Məhkəmə qərarları › İş №2-1(118)-1929/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1929/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1929/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı “AAAF-İnşaat MMC-nin nümayəndələri X2 və X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “AAAF-İnşaat MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.05.2017-ci il tarixli **********049424 saylı Səyyar vergi yoxlaması Aktının nəticələrinə görə 10.05.2017-ci il tarixdə (aktın tərtib edilməsindən 8 gün əvvəl) qəbul edilmiş **********23094011 saylı qərarla Vergi Məcəlləsinin 49.1 və 49.2-ci maddəsi pozulduğuna görə həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 18.05.2017-ci il tarixli **********049424 saylı səyyar vergi yoxlaması aktının əsasında qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı “AAAF-İnşaat MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.05.2017-ci il tarixli **********049424 saylı Səyyar vergi yoxlaması Aktının nəticələrinə görə 10.05.2017-ci il tarixdə (aktın tərtib edilməsindən 8 gün əvvəl) qəbul edilmiş **********23094011 saylı qərarla Vergi Məcəlləsinin 49.1 və 49.2-ci maddəsi pozulduğuna görə həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 18.05.2017-ci il tarixli **********049424 saylı səyyar vergi yoxlaması aktının əsasında qəbul edilmiş qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə təqdim edərək 10.05.2017-ci il tarixli **********23094011 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların mübahisələndirilməsinə dair iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10.05.2017-ci il tarixli, **********23094011 saylı qərar "xxxx" MMC-nin rəhbəri Ruslan Xanverdiyevə imza etdirilməklə təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizəsini müdafiə edərək hazırki işə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçının nümayəndələrinə hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ərizə təqdim edərək cavabdeh vergi orqanı ilə aralarında yazışmalar aparıldığı və aktiv münasibətlər olduğundan buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi X5 ərizənin təmin edilib, buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yazışmaların aparılması sözügedən qərarın məhkəmə də mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz və buna görə də iddiaçının müddətin bərpası ilə bağlı göstərdiyi dəlillər həmin müddətin bərpası üçün əsas hesab oluna bilməz. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.05.2017-ci il tarixli, **********23094011 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri bilir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi qərar 10.05.2017-ci il tarixdə qəbul edilmişdir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi onun həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur, lakin buna baxmayaraq qanunvericilikdə müəyyən olunmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarın iddiaçının nümayəndəsinə imza etdirməklə təqdim edildiyini bildirmiş, iddiaçı isə bunun əksini sübut edəcək hər hansı bir əsası məhkəməyə təqim etməmişdir. Eyni zamanda onun tərəfindən sözügedən qərarın mübahisələndirilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, onun müddətin bərpa ilə bağlı ərizəsi də məhkəmə tərəfindən təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “AAAF-İnşaat MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.05.2017-ci il tarixli **********049424 saylı Səyyar vergi yoxlaması Aktının nəticələrinə görə 10.05.2017-ci il tarixdə (aktın tərtib edilməsindən 8 gün əvvəl) qəbul edilmiş **********23094011 saylı qərarla Vergi Məcəlləsinin 49.1 və 49.2-ci maddəsi pozulduğuna görə həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 18.05.2017-ci il tarixli **********049424 saylı səyyar vergi yoxlaması aktının əsasında qəbul edilmiş qərarın ləğv edilməsi”nə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: “AAAF-İnşaat MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.05.2017-ci il tarixli **********049424 saylı Səyyar vergi yoxlaması Aktının nəticələrinə görə 10.05.2017-ci il tarixdə (aktın tərtib edilməsindən 8 gün əvvəl) qəbul edilmiş **********23094011 saylı qərarla Vergi Məcəlləsinin 49.1 və 49.2-ci maddəsi pozulduğuna görə həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 18.05.2017-ci il tarixli **********049424 saylı səyyar vergi yoxlaması aktının əsasında qəbul edilmiş qərarın ləğv edilməsi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar