Məhkəmə qərarları › İş №2-1(118)-1938/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1938/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1938/2021 23.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X3 22 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsinə dair "Ölüm haqqında şəhadətnamə"nin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəmədə Cavabdehnə qarşı iddia qaldıraraq, X3 22 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsinə dair "Ölüm haqqında şəhadətnamə"nin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, onunla X6 ilə aralarındakı nikahı 25 oktyabr 2016-cı il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 228 saylı akt qeydi ilə rəsmiləşdirərək ailə qurmuşdurlar. Birgə nikahlarından 19 iyul 2017-ci ildə X12 və 19 noyabr 2018-ci ildə X9 anadan olmuşdur. Ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 54, blok 3, mərtəbə 5, mənzil 184-də yaşayırlar. Rəsulov İddiaçı Nərminə İsaxan qızı ilə mobil telefonla əlaqə saxlamış, Nərminə başının bərk ağrıdığını bildirmiş, iddiaçı isə Nərminəyə təcili həkim çağırmasını demiş, Nərminə isə etiraz edərək səhər bilrikdə həkimə getmələrini təklif etmişdir. Səhər saatlarında işdən evə qayıdan zaman mənzilə daxil olduqda uşaqları ağlayaraq qapıya gəlmiş, analarının yuxudan oyanmadığını bildirmişlər. İddiaçı yataq otağına girərək arvadı Nərminənin ağzı üstə yataqda uzandığını görmüş, Nərminəni yataqdan qaldıran zaman isə Nərminənin artıq vəfat etdiyini müəyyən etmişdir. Bundan sonra Abşeron rayon X4 və X2 zəng edərək həkim çağırmış, 22 iyun 2021-ci il tarixdə saat 10:30 radələrində həkimlər gələrək Nərminə Rəsulovanın meyidinə baxış keçirilmiş və 22 iyun 2021-ci il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir. Eyni zamanda, Abşeron rayon prokurorluğunun əməkdaşları, habelə Məhkəmə-Tibbi Eksperti də hadisə yerinə gəlmiş, müvafiq baxış keçirilmiş, müayinə edilmişdir. İş üzrə Abşeron rayon prokurorluğunda faktla bağlı araşdırma aparılmış, Abşeron rayon prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X10 cinayət işinin başlamanın rədd edilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərarı ilə X3 uzun müddətdir ki, əziyyət çəkdiyi hipertoniya (beyin təzyiqi) xəstəliyindən vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Toplanmış sənədləri və izahatları müəyyən şəkildə təhlil edilərək sonuncunun ölümündə kənar şəxslərin qəsdi və ehtiyatsızlığının, mərhumun hər hansı bir şəxs və ya şəxslərlə ədavət və düşmənçiliyinin olmaması, incidilməməsi, hər hansı fiziki zora, insanın şərəf və ləyaqətini alçaldan rəftara məruz qalmaması müəyyən edildiyinə, X3 ölməsi faktında cinayət hadisəsi olmadığına görə 128-C-21 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla arvadı X3 ölümünün səbəbi kimi hipertoniya (beyin təzyiqi) xəstəliyinin olması müəyyən edilmişdir. X14 İsmayıllı rayonu Qəzli ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İddiaçı müvafiq sənədləri toplayaraq “Ölüm haqqında şəhadətnamə” alınması üçün Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etsə də, şöbənin 06 avqust 2021-ci il tarixli 05-Q- 1615/15 saylı məktubu ilə “Ölüm haqqında tibbi şəhadətnamə” olmadığı üçün “Ölüm haqqında şəhadətnamə” verilməsindən imtina olunmuş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Bununla əlaqədar olaraq lazımi sənədləri toplayaraq Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, məhkəmənin 20 avqust 2021-ci il tarixli 2(102)- 4902/2021 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə “ölüm faktının müəyyən edilməsi” barədə ərizənin icraata götürülməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı “Ölüm haqqında şəhadətnamə” verilməsi üçün Cavabdehnə müracət etsə də, şöbənin 28 avqsut 2021-ci il tarixli 05/Q-1196/15 saylı məktubu ilə “ölüm haqqında tibbi şəhadətnamə” təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. İddiaçı yenidən Abşeron Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmənin 06 sentyabr 2021-ci il tarixli 2(012)-5180/2021 saylı qərardadı ilə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və müvafiq qaydada inzibati məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda ailə başçısının itirilməsinə görə pensiya təyin olunması üçün müraciət etmişdir. Lakin arvadının “ölüm haqqında şəhadətnamə”si olmadığı üçün azyaşlı uşaqları pensiya hüququndan, həmçinin, digər hüquqlardan məhrum olmuşlar. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya münasibətində bildirmişdir ki, İddiaçı 27.08.2021-ci il tarixdə Cavabdehnə arvadı X3 ölümünün qeydə alınması üçün müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasına əsasən : 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Abşeron rayon prokurorluğunun cinayət işinin başlanılmasından rədd edilməsi barədə 02 iyul 2021-ci il tarixli qərarı ilə X3 uzun müddətdir ki, əziyyət çəkdiyi hipertoniya (beyin təzyiqi) xəstəliyindən vəfat etməsi faktı ilə bağlı cinayət hadisəsi olmadığından 128- C-21 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. X1 Abşeron rayon prokurorluğunun cinayət işinin başlanılmasından rədd edilməsi barədə 02 iyul 2021-ci il tarixli qərarı ilə hipertoniya (beyin təzyiqi) xəstəliyindən ölməsi faktı təsdiq olunmuşdur. İş materiallarına Abşeron rayon X5 və X8 Stansiyası tərəfindən verilmiş Xəbərdarlıq vərəqəsi də əlavə edilmişdir. Qeyd olunanlardan göründüyü kimi X3 ölüm səbəbi məlumdur. (hipertoniya (beyin təzyiqi)). Məhkəmə hesab edir ki, sadalanan hallar və təqdim edilmiş sübutlar iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 22 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsinə dair "Ölüm haqqında şəhadətnamə"nin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 22 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsinə dair "Ölüm haqqında şəhadətnamə"nin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən) apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar