Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1930/2024 05.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Kamal qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən qeydə alınmış xx.xx.2001-ci il tarixli, 16 saylı nikah, xx.xx.2006-cı i tarixli, 03 saylı nikahın pozulması və xx.xx.2011-ci il tarixli, 984 saylı atalığın müəyyən olunması haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qeydə alınmış qeydi xx.xx.2001-ci il tarixli, 16 saylı nikah, xx.xx.2006-cı il tarixli, 03 saylı nikahın pozulması və xx.xx.2011-ci il tarixli, 984 saylı atalığın müəyyən olunması haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X6 ilə arasında bağlanmış nikah 01 noyabr 1999-cu il tarixdə Cavabdeh tərəfindən qeydə alınmışdır. Bir müddət sonra 2001-ci ildə nikah şəhadətnaməsini itirdikləri üçün təkrar nikah haqqında şəhadətnamənin alınması məqsədi ilə Cavabdehnə müraciət etmişlər. Onlar nikahı haqqında akt qeydini tapmadıqları üçün yenidən xx.xx.2001-ci il tarixli, 16 saylı akt qeydi ilə nikahları qeydə alınmışdır. Yaranmış zidiyyətin aradan qaldırılması üçün qeyd olunan nikaha xx.xx.2006-cı il tarixli, 03 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən Cavabdeh tərəfindən xitam verilmişdir. Nikahları pozularkən nikah ittifaqlarını sonlandırmaq fikirləri olmamış, yalnız təkrar aktı ləğv etdirmək istəyində olmuşlar. Bunun sübutu kimi xx.xx.2006-cı ildə doğulmuş övladları İsrailin doğumunu göstərə bilərlər. Oğlu İsrailin doğumu Cavabdeh xx.xx.2011-ci il tarixli, 1808 saylı akt qeydinə əsasən qeydə alınmışdır. Nikahları pozulduğu üçün İsrail barəsində xx.xx.2011-ci il tarixli, 984 saylı X4 atalığının müəyyən edilməsi qeydiyyata alınmışdır. Halbuki, onların ikin nikahları qüvvədə olmuşdur. İddiaçı İzrail səfirliyinə viza alınması üçün müraciət etsə də, sənədlərdəki yanlışlıq səbəbindən dəfələrlə imtina olunmuş, çünki xx.xx.1999-cu ildən rəsmi nikahları olmasına baxmayaraq xx.xx.2001-ci ildə Cavabdeh tərəfindən təkrarən nikah haqqında akt qeydi tərtib edilmişdir. Bir sözlə sənədləşməmdə olan yanlışlığa görə bu günə qədər iddiaçıya viza verilmir və məcbur qalaraq Cavabdeh tərəfindən təkrar qeydə alınmış xx.xx.2001-ci il tarixli, 16 saylı nikah haqqında akt qeydini, onun əsasında tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 03 saylı nikahın pozulması haqqında akt qeydini və xx.xx.2011-ci il tarixli, 984 saylı qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydləri ləğv edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddia tələbibi dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan : -AZ-İİ №498729 nömrəi nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı 01 noyabr 1999-cu il tarixdə nikaha daxil olmuşlar. -AZ-İ № 388899 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X2 arasındakı nikah tərəflərin birgə ərizələrinə əsasən 09 yanvar 2006-cı il tarixdə pozulmuşdur. - Məhkəmənin sorğusuna cavab olaraq Quba rayon Məhkəməsi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Quba Rayon Məhkəməsinin 0808.2010-cu il tarixli, 2(027)-860/2010 saylı qətnaməsi əsasında X1 “Abramov” soyadına dəyişdirilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 ilə X6 arasında 06 mart 2001-ci il tarixli, 16 saylı nikahın bağlanması, 09 yanvar 2006-cı i tarixli 03 saylı nikahın pozulması və X9 barəsində 22 noyabr 2011-ci il tarixli 984 saylı atalığın müəyyən olunması haqqında akt qeydlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, akt qeydlərinin aparılması üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (23). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və X7 01 noyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikah qüvvədə olduğu halda onların nikaha daxil olmaları barədə 06 mart 2001-ci il tarixdə yenidən akt qeydi tərtib edilmiş, daha sonra yaranmış ziddiyyətin aradan qaldırılması ilə bağlı nikahın pozulması barədə akt qeydi tərtib edilmişdir. Onların birgə nikahından doğulmuş uşaq xx.xx.1999-cu il tarixli nikah qüvvədə olduğu müddətdə doğulmasına baxmayaraq sonrakı nikahın pozulması səbəbi ilə uşağın barəsində atalığın müəyyən edilməsi barədə akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, ləğv olunması tələb edilən akt qeydlərinin hansı əsasla tərtib edildiyi müəyyən olunmadığından və ilkin doğum haqqında qeydi qüvvədə olduğundan iddia tələbi təmin edilərək xx.xx.2001-ci il tarixli, 16 saylı nikah, xx.xx.2006-cı il tarixli, 03 saylı nikahın pozulması və xx.xx.2011-ci il tarixli, 984 saylı atalığın müəyyən olunması haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən qeydə alınmış xx.xx.2001-ci il tarixli 16 saylı nikah, xx.xx.2006-cı il tarixli 03 saylı nikahın pozulması və xx.xx.2011-ci il tarixli 984 saylı atalığın müəyyən olunması haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1930/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1930/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver