Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1923/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının İddiaçı iştirakları, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “məhkəmə tərəfindən Müdafiə nazirliyinin mərkəzi hərbi komissiyanın rəyinə əsaslanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında müharibə əlili statusunu bərpa etmək öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1969-cu il təvəllüdlü İddiaçı 1992-ci il iyun oktyabr aylarında Qarabağda gedən döyüşlər zamanı “20 yanvar” özünü müdafiə batalyonunda sıravi döyüşçü kimi döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin avqust ayında Ağdərə istiqamətində olduğu avtomobilin minaya düşməsi nəticəsində ağır kontuziya (yüngül xarici zədə və ağır qapalı kəllə beyin travması) almışdır. Buna dair Müdafiə nazirliyinin mərkəzi həkim komissiyasının qərarı vardır. Sonradan bu travmalar ağırlaşma verdiyindən 2016-ci ildən yenidən TSEK-in qərarı ilə Qarabağ müharibəsi əlili kimi tanınmışdır. 2021-ci ildə isə cavabdeh tərəfindən heç br hüquqi səbəb gətirilmədən əlilliyinin təyinatı mülki əlillik statusuna keçirilmişdir. İddia ərizəsinə əlavə etdiyi bütün tibbi arayışlara baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir əsaslı dəlil gətirmədən onun müharibə əlili statusunu qaytarmaqdan imtina edir. Bu səbəbdən də, hesab edir ki, məhkəmə tərəfindən hüquqları bərpa edilməli, ona müharibə əlili statusuna uyğun əlillik təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi" tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: ümumi xəstəlik, “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N30-N39 - Sidik sisteminin digər xəstəlikləri => N39 - Sidik-ifrazat sisteminin digər xəstəlikləri => N39.8 - Sidik-ifrazat sisteminin digər də...; Diaqnozun mətni: Xr. qlamerulonefrit. nefrotik forma, tez-tez kəskinləşmələrlə. Diabetik angiopatiya. Postravmatik ensefalopatiya. xr. obstruktiv bronxit. Keçirilmiş KBT-nın qalıq əlamətləri. К/d hipertenziya ilə. Şəkərli diabet İİ tip. orta ağlr gedişli. xr. faringit. ANS; Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2. Xr. qlamerulonefrit. nefrotik forma, tez-tez kəskinləşmələrlə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar.Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri,sol əlin və sağ ayağın kobud çapıq toxumaları.Postkontuzion sindrom.Postravmatik ensefalopatiya tez-tez baş verən vegetativ damar krizləri,kəllə daxili təzyiq daimi baş ağrıları ilə.Nevrasteniya.Oynaqların kontrakturası.Sağ diz oynağının kontrakturası; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə.OUdiabetik angiopatiya Dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, . Qabarıq astenonevrotik sindrom,tez-tez baş verən vegetativ-damar krizləri ilə Xroniki böyrək xəstəliyi İİ mərhələ; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15-E16.1 ,E22.0-E22.1,E23.0-E23.2,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0529003AAGYL nömrəli göndərişi DTSERA əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS **********4). Növbəti əlillik təyinatının səbəb-əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 470 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın tüklü hissəsinin, sol əlin, sağ ayaq nahiyyəsinin əzilmiş, cırılmış avtoqəza yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan əziyyət çəkdiyini ifadə etmiş, Romberqdə yüngül səndəlləmə, kəllə-beyin sinirləri tərəfdən burun- dodaq bucağında assimmetriya, astenik əlamətlər izlənilmişdir. Nevroloji sınaqları rahat yerinə yetirmiş, ünsiyyətə adekvat qoşulmuş, intellektual-mnestik funksiyaları yaşına uyğun, ətraflarda reflekslər canlı çağrılmış, əzələ gücü 4,5-5,0 bal və tonusu normal qiymətləndirilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiya SpO2 98%, ürək döyüntülərinin sayı 88 vurğu olmuş, aşağı ətraflarda periferik zəif nəbz, aşağı ətraflarda xroniki angio-neyropatik əlamətlər, dəri hərarətinin enməsi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdınimiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx002 saylı, 15 fevral 2016-cı il tarixli qərarının surətindən görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar; keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, sol əlin və sağ ayağın kobud çapıq toxumaları; postkontuzion sindrom; postravmatik ensefalopatiya tez-tez baş verən vegetativ damar krizləri; kəllə daxili təzyiq daimi baş ağrıları ilə; nevrasteniya; oynaqların kontrakturası; sağ diz oynağının kontrakturası” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 470 saylı, xx.xx.2010-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı hərbi xidmət keçərkən, xx.xx.1992-ci ildə aldığı və N saylı hərbi hissədə xx.xx.1992-ci ildə ambulator qaydada müayinə və malicə olunduğu tavma – diaqnoz “Başın tüklü hissəsinin, sol əlin, sağ ayaq nahiyyəsinin əzilmiş, cırılmış avtoqəza yarası”, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 05 mart 2021-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə; OU-diabetik angiopatiya , dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar; qabarıq asteno-nevrotik sindrom; tez-tez baş verən vegetativdamar krizləri ilə; xorniki böyrək xəstəliyi ikinci mərhələ” diaqnozları ilə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞnin T 495/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişlərdə qeyd edilən “Keçirilmiş QKBT-nm davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya, qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə, sağ diz oynağının kontrakturası, şəkərli diabet tip İİ, orta ağır gedişli, sol əlin və sağ ayağın kobud çapıq toxumaları. OU-tor qişanın hipertonik angiopatiyası, xroniki konyuktivit (T90; F07.2; M24.5; El 1.7; L90; H35.8)” diaqnozlara hazırda da rast gəlinir, yəni o, həmin xəstəliklərdən əziyyət çəkir.“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə İddiaçı təyin edilmiş ikinci dərəcə əlillikilə əlaqədar müşahidə olunmuş xəstəliklər (başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar, keçirilmiş qapalı kəllə- beyin travmasınm davamlı qalıq əlamətləri, sol əlin və sağ ayağın kobud çapıq toxumaları, postkontuzion sindrom, posttravmatik ensefalopatiya tez-tez baş verən vegetativ damar krizləri, kəllədaxili təzyiq daimi bagağrıları ilə, nevrasteniya, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası, 2.2 ikinci dərəcəli əlillik -qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçaıpan vegetativ və hərəki-koordİnator funksiyasının pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin mütxəlif mənşəli xəstəlikləri) onda hazırda da müşahidə olunur. Vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə zamanı Forma 088 göndərişində qeyd edilmiş (XBT İV sinif - endokrin sistemin xəstəlikləri, maddələr - El0-E14 - şəkərli diabet; Eli- insulindən asılı olmayan şəkərli idabet; insulindən asılı olmayan şəkərli diabet gözlərin zədələnməsi ilə; OUdiabetik angiopatiya dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, qabarıq asteno-nevtorik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə xroniki böyrək xəstəliyi İİ mərhələ) xəstəlikləri meyarların 2.2 ikinci dərəcə əlillik - 2.2.7. maddəsindəki xəstəliklərin əhatə dairəsinə uyğun olduğundan ikinci dərəcəli əlillik təyin edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarların ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 05 mart 2021-ci il tarixli və 01 avqust 2022-ci il tarixli, № **********8 saylı qərarlar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya 2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək isə “başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar; keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, sol əlin və sağ ayağın kobud çapıq toxumaları; postkontuzion sindrom; postravmatik ensefalopatiya tez-tez baş verən vegetativ damar krizləri; kəllə daxili təzyiq daimi baş ağrıları ilə; nevrasteniya; oynaqların kontrakturası; sağ diz oynağının kontrakturası” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan tərəfindən keçirilən növbəti 05 mart 2021-ci il tarixli müayinə zamanı isə iddiaçıya “insulinən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə; OU-diabetik angiopatiya , dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar; qabarıq asteno-nevrotik sindrom; tez-tez baş verən vegetativ-damar krizləri ilə; xorniki böyrək xəstəliyi ikinci mərhələ” diaqnozları ilə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilməsi qərara alınmışdır. İddiaçı bundan sonra ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə onun müraciətini təmin etməyərək, iddiaçıya 01 avqust 2022-ci il tarixli, № **********8 saylı qərarı ilə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilməsi barədə 05 mart 2021-ci il tarixli qərarı qüvvədə saxlamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 470 saylı, xx.xx.2010-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı hərbi xidmət keçərkən, xx.xx.1992-ci ildə aldığı və N saylı hərbi hissədə xx.xx.1992-ci ildə ambulator qaydada müayinə və malicə olunduğu tavma – diaqnoz “Başın tüklü hissəsinin, sol əlin, sağ ayaq nahiyyəsinin əzilmiş, cırılmış avtoqəza yarası”, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” Bundan əlavə cavabdehin imtinasının əsası kimi göstərdiyi dəlillərin araşdırılması zərurəti yarandığından, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1923/2023 saylı qəraradı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin T 495/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişlərdə qeyd edilən “Keçirilmiş QKBT-nm davamlı i qalıq əlamətləri, posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya, qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə, sağ diz oynağının kontrakturası, şəkərli diabet tip İİ, orta ağır gedişli, sol əlin və sağ ayağın kobud çapıq toxumaları. OU-tor qişanın hipertonik angiopatiyası, xroniki konyuktivit (T90; F07.2; M24.5; El 1.7; L90; H35.8)” diaqnozlara hazırda da rast gəlinir, yəni o, həmin xəstəliklərdən əziyyət çəkir.“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə İddiaçı təyin edilmiş ikinci dərəcə əlillikilə əlaqədar müşahidə olunmuş xəstəliklər (başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar, keçirilmiş qapalı kəllə- beyin travmasınm davamlı qalıq əlamətləri, sol əlin və sağ ayağın kobud çapıq toxumaları, postkontuzion sindrom, posttravmatik ensefalopatiya tez-tez baş verən vegetativ damar krizləri, kəllədaxili təzyiq daimi bagağrıları ilə, nevrasteniya, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası, 2.2 ikinci dərəcəli əlillik -qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçaıpan vegetativ və hərəki-koordİnator funksiyasının pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin mütxəlif mənşəli xəstəlikləri) onda hazırda da müşahidə olunur. Vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə zamanı Forma 088 göndərişində qeyd edilmiş (XBT İV sinif - endokrin sistemin xəstəlikləri, maddələr - El0-E14 - şəkərli diabet; Eli- insulindən asılı olmayan şəkərli idabet; insulindən asılı olmayan şəkərli diabet gözlərin zədələnməsi ilə; OUdiabetik angiopatiya dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, qabarıq asteno-nevtorik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə xroniki böyrək xəstəliyi İİ mərhələ) xəstəlikləri meyarların 2.2 ikinci dərəcə əlillik - 2.2.7. maddəsindəki xəstəliklərin əhatə dairəsinə uyğun olduğundan ikinci dərəcəli əlillik təyin edilmişdir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla halhazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və hərbi həkim komissiyası tərəfindən iddiaçı “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Belə olan halda cavabdeh orqanın iddiaçı tərəfindən iddiaçının əlilliyin səbəbinin məhz “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunmamasını əsassız hesab edir. İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva