Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1937/2023 03.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı iş üzrə “31 dekabr 1954-cü ildə Şamaxı rayonun Çarhan kəndində anadan olmuş X3 doğum faktının təsdiq edilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının Məmmədova, adının Bəsirə, atasının adının Nəbi kimi qeyd olunması, doğum haqqında şəhadətnamənin ata qrafasında atasının soyadının Məmmədov, adının Nəbi, atasının adının isə Abdulməhəmməd, anasının soyadının Məmmədova, adının Nazlı və atasının adının Soltan kimi göstərilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 31 dekabr 1954-cü ildə Şamaxı rayonun Çarhan əndində anadan olmuşdur. X1, anası isə X6 olmuşdur. Valideynlərinin hər ikisi vəfat etmişdir. Anadan olan tarixdə valideynləri doğum haqqında şəhadətnamə almamışdır. Beləki valideynləri köçəri (tərəkəmə) həyat keçirmiş, daimi oturaq yerləri olmamışdır. Valideynlərinin 10 uşağı olmuşdur. Buna görə də anası X4 SSRİ Ali Sovetinin 30 noyabr 1967-ci il tarixli fərmanına əsasən “Qəhrəman ana” adı verilmişdir. İddiaçıya doğum haqqında şəhadətnamə verilmədiyi üçün şəxsiyyət əsiqəsi almamışam. Halhazırda Şamaxı rayonunun Hacı Məmmədov küçəsi, ev 57-də yaşayır. Həmin ev mərhum atasına məxsusdur. Hal-hazırda 68 yaşı var. Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün yaşa görə əmək pensiyası və yaxud müavinət ala bilmir. Bu səbəbdən də doğum faktının təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun 31 dekabr 1954-cü ildə Şamaxı rayonun Çarhan kəndində anadan olmağını və atasının X2, anasının isə X6 olmasını şahidlər təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının şəxsiyyətini müəyyən edən hər hansı bir sənəd təqdim edilməmiş, iddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı 31 dekabr 1954-cü ildə Şamaxı rayonun Çarhan kəndində anadan olmuş X3 doğum faktının təsdiq edilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının Məmmədova, adının Bəsirə, atasının adının Nəbi kimi qeyd olunması, doğum haqqında şəhadətnamənin ata qrafasında atasının soyadının Məmmədov, adının Nəbi, atasının adının isə Abdulməhəmməd, anasının soyadının Məmmədova, adının Nazlı və atasının adının Soltan kimi göstərilməsini istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Bunun nəticəsinə uygun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Bundan başqa izah edilsin ki, doğum haqqında akt qeydi mövcud olmadığı halda inzibati məhkəmə icraatı qaydasında hüquq müdafiə vasitəsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1937/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1937/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver