Məhkəmə qərarları › İş №2-1(118)-1925/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1925/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1925/2021 18.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt Bələdiyyəsinə qarşı “iddiaçı ilə torpağa dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin üzərinə qoyulması və digər Cavabdeh1 iddiaçının bağdan istifadəsinə maneçilik törətməsinin qadağan edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt Bələdiyyəsinə qarşı iddia qaldıraraq “iddiaçı ilə torpağa dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin üzərinə qoyulması və digər Cavabdeh1 iddiaçının bağdan istifadəsinə maneçilik törətməsinin qadağan edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Kompressorlar zavodunun yaxınlığında 1991-ci ildə ümumi sahəsi, 9,5 sot olan boş torpaq sahəsini tutaraq orada abadlıq işləri aparmış, çoxlu sayda ağaclar və müxtəlif növ meyvə ağacları əkmişdir. Həmin torpaq sahəsinin ətrafına hasar çəkmiş, su, işıq xətləri çəkdirmişdir. Hazırda min bir əziyyətlə saldığı bağda ağaclar bar verir. İddiaçının istifadəsində olan torpaq sahəsindən başqa ətrafda da belə sahələr vətəndaşlar tərəfindən tutularaq istifadə olunur. İddiaçı və həyat yoldaşı ağır xəstəliyə tutulduğundan cavabdeh qardaşı oğlu Cavabdeh1 xəstəliklərindən istifadə edərək torpaq sahəsini əllərindən almağa çalışır. Cavabdehin həmin bağ sahəsinə heç bir aidiyyatı yoxdur, 30 ilə yaxın istifadəsində olan bağ sahəsində 1 ədəd də olsa ağac əkməmişdir, iş görməmişdir, indi isə hazıra nazir olmaq istəyir. O, dəfələrlə bağ sahəsinin qıfılını qırmış, sonuncu dəfə isə bağın giriş qapısını sökərək aparmışdır. Onun bu qanunsuz hərəkətlərinin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə və digər hüquq mühafizə orqanlarına müraciət etsə də müraciətlərinin heç bir nəticəsi olmamışdır. Uzun müddətdir ki, istifadəsində olan həmin torpaq sahəsinin adına sənədləşdirilməsini Sumqayıt şəhər Bələdiyyəsindən xahiş etsə də ona bildirilmişdir ki, hazırda həmin torpaq sahəsi mübahisəli olduğu üçün adına sənədləşdirilmə aparıla bilməz. Yalnız məhkəmə qərarı ilə cavabdehlə mübahisə həll edildikdən sonra həmin torpaq sahəsi adına rəsmiləşdirilə bilər. Həmin torpaq sahəsinin 30 ildən çoxdur ki, istifadəsində olduğunu təsdiq edən şahidləri və sənədlər vardır. iddiaçı onu da qeyd edir ki, 2-ci qrup əlildir, himayəsində azyaşlı övladı var. Həyat yoldaşı da ağır şəkər xəstəsidir, heç bir yerdə işləmir, həmin bağ sahəsi onların yeganə gəlir yeridir. Buna görə də böyük çətinliklərlə əmələ gətirdiyi torpaq sahəsinin adına sənədləşdirilməsinə zərurət vardır. Çünki iddiaçı kimi 1988-ci ildən bəri torpaq sahəsi tutmaqla istifadə edən bütün vətəndaşların adına Sumqayıt Bələdiyyəsi tərəfindən rəsmi sənədləşdirmə aparılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iş üzrə iddiaçı onunla torpağa dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin üzərinə qoyulması və digər Cavabdeh1 iddiaçının bağdan istifadəsinə maneçilik törətməsinin qadağan edilməsini istəyir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Eyni zamanda müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbini ikinci hissədə fiziki şəxsə qarşı yönəltmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsə qarşı iddia qaldıraraq Cavabdeh1 iddiaçının bağdan istifadəsinə maneçilik törətməsinin qadağan edilməsini tələb edir ki, inzibati məhkəmə icraatı qaydasında bu cür iddialara baxılması nəzərdə tutulmamışdır. İddiaçıya izah edilsin ki, inzibati aktın qəbul ediməsi tələbi ilə inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilər. Ama bu zaman torpaq sahəsindən istifadədə mübahisənin olması iddianın uğurluluq ehtimalı baxımından nəzərə alınmalıdır. Bundan əlavə iddiaçı digər şəxslərlə bağlı mübahisələrlə əlaqədar mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar