Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1939/2022 16.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlar tərtib edilərək, ona 13.000 (on üç min) manat maliyyə sanskisyası tətbiq edilmişdir. O, barəsində tərtib edilmiş qərarlar ilə razı deyil. Belə ki, 28 sentyabr 2021-ci il tarixində Bakı şəhəri X2 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən Həsənbəy Zərdabi 65 ünvanında yerləşən Dönər evində reyd keçirilib. Orada qonaq olan, az yaşlı 2 nəfər uşağı oranın işçisi kimi qeydə alıb adlarına cərimə yazıblar. Onlar, yəni, Rusif İddiaçı oğlu və Amay Seyidov ora yemək yeməyə gəldikləri halda Vergi işçiləri tərəfindən aldadılaraq işçi kimi qeydiyyata alınıblar. Rusif onun öz oğludur, Amay isə əmi oğlu. Rusif Seyidov və Amay Seyidov da, hər ikisi oraya günorta naharı etmək üçün gəmişlər. X3 Aqrar Universitetinin 1-ci kurs tələbəsidir və halhazırda orada təhsil alır. İddiaçı Vergi İdarəsinin işçiləri orada olanda, bütün yazı-pozuları etdikləri vaxt, yəni, aktı yazdıqları vaxt, orada olmamış, o gələnədək onlar nə yazıb, pozduqlarından xəbəri olmayıb. Ona Vergi İdarəsinin işçiləri də zəng vurub ora gəlməyini deyiblər. İddiaçı ora gələndən sonra isə Vergi İdarəsinin işçiləri bütün yazılanlara son səylə imza atmağına çalışıblar. Lakin o heç bir qanuni anlayışı olmadığı üçün imza çəkmək istəmiş, vergi əməkdaşları ona dedilər ki, bu 10 gün müddətində bütün çatışmazlıqları düzəltməyi üçün olan xəbərdarlıqdır. Vergi işçilərindən biri onun Qobustan rayonundan olduğunu bilmiş, ona demiş ki, o özü də İsmayıllıdandır. Qorxma qol çək, o özü iddiaçıya köməklik edəcəkdir. Amma iddiaçı və iş ortağı Baday Seyidovla X2 üzrə Baş İdarəsində olmuş, bu necə akt tərtib etməkdir? Vergi əməkdaşları aldadıb qol çəkdirir. Ora nahar etməyə gələn övladlarını işçi kimi qeydə alıb, adlarına saxta 13 000 (on üç min) manat cərimə yazılıb. İddiaçı VÖEN nömrəsini 2015-ci ildə almış, amma vöenlə başqa-başqa fəaliyyətlər göstərmiş (yük maşınımla yük daşıma fəaliyyəti göstərmiş (xaltura) etmiş, kənd təsərrüfatı məhsullarının daşınması, satışı və əkilməsi). Təqribi 1 il, il yarım, bəlkə də bir az-çox vöenlə fəaliyyət göstərməmiş, amma hörmətli Namazov müəllim mənim vöen fəaliyyətimi və bu qədər faktları niyə nəzərə almayıb. 2015-dən restoran xidmətləri fəaliyyəti hesab edir. Amma onun vöenində restoran xidmətləri fəaliyyəti təqribi 2021-ci ilin may ayından o sahəyə dəyişdirilib. Bu faktın araşdırılmasını xahiş edir. Dəfələrlə ərizə ilə müraciət etməyinə baxmayaraq, bütün həqiqətlər kölgədə qalıb, heç bir fakt araşdırılmayıb, əksinə İqtisadiyyat Nazirliyi ölkədən çıxışına qadağa qoyacağını bildirib və Şamaxı 4 saylı Ərazi Vergilər İdarəsi Sizə məlum olduğu kimi bizi məhkəməyə verib. Sumqayıt Kommersiya Məhkəməsində işə başlanılıb. Bizə qarşı qərəzli və korrupsiya faktı olan bir aktın ləğv olunması barədə bütün aidiyyatı orqanlara müraciət etməyin baxmayaraq, heç bir nəticəsi olmayıb. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 saylı və **********1827 saylı qərarların ləğv edilməsi barədə şikayət etsə də heç bir nəticə verməmiş, şikayəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı vergi orqanının müvafiq qərarlarından iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən hazırkı iddia ərizəsi məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0454 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məqsəd ilə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən “Alanyalı dönər” obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 6 (altı) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 004144 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, İddiaçı aktın doğruluğunu imza etməklə təsdiq etdiyi və bir nüsxəsini qəbul etdiyi, 6 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək İddiaçı onlarla əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb edildiklərini etiraf etdikləri müəyyən edilmişdir. Eyni zamanda, həmin qərar əsasında Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” üzrə nəzarət keçirilən zaman İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən “Alanyalı dönər” obyektində əhali ilə nağd pul hesablaşmaları qaydalarına riayət etmədiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 009146 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmiş, İddiaçı aktın doğruluğunu imza etməklə təsdiq etmiş və aktın bir nüsxəsini qəbul etmişdir. Tərtib edilmiş aktlar əsasında 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********1829 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 12000,0 manat və xx.xx.2021 -ci il tarixli **********1827 nömrəli qərar qəbul edilərək 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərarlar idarənin xx.xx.2021-ci il tarixli **********301300 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamışdır. İddiaçı yuxarı vergi orqanı olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli **********679301 nömrəli inzibati şikayət verərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən “Alanyalı dönər” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektə qonaq kimi gəlmiş Amay Seyidovun aldadılaraq ondan izahat alındığını, onun Dağıstan Aqrar universitetində tələbə olduğunu, yoxlama zamanı aparılan sənədləşmə işlərinin aşkar edilmiş çatışmazlıqların 10 gün müddətində aradan qaldırılması ilə bağlı olduğunu, operativ vergi nəzarətinin nəticəsində maliyyə sanksiyasının tətbiq edilməyəcəyinin ona bildirildiyini qeyd etmiş və barəsində tətbiq edilmiş 12000,0 manat maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********266100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə İddiaçı inzibati şikayəti təmin edilməmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 004144 nömrəli ‘Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********1829 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********266100 nömrəli qərar xx.xx.2021-ci il tarixli **********897900 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamışdır. Həmin qərar eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçının vergi orqanı ilə bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq İddiaçının elektron kargüzarlıq sistemində olan şəxsi kabinetinə göndərilmişdir. İddiaçı həmin qərarı şəxsi kabinetində xx.xx.2022-ci il tarixdə oxumuşdur. Bununla yanaşı 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********1829 nömrəli xx.xx.2021 -ci il tarixli **********1827 nömrəli qərarları elektron qaydada xx.xx.2021-ci il tarixdə İddiaçının elektron kargüzarlıq sistemində olan şəxsi kabinetinə göndərilmişdir. İddiaçı həmin qərarı elektron kabinetdə xx.xx.2022-ci il tarixdə oxumuşdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlardan narazı qalan iddiaçı yuxarı instansiya qaydasında Dövlət Vergi Xidmətinə şikayət etmiş, lakin yuxarı instansiya orqanı xx.xx.2021- ci il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş qərarları dəyişdirmədən qüvvədə saxlamışdır. Yuxarı instansiya orqanının müvafiq qərarından xəbərdar olan iddiaçı, 5 aydan sonra müvafiq qərarları məhkəmədə mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, idddiaçı ilə vergi xidməti arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona təqdim edilmiş sayılır. Bundan başqa Vegi Məcəlləsinin 70.2-1.2 və 70.1-1.3-cü maddələrə əsasən poçt rabitəsinə sənəd təqdim edildikdən 5 gün sonra, elektron qutuya yerləşdirilmiş sənəd 3 gündən sonra çatdırılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən onun barəsində tərtib etmiş olduğu xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzurlu səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1939/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1939/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver