Məhkəmə qərarları › İş №2-1(118)-1926/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1926/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1926/2021 08.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Oruclu Nurlan Zöhrab oğlu katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı qanunsuz və əsassız olaraq işdən azad edildiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinnin rəisi mayor Anar Əlibəyov tərəfindən verilmiş 110 saylı, 30.08.2021-ci il tarixli əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunana kimi məcburi iş buraxma dövrünə görə almadığı əmək haqqının tam şəkildə ödənilməsi, qanunsuz işdən çıxarılması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun, həmçinin məhkəmə xərci olaraq ödədiyi 75 manat məbləğində (50 manat mediasiya xidmətinə və 25 manat sənədlərin notariatda təsdiqinə görə) pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı iddia qaldıraraq qanunsuz və əsassız olaraq işdən azad edildiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinnin rəisi mayor Anar Əlibəyov tərəfindən verilmiş 110 saylı, 30.08.2021-ci il tarixli əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunana kimi məcburi iş buraxma dövrünə görə almadığı əmək haqqının tam şəkildə ödənilməsi, qanunsuz işdən çıxarılması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun, həmçinin məhkəmə xərci olaraq ödədiyi 75 manat məbləğində (50 manat mediasiya xidmətinə və 25 manat sənədlərin notariatda təsdiqinə görə) pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və hazırlıq iclası üzrə iclas təyin edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və onun tələbi aydınlaşdırılmışdır. İddiaçı iddiasına olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinnin rəisi mayor Anar Əlibəyov tərəfindən verilmiş 110 saylı, 30.08.2021-ci il tarixli əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunana kimi məcburi iş buraxma dövrünə görə almadığı əmək haqqının tam şəkildə ödənilməsi, qanunsuz işdən çıxarılması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun, həmçinin məhkəmə xərci olaraq ödədiyi 75 manat məbləğində (50 manat mediasiya xidmətinə və 25 manat sənədlərin notariatda təsdiqinə görə) pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarından da göründüyü kimi, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı işdə iddiaçının mübahisələndirdiyi əmr Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatında mənzil istismar sahələri inzibati orqan kimi müəyyən edilməmişdir və həmin orqanda işləyən şəxslər də dövlət qulluqçusu statusuna malik deyildirlər. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Yuxarıda qeyd edilən hüquq normalarının məcmusundan göründüyü kimi mənzil istismar sahələri dövlət orqanı olmamaqla yanaşı, həmin qurumun işçiləridə dövlət qulluqçusu statusuna malik deyildirlər. Ali məhkəmənin yuxarıda adı qeyd olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusu olmayan şəxslərlərlə işə götürən orqan arasındakı mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Onlar arasındakı əmək mübahisələri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənməli olan hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmənin araşdırma predmetinə aiddir. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tələbi ilə bağlı ümumi (rayon, şəhər) məhkəmələrə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə qarşı qanunsuz və əsassız olaraq işdən azad edildiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinnin rəisi mayor Anar Əlibəyov tərəfindən verilmiş 110 saylı, 30.08.2021-ci il tarixli əmrin ləğv edilməsi və onun tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunana kimi məcburi iş buraxma dövrünə görə almadığı əmək haqqının tam şəkildə ödənilməsi, qanunsuz işdən çıxarılması ilə əlaqədar ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun, həmçinin məhkəmə xərci olaraq ödədiyi 75 manat məbləğində (50 manat mediasiya xidmətinə və 25 manat sənədlərin notariatda təsdiqinə görə) pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar