Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1918/2022 23.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 22 saylı evdə (köhnə qaydalarla : Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəsi, döngə 4, ev 24) qeydiyyatda olan üçüncü şəxlər xx.xx.1997-ci il təvəllüdlü X3, xx.xx.1976-cı il təvəllüdlü X2, xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.1966-cı il təvəllüdlü X1 qeyd olunun ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 4 saylı evdə qeydiyyatda olan üçüncü şəxlər xx.xx.1997-ci il təvəllüdlü X3, xx.xx.1976-cı il təvəllüdlü X2, xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.1966-cı il təvəllüdlü X1 qeyd olunun ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ünvanladığı 10 iyun 2022-ci il tarixli ərizə ilə iddia tələbini dəqiqləşdirərək, “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 22 saylı evdə (köhnə qaydalarla : Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəsi, döngə 4, ev 24) qeydiyyatda olan üçüncü şəxlər xx.xx.1997-ci il təvəllüdlü X3, xx.xx.1976-cı il təvəllüdlü X2, xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.1966-cı il təvəllüdlü X1 qeyd olunun ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 01 avqust 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasıni məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1918/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1918/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver