaz RHK-nın çağırışçısı, N975-ci il təvəlüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, “sıravi” hərbi rütbəsi verilərək “kursant vəzifəsinə təyin olunması və komandirin xx.xx.N-cü il tarixli N №li əmrilə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə, Ağdam şəhərinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N0 №-li əmrində (əsas: yoxlama əmri, səh-40, əmrdə atasının adı “Suleyman” yazılmışdır) N №-li hərbi hissədən hərbi xidmətlərini davam etdirmək üçün gəlmiş, xx.xx.N-cü il tarixdən siyahılara və bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı Suleyman oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin fevral-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respubliası Müdafiə Nazirliyinin 04 noyabr 2024-cü il tarixli, 3N30 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.N993-cü il tarixdə Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 226 №-li əmrilə (əsas: §-N8, səh-2N, sıra-3N) xx.xx.N993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və '“sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 06.0N N-cü il tarixli N №-li əmrində (əsas: §-N2, sıra-N23, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, “N №-li” hərbi hissəyə göndərilməsi qeyd olunmuşdur) xx.xx.N-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi tapşırığı yerinə yetirmək üçün, Ağdam şəhərinə, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N993xx.xx.N, səh-52, sıra-22, “N №-li” hərbi hissəyə göndərilməsi qeyd olunmuşdur) Xaçmaz RHK-nın çağırışçısı, N975-ci il təvəlüdlü, İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, “sıravi" hərbi rütbəsi verilərək ‘kursant vəzifəsinə təyin olunması və komandirin xx.xx.N-cü il tarixli N №li əmrilə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə, Ağdam şəhərinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin fevral-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N-cü il tarixədək, N №li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuş, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 26.NN.024-cü il tarixli N79N saylı məktubu ilə İddiaçı aid 265 nömrəli xx.xx.N-cü il tarixli xəstəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 8N5 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 09 yanvar N-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ambulator müayinədə, N0 yanvar N-cü il tarixdən 23 fevral N-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə və N4 fevral N-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsinə dair adına tərtib olunmuş arxiv arayışı göndərilir. Əlavə olaraq bildirirlər ki, İddiaçı N-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müalicədə olmağı barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 287 saylı arxiv arayışında qeyd edilmişdir ki, vətəndaş İddiaçı həqiqətən 09 yanvar N-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ambulator müayinədə və N0 yanvar N-cü il tarixdən 23 fevral N-cü il tarixədək stasionar müalicədə, N4 fevral N-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: N. Döş qəfəsinin iynəli qəlpə yarası. (MN N №-li h/h, N) 2.İlkin: Kürək nahiyyəsinin odlu silah güllə yaralanması, qarın boşluğunun zədələnməsi.(xx.xx.N, BKH) Yekun: Qarının odlu silah dəlib keçən yaralanması. Mədə divarlarının zədələnməsi. 3.Döş qəfəsinin və qarın boşluğunun çox saylı odlu silah nifuz edən güllə yaralanması nəticəsində mədənin hər iki divarının, yoğun və nazik (İİ) bağırsaqlarının zədələnməsi. Sol tərəfli hemopnevmotoraks plevranın sol tərəfdən empiema ilə fəsadlaşması. Əməliyyat (xx.xx.N) pasienta sol tərəfdən olunub, laporatamiya, mədə nazik və yoğun baqırsaqların yaralarının tikilməsi.Qarın boşluğunun drenaj edilməsi. Tənəffüsün zəif pozulması ilə. xx.xx.N BKH-lın Hərbi Həkim Komissiyası tərəfindən Müdafiə nazirinin N987-ci il 260 №-li əmrinin 34 “b” maddəsinin İ bəndinə əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə sıradan kənar hərbi xidmətə yararlıdır. Yaralanma Azərbaycan Respublikası müdafiə zamanı almiş kimi qiymətləndirilmişdir. Əsas: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-cü ilə məxsus “ambulator xəstələrin qeydiyyatı” kitabının N4-cü səhifədə olan 304-cü sayındakı və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın N-cü ilə məxsus N №-li “stasionar xəstələrin qeydiyyatı” kitabının 53-cü səhifəsində olan 258-ci sayındakı və “iclas protokolun qeydiyyat” kitabının 54 səhifəsində olan 265-ci sayındakı olan qeydlər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin xx.xx.2024cü il tarixli, 3-43-27/2-N720/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.N993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçı hərbi xidmətə könüllü yoxsa məcburi qaydada çağırılması, hərbi xidmət keçməsi, yaralanması, eləcədə hərbi xidmətdən tərxis olunması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 yanvar 2025-ci il tarixli, N807/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.N995-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2023-cü il tarixli, 3-N7-4/2-C-8946/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.20N5-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona müharibə veteranı adının verilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-ci il tarixli 226 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 4 nömrəli əmrilə İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, N0 nömrəli əmrilə N nömrəli hərbi hissədən gəlmiş İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 7N (,,) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmədiyinə, və N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 7N (,,) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmir və xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həqiqətən 09 yanvar N-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ambulator müayinədə və N0 yanvar N-cü il tarixdən 23 fevral N-cü il tarixədək stasionar müalicədə, N4 fevral N-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: N. Döş qəfəsinin iynəli qəlpə yarası. (MN N №-li h/h, N) 2.İlkin: Kürək nahiyyəsinin odlu silah güllə yaralanması, qarın boşluğunun zədələnməsi.(xx.xx.N, BKH) Yekun: Qarının odlu silah dəlib keçən yaralanması. Mədə divarlarının zədələnməsi. 3.Döş qəfəsinin və qarın boşluğunun çox saylı odlu silah nifuz edən güllə yaralanması nəticəsində mədənin hər iki divarının, yoğun və nazik (İİ) bağırsaqlarının zədələnməsi. Sol tərəfli hemopnevmotoraks plevranın sol tərəfdən empiema ilə fəsadlaşması. Əməliyyat (xx.xx.N) pasienta sol tərəfdən olunub, laporatamiya, mədə nazik və yoğun baqırsaqların yaralarının tikilməsi.Qarın boşluğunun drenaj edilməsi. Tənəffüsün zəif pozulması ilə. xx.xx.N BKH-lın Hərbi Həkim Komissiyası tərəfindən Müdafiə nazirinin N987-ci il 260 №-li əmrinin 34 “b” maddəsinin İ bəndinə əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə sıradan kənar hərbi xidmətə yararlıdır. Yaralanma Azərbaycan Respublikası müdafiə zamanı almiş kimi qiymətləndirilmişdir. Əsas: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-cü ilə məxsus “ambulator xəstələrin qeydiyyatı” kitabının N4-cü səhifədə olan 304-cü sayındakı və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın N-cü ilə məxsus N №-li “stasionar xəstələrin qeydiyyatı” kitabının 53-cü səhifəsində olan 258-ci sayındakı və “iclas protokolun qeydiyyat” kitabının 54 səhifəsində olan 265-ci sayındakı olan qeydlər. İddiaçı əlillik vəziyyəti xx.xx.N995-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Göründüyü kimi məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması tələbi şamil edilmir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-N(N02)-2580/2024 saylı qərarında qeyd edilmişdir: “35. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. (...)

37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).

38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.

39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.” Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar