Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1939/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı1, digər İddiaçı2 qanuni nümayəndəsi olan X2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “ünvan 2-də yerləşən 68 nömrəli mənzilin özəlləşdirilmə aktının, həmin mənzilin mərhum İddiaçı1 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair 20.02.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, buna uyğun olaraq 04.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 14.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, 21.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsininin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “ünvan 2-də yerləşən 68 nömrəli mənzilin özəlləşdirilmə aktının, həmin mənzilin mərhum İddiaçı1 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair 20.02.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, buna uyğun olaraq 04.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 14.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, 21.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsininin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli **********97 saylı, 13 avqust 2021-ci il tarixli arayışda bildirilir ki, ünvan 1 ünvanında yerləşən 68 saylı mənzilə dair 20.02.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 04.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 14.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və 21.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə 26.07.2021-ci il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddiaçı1 Əzizağa oğlu babaları 25 mart 2018-ci ildə dünyasım dəyişib. Bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsində ölüm haqqında 22 may 2018-ci il tarixli 118 nömrəli akt qeydi tərtib edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1648/2020 saylı 11 mart 2020-ci il tarixli qətnaməsi ilə dövlət əmlakı ələ keçirmiş X3 iddiası təmin edilərək onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. Mənzil özəlləşdirilərkən həmin mənzildə qeydiyyatda olmuşlar və həmin mənzil istifadəsində olan yeganə yaşayış sahəsidir. Həmin mənzil sağlığında mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirilməsi barədə müraciət etməmiş mərhum İddiaçı1 Əzizağa oğlunun adına qanunsuz özəlləşdirildikdən sonra mərhumun miras aktivinə daxil edilmiş, nəticədə X6 qanunsuz yolla qeyd edilən daşınmaz əmlaka mülkiyyət hüququ əldə etmişdir. Mənzilin dövlət reyestrindən çıxarışının ləğv edilməsi ilə İddiaçı1, eləcə də İddiaçı2 dövlət mənzil fondundan yaşayış sahəsi kimi istifadə etmək hüquqları bərpa edilə bilər. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçıların qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili X7 iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhəri 12-ci mkr, ev 34-də yerləşən 68 nömrəli mənzilin özəlləşdirmə aktının, həmin mənzilin mərhum İddiaçı1 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair 20.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən nümayəndə və vəkil X7 eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanda yerləşən 68 saylı mənzilə dair 20 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 04 aprel 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 14 yanvar 2020-ci il tarixli ********** qeydiyyat nömrəli və 21 sentyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə 26 iyul 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 sayli Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciətləri ilə əlaqədar olaraq İddiaçı1 və İddiaçı2 bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etmək İddiaçı1 və İddiaçı2 tövsiyə olunmuş və bu barədə onlara 13 avqust 2021-ci il tarixli **********92 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM–nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Daha sonra həmin qərarda deyilir ki, İPM– nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 saylı 11 mart 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 34-də yerləşən 68 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir və müvafiq qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçıların Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 34-də yerləşən 68 nömrəli mənzilə heç bir subyektiv hüquqları olmadığından, yəni hüquqlarına Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2020 saylı 11 mart 2020-ci il tarixli qətnaməsi ilə xitam verildiyindən hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yaranmamış olur. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan mənzil 10.09.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 və həmin mənzil üzərində Liza Mikayılovanın mülkiyyət hüquqları qeydə alınmışdır. Başqa sözlə desək iddiaçıların hazırkı mənzilə bağlı hər hansı hüquqları mövcud deyil. Bu səbəbdən də iddia tələbi mümkün sayıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçıların hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçıların qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Sumqayıt şəhəri 12-ci mkr, ev 34də yerləşən 68 nömrəli mənzilin özəlləşdirmə aktının, həmin mənzilin mərhum İddiaçı1 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair 20.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1939/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1939/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver