Məhkəmə qərarları › İş №2-1(118)-1927/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1927/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1927/2023 17.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 1984-cü il tarixdən sahiblik və istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 1248 saylı 1500 kv m bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövət reyestrində qeydə almaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1984-cü il tarixdən sahiblik və istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 1248 saylı 1500 kv m bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövət reyestrində qeydə almaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi, 1248 saylı 1500 kv m bağ torpaq sahəsi 1984-cü il tarixdən iddiaçının istifadəsində və sahibliyindədir. Torpaq sahəsində həmin dövrlərdə fərdi yaşayış evi tikdirərək orada ailəsi ilə birlikdə yaşayır. xx.xx.2002-ci il tarixdən "xxxx" ASC ilə abonent müqaviləsi bağlayaraq işıq ilə təchiz edilmişdir. Hal-hazırda da işıq sayğacına uyğun olaraq istehlak edilmiş işığın dəyərini vaxtlı-vaxtında ödəyir.xx.xx.2005-ci il tarixdən “Azərsu" ASC ilə abonent müqaviləsi bağlayaraq sıı ilə təchiz edilmiş, hal-hazırda heç bir borcu yoxdur. xx.xx.2010cu il "xxxx" ASC ilə abonent müqaviləsi bağlayaraq su ilə təchiz edilmişdir. Bundan başqa torpaq sahəsinə dair 1984-cü il tarixdən bu günə kimi bağ torpaq sahəsinə görə vergi borcunu vaxtlı-vaxtında ödəmiş və bu günə kimi heç bir məbləğdə vergi borcu mövcud deyildir. Lakin bu yaxınlarda 1984-cü il tarixdən sahiblik və istifadəsində olan torpaq sahəsinə dair çıxarış alınması üçün cavabdeh İdarəyə müraciəti əsasında cavab olaraq ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildrmişdir ki, İddiaçı adına Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 1248 saylı bağ torpaq sahəsinin arxiv sənədlərinin olub-olmamasına dair məlumat verlməsı və həmin torpaq sahəsi üzərinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’ publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır.Bununla əlaqədar olaraq iddiaçının nümayəndəsi X4 bildirilmişdir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 1248 saylı bağ torpaq sahəsinin İddiaçı adına olması barədə məlumat aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi G.Xanlarzadə iddia tələbini qəbul etmədi və iddia ərizəsinə etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: -002759 seriyalı vəsiqədən görünür ki, X3 müharibə veteranı adı və statusuna malikdir. -"xxxx" ASC və "xxxx" tərəfindən verilmiş arayışlardan görünür ki, X1 həmin idarələrdə abonent qeydiyyatı vardır. - Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhər Novxanı bağlar ərazisi 1248 saylı 1500 kv m bağ sahəsi 1984-cü il tarixdən X1 və həmin torpaq sahəsinə vergi borcu onun tərəfindən ödənilmişdir.xx.xx.2023-cü il tarixədək Sumqayıt Novxanı bağlar ərazisi 1248 saylı 1500 kv m bağ sahəsinə görə torpaq vergi borcu yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işüzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoterka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1 hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2 torpaq sahəsinin planı və ölçüsü; -10.2.3 torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; -10.2.4 dövlət rüsumunun ödənilməsi barədə sənəd. xx.xx.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas ola biləcək hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın İddiaçı 0,15 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar