Məhkəmə qərarları › İş №2-1(118)-1916/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1916/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1916/2021 18.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Məhəmmədli bələdiyyəsinə qarşı “Abşeron rayonu, Məhəmmədli kəndi, N.Tusi küçəsində 0.10 ha torpaq sahəsinin Məhəmmədli kənd bələdiyyəsinin 17/7, 17.02.2005-ci il tarixli Çıxarışına əsasən arxiv sənədlərinin tanınması və reyestr xidmətindən çıxarışın verilməsi” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon Məhəmmədli bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Məhəmmədli kəndi, N.Tusi küçəsində 0.10 ha torpaq sahəsinin Məhəmmədli kənd bələdiyyəsinin 17/7, 17.02.2005-ci il tarixli Çıxarışına əsasən arxiv sənədlərinin tanınması və reyestr xidmətindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Xocalı şəhərinin erməni faşistləri tərəfindən işğal olunması nəticəsində ailəsi ilə didərgin düşmüş va məcburi köçkün kimi Abşeron rayonunun Məhəmmədli kəndində məskunlaşmışdırlar. Ailəsinin rifahını yaxşılaşdırmaq məqsədi ilə fərdi yaşayış evi tikmək üçün müraciəti ilə əlaqədar Abşeron rayonu, Məhəmmədli Bələdiyyəsi özünün 17.02.2005-ci il tarixli, 17/7 qərarı ilə Abşeron rayonu, Məhəmmədli kəndi, N.Tusi küçəsində yerləşən 0.10 hektar torpaq sahəsini ona satmışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı o, Məhəmmədli Bələdiyyəsinin hesabına 840.000 (səkkiz yüz qırx min) manat məbləğində pul köçürmüş və ödəniş edilməsi barədə ona 17.02.2005-ci il tarixli, 17/7 saylı mədaxil orderi verilmişdir. Həmin vaxtdan mütəmadi olaraq, 0.10 hektar torpağa görə Məhəmmədli Bələdiyyəsinin hesabına müvafiq məbləğdə torpaq vergisini hər il ödəməkdə davam edir. Sonrakı illərdə həmin torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Fərdi yaşayış evinin layihəsi "Arxitektura və Dizayn” MMC tərəfindən tərtib edilmiş "Fərdi yaşayış evinin eskiz layihəsi" üzrə inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.06.1999-cu il tarixli 110 saylı (11.07.2002-ci il 110 saylı; 20.02.2006-cı il 55 saylı; 09.09.2006-cı il 102 saylı və 25.12.2006-ci il 275 sayh dəyişikliklər də nəzərə alınmaqla) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən, Azərbaycan Respublikası “Bələdiyyə MMC” fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair" hesabat sənədi tərtib edilmişdir. Müvafiq sənədləri də əlavə etməklə ərizə ilə 02.09.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Məhəmmədli kəndi, N.Tusi küçəsində 0.10 hektar torpaq sahəsi üzərində inşa edilmiş, iki mərtəbəli fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalan”na uyğun olaraq qeydiyyata alınıb müvafiq mülkiyyət sənədinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 26.10.2020-ci il tarixli, **********13 saylı məktubu ilə bildirmişdir ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Məhəmmədli kəndi, N.Tusi küçəsində 0.10 hektar torpaq sahəsi üzərində inşa edilmiş, iki mərtəbəli fərdi yaşayış evinin üzərində hüquqların dövlət qeydiyyatından imtinasını əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz, istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (maddə 139) "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməvdə hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək: üzərində binalar, qurğular, 5 yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.( 9.11. 9.23 və 9.24-cü bəndlər). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda, 840.000 (səkkiz yüz qırx min) manat məbləğində pulu hesabına köçürməklə. Abşeron rayonu, Məhəmmədli kəndi, N.Tusi küçəsində yerləşən 0.10 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən iddiaçıya satılmasını təsdiqləyən 17.02.2005-ci il tarixli, 17/7 sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır, yəni 15-ci maddəyə ümumilikdə istinad etməklə formal cavab məktubu ilə öz vəzifəsini bitmiş hesab etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmadığı üçün 4 saylı Abşeron Ərazi İdarəsinin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət edilmiş, iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdirki, o əsasən cavabdeh bələdiyyədən narazıdır. Ona torpaq sahəsi satılsada arxiv səndələri mövcud deyil. Ona görədə bu iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Abşeron rayonu, Məhəmmədli kəndi, N.Tusi küçəsində 0.10 ha torpaq sahəsinin Məhəmmədli kənd bələdiyyəsinin 17/7, 17.02.2005-ci il tarixli Çıxarışına əsasən arxiv sənədlərinin tanınmasını və reyestr xidmətindən çıxarışın verilməsini istəyir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Belə ki, arxiv idarəsində saxlanılmayan məlumatların tanınması formasında iddiaya inzibati məhkəmə icraatında baxılması nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının arxiv sənədlərinin tanınmasına dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə iş materiallarından göründüyü kimi iddiaçı fərdi yaşayış evinin dövlət qeydiyyatı üçün müraciətini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə yönəltmiş, müraciətinə 26.10.2020-ci il tarixli **********13 saylı imtina məktubu verilmişdir. İmtinanın əsasını Abşeron rayon Məhəmmədli Bələdiyyəsi tərəfindən iddiaçıya 0.10 ha torpaq sahəsinin 17 fevral 2005-ci il tarixdə ayrıldığı halda alqı-satqı aktının, ləğv edilmiş DT və XK Abşeron rayon Şöbəsinin rəylərinin, yerquruluşu planından çıxarışın hazırki ərizəyə əlavə edilməməsi təşkil edir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. İddiaçı göstərilən çatışmazlıqları aradan qaldırmaq məqsədilə Abşeron rayon Məhəmmədli Bələdiyyəsinə müraciət etmiş, lakin arxiv sənədlərinin olmaması səbəbindən Bələdiyyə tərəfindən sənədlərin verilməsindən imtina edilmişdir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçı sənədlərin Cavabdeh tərəfindən verilməsindən imtinaya görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədova şikayət vermişdir. Hazırda iddiaçı fərdi yaşayış evinə dair reyestr xidmətindən çıxarışın verilməsini istəyir. Lakin iddia tələbini Abşeron rayon Məhəmmədli bələdiyyəsinə qarşı yönəltmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 1.0.4-cü maddəsinə əsasən Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Göründüyü kimi Abşeron rayon Məhəmmədli bələdiyyəsinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmaq kimi səlahiyyəti yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar