Məhkəmə qərarları › İş №2-1(118)-192/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-192/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-192/2020 09.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “Ona məxsus Siyəzən rayonu ərazisində mövcud xüsusi torpağın üzərində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti aparılmasına qadağa qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı torpaq sahəsinə dəyən ziyanla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmiş, Həmin orqanın M-3/16-16871 saylı, xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “qadağa qoymaqla mülkiyyətinin toxunulmazlığının təmin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxx 2019-cu il tarixli məhkəmənin məktubu ilə iddiaçıya hüquqi yardım edilmiş, iddia ərizəsini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılması təklif olunmuşdur. Bundan sonra iddiaçı iddiasını dəqiqləşdirərək ona məxsus Siyəzən rayonu ərazisində mövcud xüsusi torpağın üzərində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti aparılmasına qadağa qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Siyəzən rayon Zarat kəndi ərazisində xüsusi mülkiyəti olan ehtiyat fondundan 12795 sot ( çıxarış№**********53) torpaq sahəsinin 61,8749 sot hissəsi Avtomobil yolları dövlət agentliyi tərəfindən həyata keçirilən Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhəd yeni X3 lahiyəsi çərçivəsində yolun təhkim zolağına düşmüş və dəymiş ziyana görə 18562,27 manat hesablanaraq heç bir əsas olmadan kompensasiya “xxxxxxxxxxxx” ASC-nin Sumqayıt Filialına köçürülmüşdür. İddiaçı alqı-satqı müqaviləsinə imza atmadan və bununla məbləği əldə etmədən etirazını bildirirək tələbələrə AAYDA-nın rəhbərliyinə və Nazirlər Kabinetinə rəsmi məktublarla müraciət etmişdir. Aldığı məktubların cavablarında mhkəməyə müraciət hüququnun olduğu tövsiyə olunmuşdur. Bununla əlaqədar olaraq məhkəməyə müraciətində bildirilmişdir ki, dəyən ziyanın kompensasiya məsələsində iddiaçının mülkiyyət hüquqları nəzərə alınmamış və lazımı hazırlıq tədbirləri həyata keçirilməmişdir. Belə ki, “Torpağların dövlət ehtiyacları üçün alınası haqqında” qanunun 56.1,3,46.1,4,23.1,4 60.64-cü maddələri pozulmuş və qanunun 12,13,14,15,16-cı maddələri ictimai iclasın keçirilməsi və məlumatlandırılması ilə bağlı icra olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı torpaq mülkiyyətinin satılmasına, alqısatqıya imza etməmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus olan xüsusi mülkiyyət hüququ əsasında Siyəzən rayonu Zarat kəndində yerləşən 12.795 ha torpağın 61.8749 sot sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3” ərazisinə düşüb və ona torpağa görə kompensasiyanın ödənilməməsi ilə əlaqədar, həmin torpağın hissəsində tikintiyə qadağan vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar cavabdeh bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni X3” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus (çıxarış № **********54) 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562.47 manat kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya “xxxxxxxxxxxx” ASC-nin Sumqayıt rayon Filialına köçürülmüşdür. Cavabdeh qeyd etmişdir ki, iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətinə bu barədə dəfələrlə məktubla rəsmi cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülikyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ola bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllük əsasında özgəninkiləşdirilə bilər. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. Bundan əlavə cavabdeh bildirmişdir ki, əmlakın qiymətləndirilməsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hər hansı məsuliyyət daşımır. Dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli, 50 İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli xx.xx.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İddiadan göründüyü kimi, iddiaçıya məxsus olan Siyəzən rayonu Zarat kəndində yerləşən 61.8749 sot torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il, sərəncamı ilə təsdiq edilmiş “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni X3” üzrə yol tikintisinin ərazisinə düşməsi və torpağın cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət ehtiyacları məqsədilə alınmağı tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir. Müəyyən olunmuşdur ki, iddiaçının və onunla yanaşı Siyəzən rayonu Zarat kəndinin yol tikintisi altına düşən bütün mülkiyyətçilərə məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adına “Kapitalbank”da açılmış hesabına köçürülmüşdür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan əlavə, iddiaçıya məxsus torpağ sahəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə qiymətləndiricinin, o cümlədən, özəl MMC-nin hesabatına əsasən qiymətləndirilmişdir. Qiymətləndirmə sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə əsasında aparılmaqla, bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə obyektin və onun sahibinə dair məlumatlar, o cümlədən, foto-şəkillərdən və müxtəlif elmi metodlardan istifadə olunur və yekunda müstəqil ekspert, ümumilikdə, təyin etdiyi 1 sotun qiyməti, AR Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 faiz miqdarında hesablanmış əlavə ilə 300 (üç yüz) manat məbləğində olmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunun preambulasına əsasən Bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3.1 -ci Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1 -ci maddəsinə əsasən Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Göstərənlərə əsasən cavabdeh hesab etmişdir ki, dövlət ehtiyacları üçün alınan torpağ sahəsinin qiyməti qanuna əsasən istənilən qiymətləndiricı tərəfindən deyil, müvafiq icra hakimiyyəti müəyyən qaydada hesablanmalı olduğundan və bu qaydada hesablanaraq ödənilməli olduğundan, iddiaçı torpaq sahəsinin dəyərinin tam odənilməməsi və bunun da nəticəsində hüququnun pozulmasi müəyyən olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçıya məxsus torpaq sahəsi Siyəzən rayonu Zarat kəndində mərkəz hissəsində deyil, mərkəzdən xeyli kənar hissədə yerləşir və əsas sahəsinin 1 sotu 300 manatdan hesablanması ədalətli şəkildə hesablanılıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında iddiaçı iştirak etmiş, məhkəməyə ərizə təqdim etmişdir. Ərizədə qeyd edilir ki, Cavabdeh Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Zaur Kazımov iddia ərizəsinə etiraz olaraq məhkəməyə müraciət edərək, Siyəzən rayonu Zarat kəndində yerləşən 12.795 ha torpaq xüsusi mülkiyyətinin Azərbaycan Avtomobil yollan Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3”-nin təhkim zolağına düşən 61.8749 sot hissəsinə dair tikintiyə qadağan tələbinin əsassız sayılmasını və məhkəmə tərəfindən təmin edilməməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı bildirir ki, Siyəzən rayonu Zarat kəndində yerləşən 12.795 ha torpaq iddiaçının xüsusi mülkiyyətinin Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3”-nin təhkim zolağına düşən 61.8749 sot hissəsinə dair tikintiyə qadağan tələbinin əsasını “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 58-ci maddəsinin tələblərinin icra olunmaması təşkil edir. Bazar qiymətinin müəyyən edilməsinin müddəalarını əks etdirən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir, həmçinin torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3”-nin təhkim zolağına düşən iddiaçının xüsusi mülkiyyətinin 61.8749 sot hissəsinə dair tikintiyə qadağan tələbinin əsasını möhkəmləndirən digər məqam “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 56-cı maddəsinə aiddir. Belə ki, Bu Qanunun 56.1.1-56.1.5-ci maddələri pozulmuşdur. Bu Qanunun 56.1.4-cü maddəsində alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərərin nəzərə alınması göstərilir. Halbuki, cavabdeh Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Zaur Kazımovun etiraz ərizəsində Bu Qanunun 56.1.4-cü maddəsinə uyğun olaraq təhkim zolağına düşən torpağın, saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində iddiaçıya dəyə biləcək zərər barədə hər hansı kompensasiya hesablanması qeyd olunmayıb və açıq-aydın şəkildə cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 58, 56-ci maddələri pozulmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qiymətləndirməylə bağlı ictimai iclaslar keçirilməyib və vətəndaşların, mülkiyyətçilərin fikri, təklifi öyrənilməyib. Bundan əlavə “Torpaqların dövlət ehtiyacları üçün alınmas haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.4-cü maddəsində yazılmışdır ki, alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir lakin, cavabdeh Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Zaur Kazımov iddiaya etiraz ərizəsində torpağın Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin sifarişi ilə müstəqil qiymətləndirici və özəl MMC-nin hesabatına əsasən qiymətləndirdiyini bildirmişdir, bu qeyd ümumilikdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbavcan Respublikasının Qanunun 21-24-cü maddələrini pozulduğunu göstərir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunan və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qanunların Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən kobudca pozulması təkcə yuxarıda sadalananlar ilə bitmir. Növbəti qanun pozuntusu Azərbaycan Respublikasının Bank Qanunvericiliyi ilə əlaqədardır. Cavabdeh Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Zaur Kazımov iddiaya etiraz ərizəsində Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3”-nin təhkim zolağına düşən xüsusi mülkiyyətinin 61.8749 sot hissəsi üçün kompensasiya hesablandığını və “xxxxxxxxxxxx” ASC-nin Sumqayıt rayon (əslində şəhərdir) Filialına köçürüldüyünü qeyd edir. Halbuki, Azərbaycan Respublikasının Bank Qanunvericiliyinin müvafiq maddələrinə əsasən şəxsin imzası olmadan onun üçün cari,depozit,kredit hesabları açıla bilməz. Hər bir halda Bankda hər hansı bir şəxs üçün məqsədindən asılı olmayaraq hesab açılan zaman “Hesabın açılması üçün müvafiq forma” doldurulur və şəxs özü haqda məlumatları təsdiq edərək imza atır. İddiaçı Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3”-nin təhkim zolağına düşən xüsusi mülkiyyətinin 61.8749 sot hissəsinin alqı-satqısına imza atmadığı üçün onun adına “xxxxxxxxxxxx” ASC-nin Sumqayıt şəhər filialında hesab açılması və ora müəyyən məbləğin köçürülməsi Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunun pozulmasıdır. Siyəzən rayonu Zarat kəndində yerləşən iddiaçının 12.795 ha torpaq xüsusi mülkiyyətinin təyinatı Dövlət çıxarışında Sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş tikinti altı ehtiyat fondu təyinatı adı ilə qeydə almışdır və torpağ sahəsi Xəzər dənizi sahilindən təxmini 200m kənarda mənzərəli bir yerdə , sahibkarlıq fəaliyyəti üçün strateji mövqeydə yerləşir. Cavabdeh Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Zaur Kazımovun iddiaya etiraz ərizəsinin əsassız olduğunu sübuta yetirən digər məqam ərizədə “iddiaçıya məxsus torpaq sahəsi Siyəzən rayonu Zarat kəndində mərkəz hissədə deyil, mərkəzdən xeyli kənar hissədə yerləşir və əsas sahəsinin 1 sotu 300 manatdan hesablanması ədalətli şəkildə hesablanıb” yazmasıdır. Zaur Kazımovun bu yanaşması faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsinin dəyərini məhkəmə qarşısında aşağı göstərməyə hesablanmışdır. Sahibkarliq faəliyyəti eyni zamanda dövlət maraqlarını müdafiyə edir və dövlətin ÜMD məhsulunun artmına imkan yaradır, iqtisadiyyatın inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti X6 çıxışlarında sahibkarlığın inkişafını dəstəyləmiş, kiçik və orta sahibkarlıqın fəaliyyəti üçün geniş imkanlar yaradan sərəncam və fərmanlar imzalamışdır. Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3” isə mənə məxsus torpaqı iki yerə bölür, digər hissə torpaqın təhkim zolağına düşən hissəsindən aşağıya düşdüyü üçün sahibkarliq fəaliyyəti ilə məşqul olmaq imkanım mümkünsüz olur. Bu hallar isə kompensasiya hesablanmasında nəzərə alınmayıb. Siyəzən rayonu Zarat kəndində yerləşən iddiaçıya məxsus 12.795 ha torpaq xüsusi mülkiyyəti üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq hər il üzrə 300 manat Siyəzən rayonu Zarat kənd Bələdiyyəsi qarşısında topaq vergisi öhdəliyim yaranır. İddiaçı cavabdeh Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Zaur Kazımova sual edir ki, əgər həqiqətəndə ona məxsus topağın Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı- Quba-RF X3”nin təhkim zolağına düşən 61.8749 sot hissəsinin 1 sotu üçün hesablanmış bazar dəyəri daşınmaz əmlak qanunvericiliyinə uyğun olaraq hesablanmış bazar qiymətinə əlavə haqq ilə birlikdə 300 manat edirsə, o zaman niyə Siyəzən rayonu Zarat kəndində vətəndaşların pay topaqları üçün 1 sota 150 azn hesablanmışdır?! Halbuki, Siyəzən rayonu Zarat kəndində vətəndaşların pay torpaqları üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq torpaq vergisi iddiaçıya məxsus torpağa görə ödədiyi vergi ilə nisbətdə çox cüzidir. Buradan belə nəticəyə gəlmək olurki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində torpaqların kateqoriyası(əmsalları) üzrə vergi dərəcələri müəyyən edilərkən həmin torpaqlardan sahibkarların, vətəndaşların gəlir qazanma imkanını nəzərə alaraq vergi dərəcəsini gəlir əldə etmə dərəcəsi ilə nisbətdə düz mütənasib hesablamışdır. Bununla belə, Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3” dövlət lahiyəsi olsa da kommersiya məqsədi ilə inşa edilir. Belə ki, “Bakı-Quba-RF Avtomobil Yolu” inşası bitdikdən sonra ödənişli əsaslar ilə vətəndaşların istifadəsinə veriləcək. İddiaçıya məxsus torpaq üzərində tikilib inşa olunacaq yoldan dövlət gəlir əldə edəcək və dolası ilə büdcədən xərclənən vəsait büdcəyə geri qayıdacaq. Bu məqamda belə bir senari yaranır: İddiaçı xüsusi mülkiyyətində olan torpağa görə vergi ödəyir, həmin vergilər və digər daxil olmalar hesabına dövlət büdcəsi formalaşır və nəticədə ona xüsusi mülkiyyətini bazar dəyərindən çox ucuz qiymətə “dövlət ehtiyacı” adı altında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələri pozulularaq Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən satmaq təklif olunur. İddiaçı bildirir ki, mübahisəli məsələnin nəzarətdə saxlanılması və qanunvericiliyə uyğun həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti X5 və Azərbaycan Respublikasının Baş X4 Əliyevə məktub ünvanlamışdır. Xüsusi mülkiyyəti ilə əlaqədar mübahisəli məsələ hüquqi qiymətini tapmadığı təqdirdə Azərbaycan Respublikası daxilində yuxarı məhkəmə instansiyalarına, ölkə xaricində isə Avropa Məhkəməsinə müraciət edəcəkdir. Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı- Quba-RF X3” maliyyələşməsinin Dünya Bankından götürülən kreditlər hesabına olduğu barədə məlumatlıdır. Dünya Bankından kredit götürməyə əsas verən amil Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq müqavilələrdir və həmin müqavilələr eyni qarşısında Azərbaycan Respublikası üzərinə vətəndaşlarının və sahibkarların mülkiyyət hüquqlarının qorunması, təmin edilməsi öhdəliyi götürür. İddiaçı Azərbaycan Respublikasının Qanunlarının qeyd etdiyi maddələri üzrə Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən pozulması hallarına dair cavabdehdən izahat alınmasını və qanunvericiliyin tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi Zaur Kazımovun iddiaya etiraz ərizəsinin tələblərinin əsassız olduğundan təmin edilməməsi barəsində qərar qəbul edərək, iddiaçının Siyəzən rayonu Zarat kəndində yerləşən 12.795 ha torpaq xüsusi mülkiyyətinin Azərbaycan Avtomobil yollan Dövlət Agentliyi tərəfindən inşa edilən “Bakı-Quba-RF X3”-nin təhkim zolağına düşən 61.8749 sot hissəsinə dair tikintiyə qadağan tələbinin təmin edilməsini və buna müvafiq olaraq xüsusi mülkiyyətinin alınması üçün qiymət razılaşması əldə olunana qədər tikintiyə qadağa barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş və izah edilmişdir ki, onun niyyəti çəkilən yolun ona məxsus torpaq sahəsindən yox, digər sahələrdən keçmsinə nail olmaq deyil, əlavə kompensasiya əldə etmək olduğu halda iddiasını dəyişməlidir. İddiaçı isə iddiasına olduğu kimi baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni X3 ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə 1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150,0 (yüz əlli) milyon manat ayrılması; 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni X3” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya “xxxxxxxxxxxx” ASC-nin Sumqayıt rayon Filialına köçürülmüşdür. İddiaçının və onunla yanaşı Siyəzən rayonu Zarat kəndinin yol tikintisi altına düşən bütün mülkiyyətçilərə məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adına “Kapitalbank”da açılmış hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ olsada, dövlət ehtiyacları üçün əvəzi ödənilməklə həmin torpaq sahəsindən istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulduğuna görə, iddiaçıya məxsus torpaq sahəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti aparılmasına qadağa qoyula bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar